128
təbiət onun xarakterini böyük işlər üçün – tabe olmaq və əmr etmək üçün
yaratmışdı. O, təhlükə anında gecə böyük cəsarət göstərirdisə, təhlükənin özündə
böyük müdriklik nümayiş etdirirdi. Heç bir əzab-əziyyət onun bədənini yora, onun
ruhuna qalib gələ bilmirdi. Eyni qaydada səbrliliklə o, istiyə və soyuğa dözürdü,
özünün yeməyini və içməyini təbii ehtiyac qaydasında müəyyən edirdi, həzz
almağa qətiyyən əhəmiyyət vermirdi. O, gecə və gündüzə fərq qoymadan oyaq
qalmaq və yatmaq üçün vaxt seçirdi. İşdən artıq qalan vaxtını istirahətə sərf edirdi.
Özü də nə yumşaq yorğan-döşəkdə, nə də sakitlikdə. Çox vaxt onun hərbi plaşına
bürünüb torpağın üstündə əsgərlər arasında yatdığını, postda və qarovulda
dayandığını görürdülər. Geyimindən heç nə onu öz həmyaşıdlarından
fərqləndirmirdi. Onu yalnız silahına və atına görə tanımaq olardı. Onun bu çox
sayda igidlikləri nəhəng qüsurları ilə tarazlanırdı. Bu qüsurlara insafsız qəddarlıq,
puniyalınınkından da betər xəyanət, heç nəyin həqiqət və müqəddəs olmaması,
Allahlar qarşısında heç bir qorxu hiss etməməsi, anda sədaqətin və heç bir
vicdanlılığın olmaması daxil idi. Onun məkrliliyi hədd tanımırdı. Düşmən tərəfinə
keçən əsgərlərinə münasibətdə xüsusi qəddarlıq və hiyləgərlik göstərirdi. O, yaxşı
başa düşürdü ki, onun düşərgəsində Roma casusları vardır. Buna görə də o, elan
edirdi ki, həmin fərarilər onun əmri ilə hərəkət etmişlər və düşmənin plan və
niyyətlərini aşkara çıxarmalıdırlar. Romalılar fərarilərin qollarını kəsib onları
Hannibala verirdilər.
Hannibal çox tayfadan olan və çox dilə malik olan əsgərlərdən düzəldilmiş
orduya başçılıq edirdi. Hətta çox dil bilən adamların qolunda tutuquşu şəkili
çəkirdilər və həmin adamlar müxtəlif tayfaların nümayəndələri arasında
tərcüməçilik edirdilər. O, həm də ədəbiyyatçı kimi tanınmışdı, yunan dilində bir
neçə kitab yazmışdı. Bəzi tarixçilər onun şəxsi keyfiyyətlərini tərifləyərək
göstərirdilər ki, qadın şirnikdirməsi qarşısında o, möhkəm dayana bilərdi. Bir belə
əsir qadınların arasında – tarixçi Yüstin yazırdı ki, onun afrikalı mənşəyinə də
şübhə etməyə başlayırsan. Özünü mülayim aparan Hannibal müxtəlif tayfalardan
düzəlmiş orduya komandanlıq edərkən bir dəfə də olsun aldadılmanın və
satqınlığın qurbanı olmamışdı. Tarixçi Polibi də onun hərb xadimi kimi
129
üstünlüklərinə xüsusi diqqət verir. Sərkərdə məharətinə, igidliyinə və döyüş
həyatına bu adamın uyğunlaşmasına kim tərif deməyə bilər? Bu vaxtın uzunluğunu
da nəzərə alsaq, böyük və kiçik döyüşlərə, mühasirəyə, şəhərlərin xəyanətinə, çətin
şəraitlərə, bütün fikrin və əməlin nəhəngliyinə diqqət versək, bu tərif artacaqdır.
İtaliyada Roma əleyhinə 16 il müharibə aparan Hannibal heç vaxt qoşununu döyüş
səhnəsindən özü aparmamışdı. Lakin öz hakimiyyəti altında saxlayaraq, onları bir
sükançı kimi özünə qarşı buntdan və öz aralarındakı toqquşmalardan çəkindirməli
idi. Axı onun ordusu nəinki bir tayfadan, heç bir xalqdan da deyildi. Onlar muzdlu
əsgərlər olmaqla o dövrün Aralıq dənizi ətrafında yaşayan xalqların
nümayəndələrinin ağlasığmaz qarışığından ibarət idi. Onları nə qanunlar, nə
adətlər, nə də dil birliyi birləşdirmirdi. Belə rəngarəng tərkibli və çoxsaylı ordunu
bir komandanlıq altında birləşdirmək və bir iradəyə tabe etmək böyük müdriklik və
məharət tələb edirdi. Bura şəraitin də tez-tez dəyişilməsini, müharibə teatrının bir-
birinə bənzəməməsini də əlavə etsək, Hannibalın ordudan daha çox quldurları
andıran belə çoxsaylı dəstəni idarə etməsi təəccüb doğurmaya bilməz. Axı
Odisseyin dəstəsində və ya arqonavtlar arasında da mübahisələr başlayırdı və bu az
qala bütün böyük planı böyük də təhlükə altında qoyurdu. Onun ordusu o qədər
güclü və döyüşkən, özü isə təbiət tərəfindən elə möcüzəli sərkərdəlik qabiliyyəti ilə
mükafatlanmışdı ki, o zamankı dünyanın istənilən yerində daha böyük və davamlı
qələbələr çala bilərdi. Bədbəxtlikdən o, nəzərlərini Romaya tikdi, burada qələbə
zirvələrini fəth etsə də, daha qüdrətli olan dövlətə nəhayət məğlub olmaq qismətini
yaşadı.
Lakin Polibi Kiçik Stsipionun dostu və pərəstişkarı olduğundan, Romanın
düşməni olan Hannibalın eyiblərini də qeyd etməyi unutmur, ancaq başqalarından
fərqli olaraq şişirtməyə getmir, özünü xeyli təmkinli aparır. O, göstərir ki, bəziləri
Hannibalı qəddar, bəziləri tamahkar hesab edir. Çünki elə güman edirlər ki, bəzi
adamlar özünü xoşbəxtlikdə və hakimiyyətdə biruzə verir, başqaları isə əksinə
məhz bədbəxtlik anında öz ləyaqətlərini daha parlaq nümayiş etdirir. Ona görə də
o, Hannibalın öz dostlarının, yaxud da siyasi zərurətin təsiri altında etdiyi
əməllərinə “adi” ölçüdən yanaşmamağı tələb edir. Ona görə də Hannibalın
130
xarakteri barədə danışmağın çətin olduğunu göstərir. Onun əməllərinə həm
ətrafının, həm də işlərin vəziyyətinin təsirini nəzərə almamaq olmaz. Elə buna
görədir ki, vətənində Hannibalın pulpərəst, Romada isə qəddar olduğunu
vurğulayırdılar. Ancaq həmin amillərin təsirini çox böyütmək, onun öz əməllərinə
görə şəxsi məsuliyyətini kölgə altına salmaq təşəbbüsü kimi qiymətlənə bilər. Belə
olan halda Hannibalı yalnız qüsurlar rəmzi kimi xarakterizə etmək də, düşmən
təbliğatının o vaxtlar yaratdığı dəhşətli haləni “qızıl sikkə” kimi qəbul etmək
səhvinə gətirib çıxara bilər. Bu qüsurlarında da o, öz dövrünün məhsulu idi,
özündən əvvəl və sonra gəlmiş yunan və Roma kolleqalarından elə bir ciddi
qaydada fərqlənmirdi. Axı elə müasir dövrlərdə olduğu kimi, qədim dövrlərdə də
müharibə özünün məhdud qanunlarından kənara çıxıb soyğunçuluq, zorakılıq,
viran qoymaq və xalqları əsarət altına almaq və cürbəcür vəhşilik vasitəsinə
çevrilirdi. Məgər o dövrki dünyanın ən abad və gözəl şəhəri olan Karfageni oda
vermək, xarabalığa çevirmək Hannibalın hansısa qəddarlığından az idimi?
Bədbəxtlikdən Hannibal barədə danışılanda həmişə şişirtməyə yol verilir, Romaya
nifrət edənlər onun istedadına vurğunluqla söhbət açır, bəziləri isə onu məğlub
etmiş Romanın şərəfini yüksəltmək üçün onu heybətli rəqib kimi təqdim edir,
digərləri isə onun üzərində qəti qələbə çalan – Zama yanındakı döyüşü udan Böyük
Stsipionu göylərə qaldırmaq üçün Hannibalı məğlubedilməzlik haləsinə
bürüyürlər.
Bütün bu böyük fikirlər və qiymətlər amplitudasında bir həqiqət inkar edilə
bilinmir ki, öz vətənindən kənarda və ondan heç bir kömək almayan Hannibal
romalılar üzərində elə qələbələr çalmışdı ki, bunlara görə onun istedadını
Aleksandr Makedoniyalının hərb dühası ilə müqayisə edirlər. Bir də onun bəxti
onda gətirmişdir ki, onun qələbələri parlaqlığı ilə faciəli məğlubiyyətini də kölgədə
qoyaraq, onu unutdura bilmişdir. Hannibalın adı daim çaldığı qələbələrlə yada
salınır. Çox vaxt onun məğlubiyyəti diqqətdən yayınır. O dövrün bütün
hadisələrinə, Roma tarixinə Hannibalın vurduğu damğa bu günə qədər öz rəngini
və aydınlığını itirməmişdir. Axı böyük şəxsiyyətlər tarixi prosesin gedişinə təsir
göstərməklə ona müəyyən düzəliş verirlər. Hannibal Romanın qapısını kəsəndə
Dostları ilə paylaş: |