353
XRONOLOJĠ CƏDVƏL
1 milyon 500 min-1 milyon 200 min il qabaq – Azərbaycan ərazisində
insanın ilk izləri.
1 milyon 200 min-1 milyon il qabaq – Azıx mağarasında insan həyatının
başlanması.
400 min-350 min il qabaq – Azıx mağarasında azıxantropun çənə fraqmenti.
100 min-35 min il qabaq – Orta paleolit.
40-35 min il qabaq – Yuxarı paleolitin başlanması. Müasir insanın meydana
gəlməsi.
Eramızdan əvvəl XIII-VI minilliklər – Mezolit və Neolit. İstehsaledici
təsərrüfatın təşəkkülünün başlanması.
Eramızdan əvvəl VI-IV minilliklər – Eneolit. Şomutəpə mədəniyyəti.
Eramızdan əvvəl IV-III minilliyin sonu – İlk tunc dövrü. Kür-Araz
mədəniyyəti.
Eramızdan əvvəl III minilliyin son sülsü – Azərbaycan ərazisində ilk tayfa
ittifaqları. Kutilər, lullubilər və hürrilər haqqında Şumer-Akkad mənbələrinin
məlumatı.
Eramızdan əvvəl III minillliyin sonu-II minilliyin birinci yarısı – Orta tunc
dövrü.
Eramızdan əvvəl II minillik – Naxçıvan mədəniyyəti.
Eramızdan əvvəl II minilliyin birinci yarısı – Ön Asiyaya gələn ari tayfaları
Urmiyasahili rayonunda hürrilərlə təmasda olmuşlar.
Eramızdan əvvəl II minilliyin ikinci yarısı-I minilliyin baĢlanğıcı – Son
tunc və ilkin dəmir dövrü. Sosial və əmlak cəhətdən parçalanmanın dərinləşməsi.
Xarici əlaqələrin güclənməsi. Xocalı-Gədəbəy, Qayakənd-Xoroçoy və Talış-Muğan
mədəniyyətləri.
Eramızdan əvvəl II minilliyin sonu – Azərbaycanın ən inkişaf etmiş
rayonlarında ibtidai icma quruluşunun süqutu və dağılması.
Eramızdan əvvəl II minilliyin sonu-I minillliyin baĢlanğıcı – Azərbaycan
ərazisinə İrandilli tayfaların soxulması.
Eramızdan əvvəl I minilliyin baĢlanğıcı – Azərbaycan ərazisində ilk iri
siyasi qurumların meydana gəlməsi. Zamua.
Eramızdan əvvəl IX əsrin birinci yarısı – Cənubi Azərbaycana və qonşu
ölkələrə Aşşur dövlətinin müdaxiləsinin başlanğıc dövrü.
Eramızdan əvvəl IX əsrin baĢlanğıcı – Urmiyasahili rayonda Manna, Gilzan,
Karalla, Allabria və başqa ―çarlıq‖ların ilk dəfə xatırladılması.
Eramızdan əvvəl IX əsrin ikinci yarısı – Urmiyasahili rayonda Manna çarlığı
təşəkkül tapır.
354
Eramızdan əvvəl IX əsrin 30 illəri - Madalıların ilk dəfə xatırladılması.
Eramızdan əvvəl VIII əsr – Manna dövlətinin güclənməsi və genişlənməsi.
Aşşurlular və urartulular ilə mübarizə.
Eramızdan əvvəl VIII əsrin ortaları – Aşşur müdaxiləsinin ikinci
mərhələsinin başlanması. Cənubi Azərbaycan və bitişik vilayətlərin ərazisində ilk
Aşşur vilayətlərinin yaranması.
Eramızdan əvvəl 714-cü il – II Sarqonun Urartuya qarşı yürüşü.
Eramızdan əvvəl VIII-VII əsrlərin sonu – Kimmerlərin, skiflərin və sakların
Qafqaza və Ön Asiyaya soxulması.
Eramızdan əvvəl VII əsrin 70 ci illəri - Azərbaycan ərazisinin bir hissəsində
Skif çarlığının meydana gəlməsi.
Eramızdan əvvəl VII əsrin 70-ci illəri – Mada çarlığının meydana gəlməsi.
Eramızdan əvvəl 660-cı ilə yaxın – Mannada çar Ahşeriyə qarşı üsyanlar.
Eramızdan əvvəl VII əsrin III çərəyi – Mada istilalarının başlanması.
Eramızdan əvvəl 625-585-ci illər – Kiaksarın hökmranlığı.
Eramızdan əvvəl 615-ci il – Madalıların Aşşur ilə müharibəsinin başlanması.
Eramızdan əvvəl 612-ci il – Neynəvanın Madalılar və babillilər tərəfindən
işğal edilməsi.
Eramızdan əvvəl 612-605-ci illər – Aşşur dövlətinin süqutu, onun Mada ilə
Yeni Babil çarlığı arasında bölünməsi.
Eramızdan əvvəl VII əsrin sonu-VI əsrin baĢlanğıcı – Mannanın, Skif
çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi.
Eramızdan əvvəl 550-ci il – Mada dövlətinin süqutu. Farsların Əhəmənilər
dövlətinin meydana gəlməsi.
Eramızdan əvvəl 522-ci il – Qaumatanın çevrilişi.
Eramızdan əvvəl 521-ci il – Fravartişin başçılığı ilə madalıların üsyanı.
Eramızdan əvvəl V əsrin sonu – Fars çarlarının kadusilərə qarşı yürüşləri.
Eramızdan əvvəl IV əsr-eramızın III əsri – Yaloylutəpə mədəniyyəti.
334-331-ci illər – Makedoniyalı Aleksandrın istilaları və Əhəmənilər
dövlətinin süqutu.
Eramızdan əvvəl I minilliyin son sülsü-eramızın VII əsri – Küp qəbirlər
mədəniyyəti.
Eramızdan əvvəl 331-ci il – Qavqamela yaxınlığındakı döyüşdə madalıların,
kadusilərin, sakasinlərin və albanların iştirak etməsi.
Eramızdan əvvəl IV əsrin son sülsü - Atropatena dövlətinin meydana
gəlməsi. Atropatenanın ilk çarı Atropat.
Eramızdan əvvəl IV əsrin son çərəyi – Hellinizmin başlanması.
Eramızdan əvvəl III əsr – Albaniya dövlətinin meydana gəlməsi.
355
Eramızdan əvvəl 285-280-ci illər – Kaspi dənizini öyrənmək üçün Heraklidin
və Patroklun ekspedisiyaları.
Eramızdan əvvəl III əsrin son sülsü – Atropatenanın güclənməsi. Çar
Artabazan.
Eramızdan əvvəl III əsrin 20-ci illərinin sonu – Artabazan Selevki çarı III
Antioxun ali hakimiyyətini tanıyır.
Eramızdan əvvəl III əsr – Albaniyada sikkə kəsilməsi.
Eramızdan əvvəl II əsrin 60-cı ili – Atropatena yenidən müstəqil siyasət
yeridir.
Eramızdan əvvəl I əsr – Atropatenada parfiyalıların və Zərdüştiliyin
mövqelərinin möhkəmlənməsi.
Eramızdan əvvəl I əsrin baĢlanğıcı – Atropatena ilə Ermənistan arasında
dostluq və ittifaq. Romaya qarşı mübarizə.
Eramızdan əvvəl I əsr - Roma müdaxiləsinə qarşı albanların, iberlərin və
ermənilərin mübarizəsi.
Eramızdan əvvəl 60-cı illər – yazılı mənbələrdə alban basilevsi Oroysun və
onun qardaşı Kosisin xatırladılması.
Eramızdan əvvəl I əsrin II yarısı – Atropatenada Artabazdın hökmranlığı.
Eramızdan əvvəl 36-cı il – Romalıların Atropatenaya soxulması. Fraaspanın
qəhrəmanca müdafiəsi. Atropatena çarı Artabazad və parfiyalılar tərəfindən Antoninin
qoşunlarının darmadağın edilməsi.
Eramızdan əvvəl 35-ci il – Albanların parfiyalılarla çarpışması. Basilevs
Zober.
Eramızdan əvvəl I əsrin son çərəyi – Atropatena çarlarının parfiyapərəst
siyasətinin sonu. Romalılar ilə yaxınlaşma və ittifaq.
Eramızdan əvvəl I əsrin sonu-eramızın I əsrinin baĢlanğıcı – Atropatena
hökmdarları Ariobarzan və Ariovasd.
Eramızın I əsrinin baĢlanğıcı – Arşakilər Atropatenada hakimiyyəti ələ
keçirirlər.
Eramızın I əsrinin ikinci yarısı – Albaniyada Arşakilər sülaləsi
hökmranlığının bərqərar olması.
70-ci illər – Alanların Azərbaycana və qonşu ölkələrə soxulması.
80-90-cı illər – Romalıların Albaniyaya yürüşü.
226-cı il – İranda Sasanilər sülaləsinin hakimiyyət başına gəlməsi.
Dostları ilə paylaş: |