41
yarıb, şimal-şərq istiqamətində döyüşən sovet ordusu hissələrinin irəli getməsinə
imkan yaratmışdı.
Qafqaz uğrunda döyüşlərdə Azərbaycanın cəsur qızları S.Bayramova,
Z.Səlimova,
L.Abdullayeva,
R.Babayeva,
T.Fəttahova,
R.Əhmədova,
M.Dəmirova, S.Polişeva, S.Xəlilova, P.Manafova da şücaət göstərmişlər.
42
1942-ci il dekabrın 11-də 416-cı Azərbaycan diviziyası 414-cü gürcü atıcı
diviziyası ilə əlaqədə İşçersk və Naursk stanitsalarını azad etmişlər. l943-cü ilin
yanvarında 416-cı diviziyanın Qrafskoye stanitsasını düşməndən azad etmək
uğrunda hücumunda zabit Əhmədovun topçuları 17 faşist tankını, 70 atəş
nöqtəsini, yüzlərlə əsgər və zabitini sıradan çıxarmışdı.
1943-cü ilin yanvar və fevral aylarında 416-cı diviziyanın əsgərləri şərəfli
döyüş yolu keçdilər, onlarca yaşayış məntəqəsini düşməndən təmizlədilər. Döyüş
xidmətlərinə görə diviziyanın 300 döyüşçüsü yüksək dövlət təltiflərinə layiq
görüldü.
43
223-cü Azərbaycan atıcı diviziyası 1943-cü ilin yanvarında Mozdok,
Proxladnı, Georgiyevsk şəhərlərinin azad olunmasında fəal iştirak etmişdi. 223-cü
diviziya Petropavlovsk yaşayış məntəqəsində alman diviziyasını darmadağın
edərək 275 faşisti əsir götürmüş, külli miqdarda hərbi texnika və sursat ələ
keçirmişdi. 1943-cü ilin sentyabr-dekabr aylarında diviziya 400 km döyüş yolu
keçmiş, onun 380 əsgər və zabiti SSRİ orden və medalları ilə təltif olunmuşdu.
44
223-cü diviziya Mineralnıye Vodının azad olunmasında bilavasitə iştirak etmiş,
diviziyanın döyüşçüləri üç ay ərzində 50 yaşayış məntəqəsini və bir neçə şəhəri
alman-faşist işğalçılarından təmizləmişdi.
Şimali Qafqazın faşistlərdən azad olunması uğrundakı döyüşlərdə 223-cü
diviziyanın 1041-ci alayı xüsusilə fərqlənmiş, hərbi uğurlarına görə Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin "Keçici Qırmızı Bayrağı" ilə təltif olunmuşdu.
45
Şimali Qafqazdakı 44-cü ordunun hücum əməliyyatlarında 402-ci
Azərbaycan diviziyası da fəal iştirak etmişdi. 1942-ci il noyabrın 3-dən dekabrın
11-dək diviziya ona qədər yaşayış məntəqəsini azad etmişdi. Bu döyüşlərdə
diviziyanın döyüşçüləri düşmənin 108 tank və zirehli maşınını sıradan
çıxarmışdı.
46
1942-ci ilin dekabrında bu diviziyada Akim Abbasovun komandanlıq etdiyi
833-cü atıcı alay bir gündə düşmənin 100-ə qədər tankının 13 həmləsini
qəhrəmancasına dəf etmiş, 36 tankı məhv edərək hücumun qarşısını almışdı. Hərbi
nailiyyətlərinə görə A. Abbasov "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.
47
1943-cü ilin fevralında Vasilçenko ətrafında baş vermiş döyüşlərdə 77-ci
atıcı diviziyanın əsgərləri yüksək döyüş şücaəti göstərmişdilər. Diviziyanın alayları
7 yaşayış məntəqəsini düşməndən azad etmiş, 600-ə yaxın əsgər və zabit döyüş
şücaətinə görə orden və medallarla təltif olunmuşdu. 1943-cü ilin noyabrında
42
Dnepr çayının sol sahilində gedən döyüşlərdə 77-ci Azərbaycan diviziyası
faşistlərin 50-yə yaxın tank və digər texnikasını məhv edərək 250 düşməni əsir
götürmüşdü.
48
Kapitan M.Əliyevin komandanlığı altında atıcı batalyon düşmənin
Krasnodar yaxınlığındakı hücumunun qarşısını alaraq onun 17 tankını yandırmış,
külli miqdarda zirehli maşınını sıradan çıxarmış, yüzlərlə faşisti öldürmüşdü.
Azərbaycan topçuları Y.Gözəlovun komandanlığı ilə Sambek ətrafında düşmənin 7
hücumunu dəf edib, 16 tankını məhv etmişdilər.
Qafqazda gedən hücum döyüşləri zamanı istehkamçı C.Allahverdiyev
düşmənin
qoyduğu
1150,
T.Rəşidov
isə
1000-dən
artıq
minanı
zərərsizləşdirmişdilər.
49
Novorossiysk uğrunda döyüşlərdə Azərbaycanın A.Piriyev, D.Məmmədov,
D.Məmmədova, E.Sadıxov kimi onlarca oğul və qızı şücaət göstərmişdi. Leytenant
İsmayıl Hüseynov xüsusən fərqlənmişdi. Onun komandanlığı altında avtomatçılar
düşmən arxasına keçərək, döyüş sursatı anbarını partladıb geri dönərkən faşistlərlə
rastlaşırlar. Qeyri-bərabər döyüşdə ağır yaralanmış İ.Hüseynovu faşistlər diri
tutmaq istəyirlər. Lakin bir neçə əl qumbarası ilə sarınmış igid komandir son
qüvvəsini toplayıb düşmən üzərinə atılaraq 30-dan artıq faşisti məhv edir və özü də
həlak olur. İ.Hüseynov ölümündən sonra Lenin ordeni ilə təltif olunmuş, adı əbədi
olaraq hərbi hissənin şəxsi heyəti siyahısına daxil edilmişdi.
50
Qafqazın müdafiəsində Azərbaycanın igid oğulları kütləvi qəhrəmanlıq
nümunələri göstərirdilər. Rota komandirinin siyasi işlər üzrə müavini Əbil Məmiş
oğlu Əbilova düşmən tərəfindən tutulmuş kəndin alınması tapşırılmışdı. Ə.Əbilov
7 nəfərdən ibarət dəstəsi ilə gecə ikən kəndə daxil olaraq 60 hitlerçini mühasirəyə
alıb, 35-ni məhv etmişdi. 18 nəfəri şəxsən Ə.Əbilov özü öldürmüşdü.
51
Sanitar təlimatçısı, gəncəli Müseyib Dilbazov döyüşlərin birində düşmənin
şiddətli atəşi altında 23 yaralını xilas edərək, Terek çayından sahilə keçirmiş və
səhiyyə məntəqəsinə çatdırmışdı. Bu igidliyə görə M.Dilbazov "Qırmızı Ulduz"
ordeni ilə təltif olunmuşdu.
52
Tibb təlimatçısı Qüdrət İsmayılov 56 yaralı əsgəri
silahları ilə birlikdə döyüş meydanından çıxarıb tibb məntəqəsinə gətirmişdi.
İgidliyinə görə o, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.
53
Qafqaz uğrunda qanlı döyüşlər Sovet Silahlı Qüvvələrinin tam qələbəsi ilə
başa çatdı. Hitler komandanlığının Qafqazı tutmaq planları iflasa uğradı.
Sovet ordusunun cəbhələrdəki uğurları DMK-nın Azərbaycan əhalisinin
Orta Asiyaya köçürülməsi və Bakının, ilk növbədə, neft mədənlərinin minalanaraq
dağıdılmasını nəzərdə tutan "xüsusi əməliyyat" planının gündəlikdən çıxmasına
səbəb oldu.
54