―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə51/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   47   48   49   50   51   52   53   54   ...   231

104 

 

Ümu miyyətlə,  XV  əsrdə  Azərbaycan  Ģəhərlərinin  tərəqqisi  ziddiyyətli 



olmuĢdur.  Bu baxımdan Təbriz istisna təĢkil edirdi.  

XIV  əsrin  birinc i  yarısında  Təbriz  əhalisin in  sayına  görə  Ya xın  və 

Orta ġərqin bütün Ģəhərlərindən üstün idi.  

XV əsrdə isə Təbriz Ģəhəri regional miqyasda mövqeyini bir qədər it irmiĢdi.  

XIV  əsrin  a xırı  və  XV  əsrin  əvvəllərində  hərbi  ə mə liyyatlar  nəticəsində 

ticarət-sənətkarlıq  mərkəzləri  və  sənətkarlıq  xammalın ın  cəmləĢdiyi  bölgələrdəki 

böyük  dağıntılar,  tranzit  yollarında  təhlükənin  artması  A zərbaycanın  bir  ço x 

ticarət-sənətkarlıq  mərkəzlərində, o cü mlədən Təbriz, Naxçıvan, Mərənd, Sərab v ə 

digər Ģəhərlərdə iqtisadiyyatın zəifləməsinə səbəb olmuĢdu. 

XVəsrdə  Təbriz,  Gəncə,  Ərdəbil  və  ġirvan  Ģəhərləri  (ilk  növbədə  ġama xı) 

Azərbaycanın mühüm to xuculuq mərkəzləri sayılırd ı. Bakuvi qeyd edirdi ki, Gəncə 

sakinləri  ipə k  qurdunun  yetiĢdirilməsində  və  ipəyin  hazırlan masında  mahir  idi. 

Siyasi  inkiĢafda  nisbi  sakitlik  və  feodal  istismarının  b ir  qədər  yu mĢalması 

sayəsində 

XV  əsrin  ikinc i  yarısından  etibarən  ġirvanın  iqtisadiyyatı  daha 

böyük  sürətlə  tərəqqi  edird i.  ġirvanın  ipək  parçaları  geniĢ  beynəlxalq  nüfuz 

qazanmıĢdı.  Bütövlükdə XV əsri to xuculuqda, tikinti iĢində, dulusçuluqda, monqol 

iĢğalından  sonra  yaranmıĢ  bəzi  sənətkarlıq  sahələrində  mü xtəlif  üslub  və  texniki 

üsulların  təĢəkkül  tapması  və  möhkəmlən məsi  dövrü  hes ab  etmək  olar.  Hülakular 

dövlətinin  paytaxtı  Təbriz  və  onun  ətrafı  monqol  hakimləri  tərəfindən 

iĢğal 

olun muĢ 



ölkələrdən 

məcburi 


Ģəkildə 

gətirilmiĢ 

on 

minlərlə 



sənətkarın toplaĢdığı məkan idi.  Bura Ġrandan, Çindən,  Kiçik Asiyadan, Suriyadan 

və  digər  ölkələrdən  minlərlə  sənətkar  köçürülmüĢdü.  Bu  sənətkarlar  özləri  i lə 

rəngarəng  bədii  və  texn iki  inĢa  üslubu,  sənətkarlıq  istehsalı  vərdiĢlər i  də 

gətirmiĢdilər.  Yerli sənətkarların nailiyyətləri ilə əlaqədar bu üsullar sənətkarlıqda 

və  incəsənətdə  XV  əsrdə  kamilliyə  çatmıĢ  yeni  istiqamətlərin  meydana  gəlməsinə 

Ģərait yaradırdı. 

XV  əsr  Azərbaycanda  xalçaçılığın  in kiĢafında  mühüm  mərhələdir.  Bu 

dövrdə  Azərbaycan  xalçalarına  böyük  tələbat  vardı.  A zərbaycan  xalçaları 

beynəlxalq bazara  müdaxilə ed irdi. Asiya və Avropa ölkələrində Təbriz və  ġirvan 

xalçaları xüsusi Ģöhrətə malik id i. Ġran və Türkiyə min iatürçülərinin, Qərbin Ġnt ibah 

dövrü  rəssamların ın  əsərlərində  Azərbaycan  xalçaları  əks  olunmuĢdur.  Niderland 

rəssamı  Hans  Memlinqin  1472-ci  ildə  çəkd iyi  məĢhur  "Məryəm  ana  uĢaqları  ilə" 

əsərində Quba-ġirvan tipli xov lu Azərbaycan xalçası təsvir edilmiĢdir.  

Azərbaycanda  dulusçuluğun  ən  böyük  mərkəzi  Təbriz  idi.  Təb riz  ustaları 

Azərbaycanda,  Ġranda,  Kiçik  Asiyada,  Misirdə  və  ġərqin  digər  ö lkələrində  saray, 



105 

 

dini  və  mülki  tikililəri  bəzəyən  göy,  mavi,  ağ  və  firuzəyi  rəngli  tikinti  materialı 



yaradırdılar. 

Sa xsı  mo za ikan ın  inc ilə rindən  biri  hesab  olunan  "Göy  məscid"  bir  ço x 

səyyahları  heyran  edirdi.  DəməĢqdəki  Əl-Təbrizi  məqbərəsinin  (1423-cü  ildə 

tikilmiĢdir),  Ədirnədəki  Murad iyyə  və  Türkiyədəki  " YaĢıl  came"  məscidlərin in  

bədii tərtibatı Təbriz ustaların ın əməyin in nəticəsidir. 

Metal  ema lının  ən  böyük  mə rkə zləri  Təbriz,  Ərdəbil,  Gəncə  və  ġama xı 

sayılırd ı.  Metal  emalın ın  əsas sahələri  misgərlik  və  dəmirçilik  id i.  XV  əsrdə  mis 

qablar  əhalinin  geniĢ  təbəqələrinin,  əyanların  məiĢətində  özünə  möhkəm  yer 

tutmuĢdu.  Hətta  Uzun  Həsənin  sarayında  əsas  qab-qacaq  misdən  idi.  Təbriz  iri 

metaltökmə  mərkəzi  olaraq  qalırd ı.  Tey mur  sənətkarlığ ın  digər  sahələrinin 

nümayəndələri  ilə  birlikdə  Ģəhərdən  mahir  metaltökmə  ustalarını  da  aparmıĢdı. 

Onların arasında Teymur dövrünün texniki və bədii  metaltökmə incisi adlandırılan, 

Türküstan Ģəhərindəki  "Hacı  Əh məd  Yasəvi"  məscid indəki  iki  tonluq  tunc qazanı 

hazırla mıĢ məĢhur usta Əbdüləziz də var id i.  

XV  əsrdə  metal  emalı  iĢi  ġama xıda  da  inkiĢaf  etmiĢdi.  ġəhər  ə razisindəki 

arxeolo ji  qazıntılar  nəticəsində  xeyli  miqdarda  dəmir  ərintisi  və  ağac  kö mürü 

qalıqları, dəmirçixana aĢkar edilmiĢdir. 

Azərbaycanda ağac emalı və Ģəbəkəli oy ma sahəsində çoxlu  mah ir sənətkar 

var idi.  Bursadakı " YaĢıl came"  məscidi  (1420) qapısın ın Ģəbəkəli oymasında usta 

(xarrat)  Əli  Təbrizi  Hacı  Əh məd  oğlunun  adı  həkk  o lunmuĢdur.  ġirvanda,  Xəzər 

dənizində kiçik gəmiqayırma sahələri var  idi.  Venetsiyalı  Kontarini  XV əsrin  70-ci 

illərində Dərbənd və HəĢtərxan arasında üzən yerli gəmilərin təs virin i belə verird i: 

"Oradakı  gəmilər  balıq  formasındadırlar...  Gəmiləri  ağac  mıxlarla  quraĢdırır  və 

möhkəm qətranlayırlar..." 

Mənbələr  XV  əsrin  A zərbaycan  Ģəhərlərində  daha  çox  " möhtərifə"  termini 

ilə  ifadə  olunan  sənətkar  təĢkilatlarının  mövcudluğunu  qeyd  edirlər.  Bu  sənətkar 

təĢkilatları  zah irən dini səciyyə daĢıyırdı.  Əxi və Sufi təĢkilatları onlara güclü təsir 

göstərirdi.  Əxilər  və  sufilər  də  bu  təĢkilatların  üzvü  kimi  fütüvvətnamələrdə  (əxi, 

sufi traktatla rında) ə ks olun muĢ ayinləri icra  edird ilər. XV-XVI əsrlərin qovĢağında 

əxilərin siyasi və təĢkilat  müstəqilliy inin tənəzzülü sənətkar təĢkilatlarının əxilərin 

qəyyumluğundan  azad  olmasına,  sonralar  isə  onların  daha  müstəqil  inkiĢaf 

etməsinə  gətirib  çıxard ı.  Lakin  buna  baxmayaraq,  sənətkar  təĢkilatları  əxilərin 

təĢkilat quruluĢundan və ənənələrindən çox Ģey əxz etmiĢdilər.  

XV əsrin sonunda Teymur imperiyasının meydana gəlməsi asılı ölkələrin (o 

cümlədən Azərbaycanın) pul tədavülündə dönüĢə səbəb oldu. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə