Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix22.05.2018
ölçüsü0,49 Mb.
#45289
1   ...   12   13   14   15   16   17   18   19   20

 

Şəkil 24. Körpədə 2- barmaq texnikası ilə ürək massajı. 

 

 



____________________________________________ 

      

 

Körpələri Baryer Cihazlarla Havalandırma (Ventilyasiya) 

 

Baryer cihazları böyüklərdəki kimi istifadə edin. 



 

Torba-maska havalandırmasını təmin etmək üçün, uyğun ölçüdə  torba və maska seçin. Maska 

zərərçəkənin üzünü və burnunu tam örtməlidir, gözləri örtməməli, ya çənənin üstünə 

gəlməməlidir. Torba və maska seçərək, eyni zamanda zərərçəkənin tənəffüs yolunu açmaq üçün 

başını arxaya çəkib-çənəsini qaldırın. Körpənin  çənəsini qaldıran kimi, üzünə maskanı taxın, 

maskanı üzdə yaxşı bərkidin. Oksigen mövcud olan hallarda maskaya əlavə oksigen qoşun. 

 

Nəfəs vermə texnikası barədə “Körpələrdə Ağızdan- Ağıza-və-Buruna  və Ağızdan- Ağıza 



Tənəffüs” seksiyasının 8-ci bölümündə daha çox məlumat əldə edə bilərsiniz. 

______________________________________________ 



 

Ürək Dayanmalarında Uşaq və Körpələrə Tənəffüs Nədən Vacibdir  

 

Qəfləti ürək dayanmalarında (məsələn, böyükdə tipik ürək dayanması), qanda oksigenin miqdarı 



adətən normal olur, ona görə tək ürək massajı ürək dayanmasının ilk dəqiqələrində ürəyə və 

beyinə adekvat oksigen təminini saxlaya bilər. 

 

Böyüklərdən fərqli olaraq, ürək dayanmaları yaşayan uşaqlarda və körpələrdə çox vaxt tənəffüs 



çatmamazlığı ya şok olur, bu da qanda oksigenin miqdarnı hətta ürək dayanmasından əvvəl 

azaldır. Nəticədə, ürək dayanmaları yaşayan uşaq və körpələrin çoxunda, təkcə ürək massajı 

ürəyə və beyinə oksigenin çatdırılmasında kompressiya və nəfəs kombinasiyası kimi effektiv 



olmur. Ona görə, uşaq və körpələrdə ÜAR-sı zamanı həm kompressiya, həm də nəfəsin verilməsi 

çox vacibdir. 

_____________________________________________ 

Ehtiyat 

Başı neytral pozisiyada tutun 

 

Əgər siz körpənin başını arxaya doğru normal vəziyyətdən çox əysəniz, körpənin tənəffüs yolu 



tutula bilər. 

 

Tənəffüs yolunun keçiriciliyini maksimal dərəcədə artırmaq üçün körpənin boynunu neytral 



vəziyyətdə qoyun ki, qulağın xarici kanalı körpənin çiyninin yuxarısı ilə bir səviyyədə olsun. 

____________________________________________ 



     

 2-Xilasedici üçün  

Körpələrdə ÜAR-sı 

 

____________________________________________ 



     

2- Baş Barmaqla Döş qəfəsini 

Əhatə EdənÜrək Massajı Texnikası 

 

2- baş barmaqla əhatə texnikası iki xilasedici üçün ürək massajında əlverişli olan texnikadır-

onlar körpənin döş qəfəsini əlləri ilə əhatə edə bilərlər. Bu texnika qan dövranını döş qəfəsinin 

iki baş barmaqla kompressiyası ilə əmələ gətirir. 2- baş barmaqla əllərin əhatə texnikası daha 

yaxşı qan dövranı yaradır, kompressiyaların uyğun dərinlik və gücdə olmasına daha yaxşı imkan 

verir, və, 2- barmaq texnikası ilə müqaisədə, daha yüksək qan təzyiqi yarada bilir. 

 

Körpədə 2- baş barmaqla əllərin əhatə texnikası ilə ürək massajını etmək üçün aşağıdakı 



addımlara riayət edin: 

 

Addım 



                            Fəaliyyət 

      

 

2 baş barmaginizı bir-birinə toxundurub körpənin döş qəfəsinin mərkəzinə, döş 



sümüyünün alt hissəsinə qoyun. Çox kiçik körpələrdə baş barmaqlar üst-üstə 

gələ bilər. 

      

 

Körpənin döş qəfəsini əhatə edin, körpənin kürəyini hər iki əlin barmaqları ilə 



tutun. 

  

      



 

Əlləriniz körpənin döş qəfəsini əhatə edərək, hər iki baş barmaqla döş sümüyünü 

azı döş qəfəsinin üçdə bir dərinliyinə qədər basın (təxminən 4 sm) (Şəkil 25). 

 

      



 

Massajı hamar qaydada, dəqiqədə azı 100/dəq. sürəti ilə edin. 



 

       

 

Hər kompressiyadan sonra döş sümüyünə təzyiqi tam kəsin və döş qəfəsinin tam 



yerinə qayıtmasına imkan verin. 

       

 

Hər 15 kompressiyadan sonra, ikinci xilasediciyə qısa fasilə verin- o, başı arxaya 



çəkib-çənəni qaldırma ilə tənəffüs yolunu açıb 2 nəfəs verir. Hər nəfəslə döş 


qəfəsi qalxmalıdır. 

       

 

Kompressiyaları və nəfəsi 30:2 nisbəti ilə davam edin (iki xilasedici üçün),  



xilasedicilərin yorulmasının qabağını almaq üçün hər 2 dəqiqədən bir rolları 

dəyişin. 

 

 

 



 

 

Şəkil 25. Körpədə 2- baş barmaqla əllərin əhatə texnikası 

(iki xilasedici üçün). 

 

____________________________________________ 



     

 

İki Xilasedici üçün Körpələrdə Əsas Yaşam Dəstəyi (ƏYD) 

Ardıcıllığı 

   


İki xilasedici körpədə aşağıdakı ƏYD ardıcıllığına riayət etməlidir: 

 

Addım 



                            Fəaliyyət 

      1 

Körpəni cavab (reaksiya) verib-verməməsinə və körpənin nəfəsini yoxlayın.  

 

      2 

Əgər körpə cavab vermir və nəfəs almır ya boğulursa, ikinci xilasedicini təcili 

yardıma zəng etmək və AXD/ya defibrillator gətirmək üçün göndərin. 

 

      



Körpənin braxial nəbzini yoxlayın (buna azı 5, amma 10 saniyədən çox vaxt sərf 

etməyin).  

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə