―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə47/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   43   44   45   46   47   48   49   50   ...   231

96 

 

Barbaro, habelə Neapol kralı və Roma papası elçilərin in mü Ģayiəti ilə Aralıq dənizi 



sahillərinə  göndərilən  silah  yüklən miĢ  gəmi,  habelə  200  nəfə rə   qədər  artille riya 

mütəxəssisi mənzilbaĢına çata bilməd i, bir ilədək Kipr sahillərində qald ı.  



Siyasi  quruluĢ,  idarə  sistemi,  hərbi  qüvvələr.  Azərbaycanın  cənub 

vilayətləri  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərin in  metropoliyası,  yəni  mərkəzi 

ərazisi  idi.  Hər  iki  dövlətin  paytaxtı  Təbriz  Ģəhəri  olmuĢdur.  Cənubi  A zərbaycan 

bilavasitə  padĢahın  və  ya  sultanın  özü,  onun  mənsəb  sahibləri  tərəfindən  idarə 

edilird i.  BaĢqa  vilayətlərə  isə  (Kürdüstan,  Ġraq-i  Ərəb,  Ġraq-i  Əcəm  və  s.)  sülalə 

üzvlərindən caniĢinlər təyin o lunurdu. 

Hər  iki  dövlətin  hökmdarları  əsasən  padĢah  titulu  daĢımıĢlar.  Uzun  Həsən 

özünün  Osmanlı  və  Teymuri  sultanları  səviyyəsində  hökmdar  olduğunu  qeyd 

etmək məqsədilə sultan titulunu qəbul etmiĢdi. 

Sülalə  üzv lərindən  və  yaxud  yüksək  rütbəli  əmirlərdən  s eçilən  hləsi 

(atabəyi)  Ģahzadənin  yanında  olurdu.  O,  Ģah tərəfindən  təyin  edilir  və  Ģahzadənin 

bütün  hərbi,  mülki  və  maliyyə  iĢlərini  onun  adından  idarə  edirdi.  Məsələn, 

CahanĢah  Ġsfahan  əyalətini  oğlu  Məhəmməd  Mirzəyə  verərkən  Ģahzadə  həddi-

büluğa çatmadığından əyalətin bütün iĢləri lələ Məhəmmədə tapĢırılmıĢdı.  

Hakim sülalə ü zvləri və ya yarımköçəri əyanlardan vaxtaĢırı təyin edilən baĢ 

sərkərdələr  əmir  ül-üməra  ad ını  daĢımıĢlar.  On lar  hökmdardan  sonra  dövlətdə 

mühü m  mövqe tutur və qoĢuna baĢçılıq edirdilər.  Bestam Cakir və  Əmir  Qaraman  

Qaraqoyunlu dövlətinin əmir ü l-ü məralarından olmuĢlar. 



 Dövlət  aparatında  ikinc i  Ģə xsiyyət  sədr-əzəm  (baĢ  sədr)  id i  və  o,  bütün 

müsəlman  ruhanilərinə rəhbərlik ed ird i.  Vəqf əmlakı, onların gəliri,  mədrəsələr və 

xeyriyyə idarələri tamamilə onun ixtiyarında id i. Ağqoyunlu dövlətində sədrin rolu 

daha  əhəmiyyətli  olmuĢdur.  Ağqoyunlu  sədri  Qazi  Ġsanın  Sultan  Yaqubun 

dövründə böyük ixtiyar sahibi olduğu məlu mdur. Mərkəzi  idarə aparatında mühü m 

mövqelərdən  birini  də  dövlət  gəlirləri  və  maliyyə  sistemini  idarə  edən  baĢ  vəzir 

tuturdu.  O,  həmçinin  xarici  ölkələrlə  əlaqələri  nizamlay ırdı.  BaĢ  vəzir  ali  divana 

rəhbərlik ed ir və buna görə də sahib-divan adlanırdı. 

Dövlətin  müharibə, sülh, taxta varislik və s. kimi  mühüm siyasi  məsələlərini 

sülalə üzvləri və əmirlərin kənqaĢ adlanan qapalı müĢavirəsi həll edird i.  

Qaraqoyunlu və Ağqoyunlu sarayında digər vəzifələr də  (eşik-ağası, qapıçı, 

möhrdar,  xəzinədar,  əmiraxur  və  s.)  vardı.  Bundan  baĢqa,  mənbələrdə  münşi  əl-

məmalik, mustovfı, qazi əlqüzzat, divanbəyinin də adları çəkilir. 

Ağqoyunlu  qoĢununda  hökmdarın  təminatında  olub,  müəyyən  imtiyazlara 

malik  qvardiya  hissələri,  bəy  və  xassə  nökərləri  vardı.  Onlar  əsasən  Ağqoyunlu 

tayfalarından olan və hakimiyyət baĢında duran Bayandur elinə mənsub idi.  




97 

 

QoĢun  ali  rəislərinə  əmir  adı  verilird i,  kiçik  baĢçılar  isə  qibtəul  adlanırdı. 



Hər  iki vəzifə əyanlara  mənsub idi və bu vəzifələrə köçəri tayfaların baĢçıları təyin 

olunurdu. 

QoĢun  puşandarlardan  (ağır  silahlı  süvarilərdən)  və  tirkəĢbəndlərdən 

(o xatanlardan)  ibarət  idi.  Qulluqçu  adlanan,  at və  dəvələrə  nəzarət  edən,  rəislərin 

çadırlarında,  nəqliyyat  vasitəsi  yanında  xid mətdə  olan  Ģəxslər  də  hərbi  qüvvələrin 

tərkib ində idi. 

Zeno  və  Barbaronun  məlu matıma  görə,  puĢandarlar  "dəmir  zireh",  

tirkəĢbəndlər  isə  möhkəm  dəri  paltarlar  geyinird ilər  və  bunlara  qılınc,  o x  sirayət 

edə  bilmirdi.  Uzun  Həsənin  döyüĢçülərinin  silahı  o x  və  yaydan,  qılınc  və  kiçik 

qalxandan  ibarət  idi.  Ağqoyunlu  döyüĢ çüləri  u zun  papaqlar  qoyurdular. 

Qulluqçular  və  piyadalar  kütləsi  isə  məcburi  surətdə  rəiyyətdən  (o turaq 

kəndlilərdən) səfərbərliyə alınırdı. 

Teymuri  hökmdarı  ġahru xla  müharibəyə  hazırlaĢan  Qaraqoyunlu  Qara 

Yusif  1420-c i  ildə  Təbriz  vilayəti  kəndlilə rindən  piyada  qoĢunu  toplanmasını  əmr 

etmiĢdi. Bu məlu matın  müəllifi Hafiz Əbru qeyd edird i ki, belə bir qayda bu ölkədə 

ilk  dəfə  tətbiq  olunurdu.  Təbiidir  ki,  piyadalar  qoĢ un  daxilində  ən  hüquqsuz  bir 

vəziyyətdə  idilər.  Hərb  etmək  əzmində  olmayan  və  təlim  keçməmiĢ  kənd 

camaatından əsasən xəndək qazmaq,  istehkam qurmaq və s.  kimi yard ımçı  iĢlərdə 

istifadə edilirdi. 

Əsasən  yarımköçərilərdən  ibarət  olan  döyüĢçüləri,  adətən,  onların  ailələri, 

qulları  və  xid mətçiləri  müĢayiət  edirdilər.  Buna  görə  də  qoĢun  təĢkilatı  köçəri 

ənənələrlə sıx surətdə bağlı id i. QoĢun səfərdə olduğu zaman (ilin fəsillərindən asılı 

olaraq) qıĢlaq və yaylaq yerlərində dayanırdı.  

QoĢunların  miqdarı  haqqında  dəqiq  məlu matımız  yo xdur.  Qaraqoyunlu 

qoĢununda  təxminən  50  min  nəfər,  Ağqoyunlu  qoĢununda  isə  100  min  nəfər 

döyüĢçü olduğunu ehtimal etmək olar. 

Zenonun  məlu matına  görə,  Uzun  Həsənin  qoĢunu  100  min  nəfərdən  ibarət 

olub,  bunun  40  min  nəfə rin i  döyüĢçülər,  60  min  nəfərini  isə  xid mətçilər  təĢkil 

edirdi.  Zeno  göstərir  ki,  Ağqoyunlu  qoĢunundan  baĢqa  heç  bir  qoĢunda  bu  cür 

gözəl  süvari  dəstəsi  olmamıĢdır.  Barbaro  isə  həmin  dövrdə  Uzun  Həsənin 

qoĢununun 25 min nəfər atlıdan və 3 min piyadadan ibarət olduğunu qeyd edirdi.  

Barbaronun  hesablamasına  görə,  Uzun  Həsənin  ordusunda  6  min  çad ır 

(alaçıq), 30 min dəvə, 5 min yük qatırı, 5 min yük atı, 2 min u laq, 20 min minik atı, 

2  min  min ik qatırı,  2  min qaramaldan  ibarət sürü, 20  min qoyun, 100 ov pələngi, 

200  "cins"  və  "mələz"  qızılquĢ,  3  min  tazı,  1  min  mü xtəlif  it,  50  qırğı,  15  min 

qılıncla silahlan mıĢ döyüĢçü, 2 min qılınclı qul, dəvəsürən və ox-kamanla silah lı  1 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə