―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə48/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   44   45   46   47   48   49   50   51   ...   231

98 

 

min qulluqçu olmuĢdur. QoĢunu 10  min əyan və nökərlərin arvad-uĢaqları,  5  min 



qul  qadın,  6  min   on  iki  və  daha  yu xarı  yaĢlı  uĢaq,  5  min  azyaĢlı  və  kö rpə  uĢaq 

müĢayiət  edirdi.  Orduda  mü xtəlif  sənətkarlar  və  peĢə  sahibləri,  o  cümlədən  də rzi, 

dəmirçi,  yəhərçi,  çəkməçi  və  b.  vardı.  Alverçilər,  "bazar  əhli"  ərzaq  tədarükçüləri 

və  hətta  əczaçılar  da  qoĢuna  xid mət  ed irdilər.  Mü xtəlif  yerlərdə  "ordu  bazarları" 

təĢkil o lunurdu və burada qoĢun üçün lazım olan hər Ģey almaq mü mkün idi.  

QoĢun nəfır (Ģeypur), nağara, kəbrəkə (böyük nağara), təbil və baĢqa musiqi 

alətlərində çalan dəstənin müĢayiəti ilə döyüĢə yollanırdı. Hücu m vaxtı gərranay - 

uzun zurna, qələbə qazan ılanda isə, adətən, nağara çalınırdı.  

Ordunun  sol  cinahı  cəvanğar  (yaxud  meysərə),  sağ  cinahı  isə  bərənğar 

(ya xud meymənə), mərkə zi qul adlanırdı. QoĢunun ön hissəsinə münqəlay deyilirdi. 

Orduda  mü xtəlif  hərbi  mənsəblər  vard ı.  Təvaçilər  müharibə  gözlən ilən  təqdirdə 

əyalətlərə  gedən,  hərbi  qüvvə toplayan  və ayrı-ayrı  qoĢun dəstələri  arasında  əlaqə 

yaradan  əmirlər  idi.  Xəbəraparan  qoĢun  xid mətçisinə  tuğacı  deyilirdi.  DöyüĢ 

zaman ı  meydana  öncə  çıxarılan  dəstə  çərxçi  adlanırdı.  Çərxçilər  Ağqoyunlu 

qoĢununda da mövcud olmuĢdur (Sultan  Yaqub 1478-ci ildə rəqib i Xəlillə döyüĢdə 

çərxçilərdən istifadə etmiĢdir).  DöyüĢ zamanı hərbi qüvvələrin bir hissəsi ehtiyatda 

durur,  vuruĢmanı  müĢahidə  edir  və  lazım  olduqda  döy üĢ  meydanına  çıxırdı.  Belə 

ehtiyat  dəstəsinə  muçi  deyilird i.  DöyüĢ  baĢlanma zdan  əvvəl  qoĢunun  bir  dəstəsi 

kəĢfiyyata  göndərilirdi  və  həmin  dəstə  qarovul  adlanırdı.  Qarovulun  vəzifəsi 

düĢmənin  vəziyyətini  öyrənmək  və  imkan  daxilində  əsir  ələ  keçirmək,  yəni  "dil" 

tutmaq idi. 

Qaraqoyunlu və Ağqoyunlu qoĢunları hərbi təĢkilat və təchizat baxımından 

nəinki o  zaman kı Avropa, hətta Osmanlı və Məmlük  (Misir) ordusundan da geridə 

qalırd ı.  Odlu  silah,  top  və  tüfəng  Azərbaycanda  ilk  dəfə  Ağqoyunlu  ordusunda 

istifadə  edilmiĢdir.  Məlu mdur  ki,  Uzun  Həsən  topu  və  digər  odlu  silahı 

venesiyalılardan cüzi  miqdarda ala b ilird i. Tərcanda (1473) Ağqoyunlu ordusunun 

osmanlılar  tərəfindən  məğlub  edilməsinin  əsas  səbəbi  orduda  odlu  silahların 

olmaması idi. 

IV FƏSĠL 

XV ƏSRDƏ AZƏRBAYCANIN 

ĠCTĠMAĠ-ĠQTĠSADĠ HƏYATI 

 

Kənd təsərrüfatı  və  aqrar  münasibətlər. XV əsrdə Azərbaycamn  iqtisadi 

həyatının mü xtəlif sahələri qeyri-bərabər n isbətlərdə inkiĢaf etmiĢdi. 

ġirvanın  iqtisadiyyatında  baĢ  vermiĢ  yüksəliĢ  Avropa  səyyahların ın 

(xüsusilə  ġiltbergerin)  d iqqətini  cəlb  etmiĢdir.  1475-ci  ildə  ġirvanda  olmuĢ 



99 

 

Venesiya səyyahı  Kontarini  ĢirvanĢah  mülklərin in  səciyyəsini  belə  vermiĢdir:  "Bu  



ölkə  baĢlıca  olaraq  gözəl,  məhsuldar  düzənlikdən  ibarətdir  və  Uzun  Həsənin 

mü lklərindən  daha  yaxĢı,  daha  məhsuldardır".  ġirvanda  kənd  təsərrüfatı 

əmtəələrinin  ucuz  q iy məti  venesiyalın ı  heyran  etmiĢdi.  ġamaxı  və  Dərbənd 

arasındakı  əra zidə  yerləĢ miĢ  ġabran,  onun  ətrafı  Kontarin inin  diqqətini  xüsusilə 

cəlb  etmiĢdi:  " Yolun  yarısında  biz  yaxĢı  bir  Ģəhərciyə  təsadüf  etdik.  Burada  xeyli 

meyvənin,  xüsusilə  alman ın  yetiĢdiyinin  Ģahidi  olduq.  Biz  əla  keyfiyyəti  olan  

almanın bu cür bolluğuna inana bilmirdik". 

Dərbəndilər sülaləsindən olan ilk üç ĢirvanĢahın ( I Ġbrahim. I  Xəlilullah və 

Fərru x  Yəsar)  hakimiyyəti  illərində  ġirvan  iqtisadi  yüksəliĢ  mərhələsində 

olmuĢdur.  Bu  dövrdə  ġirvan  kəndlilərinin  vəziyyəti  Azərbaycanın  baĢqa 

vilayətlərinə  nisbətən yüngül  idi.  Azərbaycanın  bu  vilayətində  kənd  təsərrüfatının 

yüksək inkiĢaf səviyyəsi daxili siyasi Ģəraitin sabitliy i ilə əlaqədar o lmuĢdur. 

Azərbaycamn  cənub  vilayətlərində  viranedici  müharibələr  və  feodal 

çəkiĢ mələri  davam  ed irdi.  Bu  hadisələr  kənd  təsərrüfatının  inkiĢafına  əngəl 

törədirdi. Tey mu ri hökmdarların ın yerli əhali hesabına hərbi hissələri təchiz et mək 

sahəsindəki  soyğunçu  tədbirləri,  Cəlairi  və  Qaraqoyunlular  arasında  baĢ  verən 

hərbi toqquĢmalar geniĢ əhali kütlələrin i müflisləĢdirirdi. 

Mənbələrdən  məlu m  olu r  ki,  bu  dövrdə  ölkənin  cənub  vilayətlərində 

dəhĢətli  aclıq  və  dağıntı  hökm  sürmüĢ,  1413-cü  ildə  baĢ  vermiĢ  aclıq  zaman ı 

çörəyin qiy məti görün məmiĢ dərəcədə artmıĢdı.  

Ağqoyunluların  hakimiyyətə  gəlməsi  ilə  ölkənin  iqtisadi  vəziyyətində 

müəyyən  dirçəliĢ  baĢ  verdi.  XV  əsrin  70-ci  illərində  Cənubi  Azərbaycanda  və 

Ġranın  mərkəzi  vilayətlərində  olmuĢ  Kontarini  göstərirdi  ki,  "bu  yerlər  həyat  üçün 

zəruri  olan  mü xtəlif  ərzaqla,  meyvələrlə  zəngindir".  Lakin  səyyah  əlavə  edirdi  ki, 

"Ağqoyunlu dövlətinin ərazilərində ərzaq və baĢqa məhsullar ço x baha idi".  

Azərbaycan feodal dövlətlərində monqol hökmdarlığ ı dövründə formalaĢmıĢ 

torpaq  mülkiyyəti  növləri  mövcud  idi  (divani,  xassə,  mülk,  vəqf).  Müsəlman  və 

xristian dini  idarələrinə  məxsus olan vəqf mü lkləri vəqfi -xeyri adlanırd ı. Sey idlərə, 

dərviĢ Ģeyxlərinə, müqəddəs hesab olunan Ģəxslərə məxsus vəqflər isə vəqfi-əhli adı 

ilə tanınırd ı. 

Əvvəllər  mövcud olmuĢ iqta institurunu soyurqal əvəz etməkdə id i (monqol 

mənĢəli  soyurqamışi  istilahındandır  və  bəxşiş  mənasını  verir).  A zərbaycanda 

soyurqallara  dair  ilkin  mə lu matlar  XIV  əsrin  ikinci  yarısına,  Cəlairilərin 

hakimiyyəti  dövrünə  təsadüf  edir.  Soyurqal  feodallara  sultan  tərəfindən 

bağıĢlanırdı.  Hərbi  və  mülki  xid mət  müqabilində  bağıĢlanmıĢ  bu  mülklər 

feodalların  irsi  istifadəsində  olurdu.  Ġqtaya  nisbətən  soyurqal  sahibinin  hüquqları 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə