47
55-ci Qvardiya atıcı diviziyasının Kerç boğazını keçib Krımı azad etmək
əməliyyatlarının iştirakçısı Bəkir Mustafayev məharətlə sürünərək yüksəklikdə
yerləşmiş düşmən rotasını qumbara ilə susdurmuş, əlbəyaxa döyüşdə şəxsən 40
düşmən əsgər və zabitini öldürmüşdü. Krım və Ukraynanın azad olunmasında
göstərdiyi igidliyə görə B.Mustafayev SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü
il 16 may tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı almışdı.
75
Sumı vilayətində gedən döyüşlərdən birində leytenant Müseyib Bağırov
şəxsən 100 faşist öldürmüşdü. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 22
fevral tarixli Fərmanı ilə M.Bağırova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
Mikayıl Ələkbərov Dnepri keçmək əməliyyatında igidlik göstərmişdi.
Kəşfiyyat əməliyyatları zamanı o, 14 hitlerçini məhv etmişdi. 1943-cü il oktyabrın
23-də Mikayıl Məmməd oğlu Ələkbərov Qorodovka kəndində qırmızı bayraq
qaldırmış və 30-dan artıq düşmən əsgərini sıradan çıxarmışdı. Cəsur əsgər bu
döyüşlərdə aldığı ağır yaralardan qəhrəmancasına həlak olmuşdu. SSRİ Ali Soveti
Rəyasət Heyətinin 1943-cü il 26 oktyabr tarixli Fərmanı ilə M.Ələkbərov
ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
76
Ukraynanın azad edilməsi salnaməsinə leytenant Məlik Məhərrəmovun
komandanlıq etdiyi qvardiya rotasının igidliyi əbədi daxil olmuşdur. 1943-cü il
sentyabrın 27-nə keçən gecə rota Dneprin sağ sahilinə keçib həmlə ilə hitlerçiləri
tutduğu mövqelərdən çıxarmışdı. Bununla da sovet ordusu hissələrinin çayı
maneəsiz keçməsi təmin olunmuşdu. Məlik Məlik oğlu Məhərrəmova və onun 17
silahdaşına Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Qvardiyaçı qəhrəmanlara
Lenin ordenini və "Qızıl Ulduz" medalını şəxsən təqdim edən cəbhə komandanı
K.K.Rokossovski qeyd etmişdi ki, bir rotanın tərkibində 17 Sovet İttifaqı
Qəhrəmanı olması fərəhli və müstəsna haldır.
77
Baş leytenant Səlahəddin Kazımovun topçuları 1943-cü il oktyabrın 8-də
Kiyevin şimalında Dneprin sağ sahilinə çıxmış, döyüş mövqelərini məharətlə
dəyişərək, ciddi müqavimət göstərən düşmənə gözlənilməz nöqtələrdən zərbələr
endirmişlər. Dneprin sağ sahilindəki mövqeləri genişləndirmək uğrunda gedən 12
günlük döyüşlərdə cəsur topçular faşistlərin 11 tankını, külli miqdarda əsgər və
zabitini məhv etmişdilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 16 oktyabr
tarixli Fərmanı ilə S.Kazımova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dneprin
keçilməsi uğrundakı döyüşlərdə igidliyinə görə Məmməd Məhərrəmov da SSRİ
Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 22 fevral tarixli Fərmanı ilə bu yüksək ada
layiq görüldü.
78
1943-cü il noyabrın 6-da Ukraynanın paytaxtı Kiyevin faşistlərdən azad
edilməsi uğrunda döyüşlərdə qvardiya mayoru, tankçı, batalyon komandiri Xıdır
Mustafayev yüksək məharət və igidlik nümayiş etdirmişdi. Noyabrın 6-da axşam
batalyon gözlənilmədən düşmən arxasına keçərək beş saat davam edən küçə
48
döyüşlərindən sonra Kiyevin 70 kilometrliyində olan Fastov şəhərini tutdu.
Düşmən döyüş meydanında 64 top, 43 tank, hərbi təchizatlı 16 eşelon, 40 silah və
ərzaq anbarı, 40 min ton yanacaq və lokomotiv qoyaraq qaçmışdı. Tank
batalyonunun şəxsi heyətinin əksəriyyəti orden və medallarla təltif olunmuş, Xıdır
Mustafayev isə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 10 yanvar tarixli
Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
79
Leninqrad şəhəri Mərkəzi Hərbi-Dəniz Muzeyində eksponat kimi 86 düyün
vurulmuş bir qaytan qoyulmuşdur. Bu, Şimal donanması snayperi Məmmədəli
Abbasovun üç ay ərzində qırdığı faşistlərin sayını bildirir. Abbasov hər faşisti
vuran kimi dərhal cibində gəzdirdiyi bu qaytana bir düyün vurardı. Ağcabədili
müəllim M.Abbasov elə bir gün olmazdı ki, faşist öldürməsin. Onun məharətindən
müntəzəm yazan Şimal donanmasının "Krasnı flotes" qəzeti qeyd etmişdi ki,
Məmmədəli Abbasov 35 gündə 63 hitlerçi qırmışdır. Şimal donanması
komandanlığı onu "Qırmızı Bayraq" ordeni ilə təltif etmişdi.
80
1944-cü ilin əvvəlində qızıl ordunun bütün cəbhə boyu hücumu başlandı.
Yanvarın 14-dən iki həftə davam edən döyüşlərdə Leninqrad və Volxov
cəbhəsinin, habelə Baltik donanmasının qoşunları Leninqrad ətrafında düşmənə
ağır zərbə endirərək, onu 70-100 km geriyə oturtdu, Leninqradın blokadasına son
qoyuldu.
Sağ sahil Ukraynasının azad edilməsi üçün fəal hərbi əməliyyatlar
genişləndi. Ukraynanın cənubundakı şəhərlərin azad edilməsində azərbaycanlılar
igidliklə vuruşurdular. Odessa vilayətinin Strukova kəndi uğrunda vuruşmada
qvardiya kapitanı M.Hüseynov düşmənin əks-hücumunun qarşısının alınmasına
bacarıqla rəhbərlik etmiş və döyüş meydanında həlak olmuşdu. Strukova kəndinin
sakinləri M.Hüseynovun adını əbədiləşdirərək, kənd məktəbinə cəsur
qvardiyaçının adını verdilər.
81
418-ci diviziyanın batalyon komandiri, qvardiya mayoru F.Qədimov bir
qrup döyüşçü ilə geriyə çəkilən hitlerçilərin Odessadan çıxarmaq istədikləri
avtomobil karvanının qarşısını kəsərək alman əsgər və zabitlərini məhv etmiş, 200
avtomaşını ələ keçirmişdi. İgidliyinə görə F.Qədimov I dərəcəli Vətən müharibəsi
ordeni ilə təltif olunmuşdu.
82
Süvari kəşfiyyat komandiri Pirəli Səlimov 22 döyüşçü ilə faşistlərin tutduğu
mövqeyin arxasına keçərək, onlardan 50 nəfərini məhv edib, əhəmiyyətli kəşfiyyat
məlumatları ilə öz hissələrinə qayıdıb. Bu əməliyyata bacarıqla, cəsarətlə rəhbərlik
etdiyinə görə P.Səlimov "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdu.
83
Sağ sahil Ukraynasını alman-faşist işğalçılarından təmizləyən 416-cı
Taqanroq diviziyasının əsgərləri çox sürətlə vuruşa-vuruşa Dnepr çayının sağ
sahilinə keçərək, Nikolayev şəhəri yaxınlığında düşmənin müqavimətini qırmış,
birgünlük qanlı döyüşlərdən sonra şəhəri ələ keçirib Cənubi Buq çayına çıxmışlar.