TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə3/219
tarix28.06.2018
ölçüsü15,93 Mb.
#52003
1   2   3   4   5   6   7   8   9   ...   219

 

1941-1942-ci  illərdə  respublikada  təşkil  edilən  hərbi  birləşmələrə 



Azərbaycandan  5000  kommunist  və  komsomolçu  daxil  olmuşdu.

13

  1943  -cü  il 



yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı.

14

 



Zaqafqaziya  cəbhəsinin  Hərbi  Hissələrin  Təşkili  və  Tamamlanması  İdarəsi 

Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi.

15

 

Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər 



adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.

16

 



Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci 

ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar 

təşkil  olunmuşdu.  1941-ci  ilin  dekabr  ayında  Krımın  müdafiəsində  iştirak  etmiş, 

Ağ  Manay  rayonundakı  döyüşlərdə  şəxsi  heyətinin  bir  hissəsini  itirmiş  77-ci 

diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi.

17

 



Döyüşən  qoşun  üçün  ehtiyat  qüvvələr  hazırlanmasında  görülən  zəruri  işlər 

nəticəsində  1941-ci  il  iyunun  22-dən  avqustun  14-dək  Azərbaycan  SSR-də  Xalq 

qoşunu  dəstələrinə  186704  nəfər  (onların  30563  nəfəri  qadın  idi)  yazılmışdı.  Bu 

dəstələr istehsalat-ərazi prinsipi üzrə  təşkil edilirdi.  Onların fəaliyyətinə  rəhbərlik 

üçün Mərkəzi qərargah yaradılmışdı.

18

  Bakı  şəhərinin  18  rayonunda  Xalq  qoşunu 



dəstələrinə  61780  nəfər  yazılmış  və  20  rota  təşkil  olunmuşdu.

19

  Bakı  ətrafında 



müdafiə  zonası  yaradılmasında  Xalq  qoşunu  dəstələrinin  12000  döyüşçüsü  fəal 

iştirak etmişdi.

20

 

Azərbaycan  Komsomolunun  Mərkəzi  Komitəsinin  1941-ci  ilin  avqustunda 



gənclərin  Xalq  qoşunu  dəstələrinə  cəlb  edilməsi  haqqında  qərarı  əsasında  Bakıda 

13860 komsomolçu xidmət edən 40-dan çox "komsomolçu-gənclər bölmə və rotası 

yaradılmışdı".

21

 



1942-ci  il  avqust  ayının  17-də  ərazinin  xüsusiyyətləri  nəzərə  alınmaqla, 

Xalq qoşunu dəstələri yenidən təşkil olundu. Bakıda üç - 101, 102 və 103-cü Xalq 

qoşunu  diviziyaları  yaradıldı.

22

  Diviziyalarda  21259  nəfər  döyüşçü  vardı.



23

 

Rayonlarda isə yerləşdirildikləri ərazinin adını daşıyan batalyonlar yaradılmışdı. 



1943-cü  ilin  martında  Xalq  qoşunu  diviziyalarının  təşkilində  dəyişikliklər 

edildi  və  hər  rayonda  bir  batalyon  saxlanıldı.  Həmin  batalyonlar  Qafqaz 

cəbhəsindəki təhlükə sovuşduğuna və alman işğalçıları Azərbaycan sərhədlərindən 

uzaqlaşdırıldığına  görə  1943-cü  ilin  avqust  ayından  Ümumi  icbari  hərbi  təlim 

hissəsinə daxil edildilər.

24

 



Sovet  ordusu  üçün  ehtiyat  qüvvələr  yaratmaq  məqsədilə  Dövlət  Müdafiə 

Komitəsinin qərarı ilə hələ 1941-ci ilin iyulundan etibarən bütün ölkədə 16 yaşdan 

50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə başlanmışdı. 1941-ci 

il oktyabrın  1-dən 1942-ci  il dekabrın 15-dək respublikada  172209 nəfər ümumi 

və  xüsusi  bölmələrdə  hərbi  təlim  keçmiş  29925  atıcı,  1255  snayper,  363 

minomyotçu,  747  pulemyotçu  və  b.  hazırlanmışdı.  Azərbaycan  K(b)P  MK-nın 




10 

 

qərarı ilə 4389 nəfər xüsusi tank əleyhinə döyüşçü hazırlandı. Onlardan 568 nəfəri 



Bakı şəhərinin sənaye müəssisələrində işləyən qadınlar idi.

25

 



Azərbaycanda  1941-1945-ci  illərdə  bütünlükdə  ümumi  icbari  hərbi  təlim 

xətti ilə 51254 (onlardan 37180-ni atıcı, 14074-ü nəfəri başqa hərbi ixtisaslar üzrə) 

döyüşçü hazırlanmışdı.

26

 Həmin illərdə respublikada 291421 çağırışçı 9 növ hərbi 



peşəyə  yiyələnmişdi,  Onlardan  32337  nəfəri  pulemyotçu,  8762  nəfəri  avtomatçı, 

7765 nəfəri minomyotçu, 2862 nəfəri snayper, 2466 nəfəri tank əleyhinə döyüşçü 

idi.

27

 



1941-ci  ildə  Azərbaycan  rayonlarında  təxribatçılara,  casuslara  və  sərhədi 

pozanlara  qarşı mübarizə aparmaq  məqsədilə Qırıcı batalyonlar  yaradılırdı. 12000 

adam  səfərbər  edilmiş

28

  bu  batalyonların  fəaliyyəti  sayəsində  müharibə  illərində 



32000  düşmən  paraşütçüsü,  casus,  quldur,  soyğunçu,  təxribatçı,  fərari,  dövlət 

sərhədini pozan tutulmuşdu.

29

 

Müdafiə işlərinin təşkilində ictimai təşkilatlar da fəal iştirak edirdi. Yardım 



cəmiyyəti  bu  sahədə  xüsusilə  fərqlənirdi.

30

  Bu  cəmiyyət  "Kimyəvi  silahlardan 



müdafiə" norması üzrə əhaliyə təlim keçirdi.

31

 Azərbaycan Qızıl Aypara Cəmiyyəti 



də  1941-1945-ci  illərdə  6500-dən  çox  tibb  bacısı  hazırlamış,  20  mindən  çox 

respublika vətəndaşı döyüşçülər üçün könüllü qan vermişdi.

32

 

Respublikanın  bədən  tərbiyəsi  təşkilatları  da  müdafiə  işində  fəal  iştirak 



edirdilər.  257270  idmançı  icbari  hərbi  təlimə  cəlb  olunmuşdu.  Onların  köməyi 

sayəsində  1941-1945-ci  illərdə  64  min  nəfər  "Əməyə  və  müdafiəyə  hazıram!" 

normasının 1 dərəcəsi, 20 min nəfər isə II dərəcəsi üzrə yoxlamadan keçirilmişdi. 

Yerli  hava  hücumundan  müdafiə  bölmələri  də  müharibə  illərində  əhali 

arasında səmərəli iş aparmışlar. Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MK-

nın  1941-ci  4  may  il  qərarına  əsasən  hava  hücumundan  müdafiə  məqsədilə 

sığınacaqların  tikilməsi  təşkil  edilmişdi.  1941-ci  il  iyul  ayının  10-na  qədər  bütün 

idarə  və  müəssisələrdə  özünümüdafiə  dəstələri  yaradılmışdı.

33

  Qırıcı  batalyonlara 



və hava hücumundan müdafiə dəstələrinə yardım qruplarında 15 min nəfər iştirak 

edirdi.


34

 Bu dəstələrin hər birinə idarə və müəssisələrdə 100-300 fəhlə və qulluqçu, 

yaşayış  yerlərində  isə  200-500  nəfər  sakin  daxil  olurdu.  Özünümüdafiə 

dəstələrində  olan  əhalinin  137797  nəfəri  əleyhqaz  geyinərək  1503  təlimdə  iştirak 

etmiş, ilk tibbi yardım üçün minlərlə tibbi heyət yetişdirilmiş, 180 sanitar drujinası 

təşkil  edilmiş  və  2700  nəfər  drujinaçı  hazırlanmışdı.  Yaşayış  məntəqələrini 

qorumaq  üçün  16000  nəfər  yaşlı  əhali,  12000  pioner  və  məktəbli  səfərbər 

edilmişdi. Naxçıvan şəhəri və Naxçıvan rayonunda kimyəvi hücumdan müdafiəyə 

hazırlıq  üçün  təşkil  edilmiş  185  dərnəyə  6212  nəfər  şəhər  və  kənd  əhalisi  cəlb 

olunmuşdu. Müəssisə və evlərdə 1134 nəfərin cəlb edildiyi 31 özünümüdafiə qrupu 

yaradılmışdı.

35

 




Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə