TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə46/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   42   43   44   45   46   47   48   49   ...   219

98 

 

istehsalata  ləng  tətbiqi  bu  vəziyyəti  daha  da  ağırlaşdırırdı.  Aqrar  bölmənin 



inkişafına bəzi ünsürlər də maneçilik törədirdilər. 

50-60-cı  illərdə  Azərbaycanda  tikinti  sahəsində  tədricən  inşaat  işləri 

genişləndirilir,  tikinti  sənayeləşdirilir,  yeni  konstruksiyalar  tətbiq  edilir,  istehsal 

proseslərinin  mexanikləşdirilməsi  təmin  olunurdu.  Yığma  dəmir-beton 

konstruksiyalar istehsalı 1953-cü ildəki 36,3 min kub m-dən,

157


1960-cı ildə 412,7 

min kub m-ə qədər artmışdı.

158 

Bununla belə, respublikada əsaslı tikinti geri qalır, 



nəzərdə tutulan planlar tam yerinə yetirilmirdi. 

Sov.İKP  MK  və  SSRİ  Nazirlər  Sovetinin  1965-ci  il  oktyabrın  4-də  qəbul 

etdiyi  qərarla  müttəfiq  respublikalara  əsaslı  tikintinin  planlaşdırılması,  əməyin  və 

əmək  haqqının  maliyyələşdirilməsi  sahəsində  əlavə  hüquqlar  verildi.  Bakıda  iki 

iripanelli  evtikmə  kombinatı,  Sumqayıtda  və  Mingəçevirdə  evtikmə  zavodları, 

Sumqayıtda  şüşə  zavodu,  dəmir-beton  hissələr  istehsal  edən  zavodlar  işə  düşdü. 

1960-1970-cı  illərdə  yığma  dəmir-beton  məmulatın  istehsalı  2,5  dəfə  çoxalmış, 

kərpic istehsalı 988 milyon ədəddən 1120 milyon ədədə çatmışdı.

159

 

50-60-cı illərdə respublikanın nəqliyyatında dəmir  yolu  nəqliyyatı  yüklərin 



daşınmasının başlıca vasitəsi olaraq qalmaqda idi. 1955-ci ilin noyabrında müstəqil 

Azərbaycan  Dəmiryol  İdarəsi  yaradıldı.  Azərbaycanın  dəmir  yollarının  uzunluğu 

1960-cı  ildə  1950,  1970-ci  ildə  isə  1811  km  idi.

160


  Elektrik  dəmir  yolu  şəbəkəsi 

genişlənmiş, uzunluğu 794 km olmuşdu.

161

 

Azərbaycandan  dəniz  nəqliyyatı  ilə  yük  göndərilməsi  və  su  yolu  ilə 



respublikaya  yük  gətirilməsi  də  artmışdı.  Hər  il  Kür  çayı  nəqliyyatı  ilə  300  min 

tondan çox yük daşınırdı.

162

 

1962-ci  ildən  işə  düşmüş  dəmiryol  su  rabitəsi  Bakı-Krasnovodsk  xətti  ilə 



daşımada  mühüm yer tuturdu. Bərə ilə daşınma  Qafqazın Orta  Asiya, Qazaxıstan 

və Sibir ilə nəqliyyat əlaqələrini yaxşılaşdırdı. 

Qara  dənizdə  olan  Xəzər  Dəniz  Gəmiçiliyi  İdarəsinin  gəmiləri  İtaliya, 

Əlcəzair,  Birləşmiş  Ərəb  Respublikası,  Polşa,  Rumıniya,  Bolqarıstan  və  başqa 

ölkələrin  limanlarına  ardıcıl  reys  edirdilər.  1964-cü  ildə  Azərbaycan  gəmiləri 

Volqa-Baltika  su  yolundan  istifadə  edərək,  İrandan  Danimarkaya,  Hollandiyaya, 

Almaniyaya yük daşımağa başlamışdılar.

163


 

Avtomobil yük nəqliyyatı sürətlə inkişaf edirdi. Onun yük dövriyyəsi 1950-

ci ildəki 522 mln. ton km müqabilində 1970-ci ildə 3709 mln. ton km olmuşdu.

164


 

Sərnişin daşınması 1950-ci ildəki 11 mln. nəfərdən 1970-ci ildə 3345 mln. nəfərə 

qədər artmışdı.

165


 

Avtomobil yollarının yenidən qurulması və yenilərinin salınması sahəsində 

böyük  işlər  görülürdü.  1950-1960-cı  illərdə  Azərbaycanda  avtomobil  yollarının 

uzunluğu 11 min km-dən 1970-ci ildə 21,1 min km-ə qədər artmışdı.

166

 



99 

 

Şose  yollarının  təzələnməsində  də  mühüm  işlər  görülürdü.  Bərdə-Tərtər-



İstisu,  Saatlı-Bəhramtəpə-İmişli  şose yolları  istifadəyə verilmişdi. Azərbaycanla 

Ermənistan və Gürcüstan arasında avtomobil əlaqəsi yaradılmışdı.

167

 

Lakin  sərnişinlərin  rayonlararası  daşınması  lazımi  səviyyədə



 

inkişaf 


etməmişdi. Bakıda şəhər nəqliyyatı pis işləyirdi. 

Respublikada  hava  nəqliyyatı  da  inkişaf  edirdi.  1960-cı  ildə  hava  xətləri 

Bakını  təkcə  Moskva  ilə  deyil,  həm  də  başqa  şəhərlərlə  əlaqələndirirdi. 

Təyyarələrlə həm sərnişin, həm də yüklərin daşınması artmışdı. Məsələn, sərnişin 

daşınması  1950-ci  ildəki  21  min  nəfərdən  artaraq  1970-ci  ildə  969  min  nəfərə 

çatmışdı.

168

 Aviasiya kənd təsərrüfatı ziyanvericilərinə və bitki xəstəliklərinə qarşı 



mübarizədə kənd əhalisinə misilsiz kömək göstərirdi. 

Respublikada  poçt  rabitəsi  sürətlə  inkişaf  edirdi.  60-cı  illərin  əvvəllərində 

bütün rabitə agentlikləri rabitə şöbələrinə çevrildi.

169 


Bakıda rabitə kontoru əvəzinə 

poçtamt,  şəhər  və  rayonlarda  isə  rabitə  qovşaqları  yaradıldı.  1970-ci  ildə 

Azərbaycanda 1555 poçt, teleqraf və telefon müəssisəsi var idi.

170


 

Şəhər telefon stansiyalarının sayı 1950-ci ildəki 89-dan 1970-ci ildə 132-yə, 

o cümlədən  ATS-lərin sayı  müvafiq olaraq 6-dan 84-ə  qədər çoxalmışdı.  1960-cı 

ilə qədər bütün kənd sovetləri və kolxozlar telefonlaşdırılmışdı.

171

 

Radiorabitə  vəsaitləri  böyük  sürətlə  inkişaf  edirdi.  Respublikada 



radioqəbuledici nöqtələrin sayı 1950-ci ildəki 181 mindən 1970-ci ildə 1701 minə 

çatmışdı.

172

 

Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətini 1956-cı il fevralın 14-



də  ilk  yoxlama  verilişi  ilə  başladı,  sonralar  televiziya  mərkəzinin  verilişləri 

Bakıdan 200 km-ə qədər məsafədə müntəzəm olaraq qəbul edilməyə başlandı. 

1966-cı  ildə  Bakı-Şuşa,  1969-cu  ildə  Şuşa-Naxçıvan  radiorele  xətti 

istifadəyə verildi. 1970-ci ildə radiorele xətti ilə Bakı televiziya stansiyası ilk dəfə 

Moskvadan rəngli televiziya proqramını göstərmək imkanı əldə etdi. 

Lakin  respublikada,  xüsusən  kənd  yerlərində  rabitə  şəbəkəsinin  inkişaf 

səviyyəsi və sürəti əhalinin durmadan artan tələbatından hələ də geri qalırdı. 

Beləliklə,  40-cı  illərin  ikinci  yarısı  -  80-ci  illərdə  Azərbaycan  iqtisadiyyatı 

çətin, ziddiyyətli, eyni zamanda uğurlu inkişaf yolu keçdi. Lakin iqtisadi idarəetmə 

və  planlaşdırmada  ciddi  qüsurlarla  əlaqədar  mövcud  inkişaf  sürəti,  əmək 

məhsuldarlığı, istehsal Azərbaycanın potensial imkanlarından xeyli aşağı idi. 

 

 



 

 

 

 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə