Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix22.05.2018
ölçüsü0,49 Mb.
#45289
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

məsafənin ortasina və bud-çanag büküşünün həmən aşağısına qoyun. 

 

      



Nəbzi təyin etmək üçün azı 5, amma 10 saniyədən çox vaxt sərf etməyin. Əgər 

nəbzi dəqiq hiss etmirsinizsə,  ilk növbədə ürək massajından (C-A-B ardıcıllığı 

ilə), ÜAR-sını başlayın. 

 

 



2- Xilasedici üçün Uşaqlarda Əsas Yaşam Dəstəyi (ƏYD) 

Ardıcıllığı 

 

 



2- xilasedici uşaqda aşağıdakı ƏYD ardıcıllığına riayət etməlidir (AXD yoxdur): 

 

      1 

Uşağı cavab verib-verməməsinə və uşağın nəfəsini yoxlayın. Əgər uşaq cavab 

vermir və nəfəs almır ya boğulursa, ikinci xilasedici təcili yardım sistemini 

aktivləndirir (zəng edir). 

 

      2 

Uşağın nəbzini yoxlayın -buna azı 5, amma 10 saniyədən çox vaxt sərf etməyin. 

Uşaqda karotid ya femoral nəbzi təyin etməyə çalışa bilərsiniz. 

 

      



Əgər10 saniyə ərzində siz nəbzi aydın təyin edə bilmirsinizsə, ya, əgər, adekvat 

oksigenləşmə və havalandırmaya ramən, ürəyin vurğu sayı, perfuziyanın pis  

əlamətləri ilə, dəqiqədə 60/dan az qalırsa, onda ürək massajından başlamaqla, 

30:2 nisbəti ilə,  kompressiya və nəfəs dövrələrini icra edin. İkinci xilasedici 

gələn kimi, 15:2 kompressiya-nəfəs nisbətini istifadə edin. 

 

 



 

______________________________________________ 

 

Uşaqları Baryer Cihazlarla Havalandırma (Ventilyasiya) 

 

Baryer cihazları böyüklərdə oldugu kimi istifadə edin. 



 

Torba-maska havalandırmasını təmin etmək üçün, uyğun ölçüdə torba və maska seçin. Maska 

zərərçəkənin üzünü və burnunu tam örtməlidir, gözləri örtməməli, ya çənənin  üstünə 

gəlməməlidir. Torba və maska seçərək, eyni zamanda zərərçəkənin tənəffüs yolunu açmaq üçün 

başını arxaya çəkib-çənəsini qaldırın. Uşağın  çənəsini qaldıran kimi, üzünə maskanı taxın, 

maskanı üzdə yaxşı bərkidin. Oksigen mövcud olan hallarda maskaya əlavə oksigen qoşun. 

______________________________________________ 

 

Ürək Dayanmalarında Uşaq və Körpələrə Tənəffüs Nədən Vacibdir  

 

Qəfləti ürək dayanmalarında (məsələn, böyükdə tipik ürək dayanması), qanda oksigenin miqdarı 



adətən normal olur, ona görə tək ürək massajı ürək dayanmasının ilk dəqiqələrində ürəyə və 

beyinə adekvat oksigen təminini saxlaya bilər. 

 

Böyüklərdən fərqli olaraq, ürək dayanmaları yaşayan uşaqlarda və körpələrdə çox vaxt tənəffüs 



çatmamazlığı ya şok olur, bu da qanda oksigenin miqdarnı hətta ürək dayanmasından əvvəl 

azaldır. Nəticədə, ürək dayanmaları yaşayan uşaq və körpələrin çoxunda, təkcə ürək massajı 

ürəyə və beyinə oksigenin çatdırılmasında kompressiya və nəfəs kombinasiyası kimi effektiv 



olmur. Ona görə, uşaq və körpələrdə ÜAR-sı zamanı həm kompressiya, həm də nəfəsin verilməsi 

çox vacibdir. 

_____________________________________________ 

 

Kritik anlayışlar 

 

Yüksək keyfiyyətli ÜAR-sı zərərçəkənin sağqalma şansını yaxşılaşdırır. 



Böyüklərdə yüksək keyfiyyətli ÜAR-sının  aparıcı xarakterisikalarına aşağıdakılar daxildir 

 

● Ürək dayanmasını təyin edən kimi 10 saniyə ərzində ürək massajını başlayın 



● Möhkəm və tez-tez basın: kompressiyaların tezliyi ən azı  

   dəqiqədə/100 olmalı,  dərinliyi böyüklərdə ən azı 5 sm, uşaqlarda  

   təxminən 5 sm, və körpələrdə təxminən 4 sm. 

● hər kompressiyadan (ürək massajından) sonra döş qəfəsinin tam  



   yerinə qayıtmasına imkan verin. 

● kompressiyalararası məsafələri mümkün qədər qısaldın (çalışın  

   dayanmalar 10 saniyədən az olsun). 

 



Döş qəfəsini qaldıran effektiv tənəffüs verin 

 



Artıq havalandırmaya yol verməyin. 

 

_____________________________________________ 



 

5-ci 

Hissə 

 

 Körpələrdə  ƏYD/ ÜAR 

_____________________________________________ 

 

Ümumi icmal                         

 

 

Bu seksiya körpələrdə ÜAR-n əsas addımlarını açıqlayır. 



______________________________________________ 

 

Təlimin məqsədi      

Bu bölümün sonunda siz aşağıdakılara qadir olacasınız: 

           

 



körpələrdə ÜAR-n əsas addımlarını sadalamağa 

 



körpələrdə ÜAR-n əsas addımlarını göstərməyə 

 

____________________________________________ 



                      

 

Körpələrdə Əsas Yaşam Dəstəyi (ƏYD) 

 

Pediatrik ƏYD alqoritmində təsvir edilən (Şəkil 22) ƏYD ardıcıllığının məqsədlərinə görə,  



körpə termini 1 yaşına qədər körpələri  (12 ay) nəzərdə tutur, buraya yeni doğulmuş körpələr 

daxil deyil. 1 və ondan yuxarı yaşda uşaqlara aid məlumata üçün “1 yaşdan Cinsi Yetişkənliyə 

qədər Yaşda olan Uşaqlarda  ƏYD/ ÜAR-na”  baxın. 

 

Körpələrdə ƏYD ardıcıllığı və səriştələri böyüklər və uşaqlar üçün ƏYD ardıcıllığı  ilə eynidir. 



Körpələrdə ƏYD-n başlıca fərqləri aşağıdakılardır 

 



 

Nəbzin təyin edilmə yeri:körpələrdə braxial arteriya 

 


 

Kompressiyanın edilmə texnikası: tək xilasedici üçün 2 barmaqla, və 2 baş barmaqla 

əhatə etmə texnikası 2 xilasedici üçün. 

    ●   kompressiyaların dərinliyi:  döş qəfəsinin azı üçdə  bir dərinliyi,        

           təxminən 4 sm dərinlikdə 



    ●   2 xilasedici üçün kompressiya/havalandırma nisbəti: uşaqlarda  

          olduğu kimi- 2 xilasedici üçün nisbət 15:2 

     

    ●  təcili yardım sistemini nə vaxt aktivləndirmə, zəng etmə (uşaqlardakı  



        kimi): 

-

 



Əgər siz ürək dayanmasının şahidi olmamısınız və təksinizsə,zəng etmək üçün 

və AXD (ya defibrillatoru) əldə etmək üçün getməzdən əvvəl  körpəyə 2 dəqiqə 

ərzində ÜAR-sı təmin edin. 

-

 



Əgər ürək dayanması birdən birə olub və yanında şahidlər olubsa, təcili yardıma 

zəng edib  AXD (ya defibrillatoru) götürmək üçün körpəni qoyub gedin, sonra 

yanına qayıdın. 

 

____________________________________________ 



                      

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə