Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix22.05.2018
ölçüsü0,49 Mb.
#45289
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

Cərəyan zərərçəkənin əzələlərinin birdən-birə yığılmasını əmələ gətirəcək. 



      

       

 

Əgər cərəyana ehtiyac yoxsa, və hər hansı bir cərəyanın ötürülməsindən 



sonra, təcili sürətdə, ilk növbədə ürək massajından, ÜAR-nı başlayın 

      

       6 

 

ÜAR-nın 5 dövrəsindən, ya təxminən 2 dəqiqədən sonra, AXD sizə 3-cü 



və 4-cü addımların təkrarlanmasını işarə edəcək. 

Əgər “Cərəyan lazım deyil” məsləhəti verilirsə, təcili, ilk növbədə ürək 

massajından, ÜAR-nı yenidən başlayın. 

 

 

 



 


 

Şəkil 15. AXD yastıqcıqlarının  zərərçəkənin üstündə yerləşdirilməsi 

______________________________________________ 



 

                

 

 

 



 

Başlıca Faktlar 

Son kompressiya (ürək massajı)  və cərəyanın ötürülməsi arasında  zamanın 

qısaldılmasının önəmliliyi 

 

Cərəyanın ötürülməsindən əvvəl və sonra edilən minlərlə ritm lentlərinin analizi göstərmiş ki, 



əgər xilasedənlər son kompressiya ilə cərəyanın  arasındakı vaxtı 10 saniyə ya daha az qısalda 

biliblərsə, cərəyan daha effektli olur (məsələn, mədəciklərin fibrillyasiyasını aradan qaldırıb 

nəticədə spontan qan dövranına qayıtma). 

 

Son kompressiya ilə cərəyanın  arasındakı əlavə keçən hər 10 saniyə cərəyanın ötürülmə 



effektivliyini önəmli dərəcədə azaldır. Bu intervalın qısaldılması təcrübə və xilasedici qrupun əla 

koordinasiyasını tələb edir, özəlliklə ürək massajı edənlə defibrillatoru işlədən xilasedici 

arasında. 

______________________________________________ 



Diqqət 

Zərərçəkənin yerinin dəyişdirilməsi 

 

Zərərçəkəni ambulans ya xərəkdə daşıyarkən AXD-ru qoşulmuş vəziyyətdə qoya bilərsiniz. 

Zərərçəkəni daşıyarkən “Analiz” düyməsini heç zaman basmayın. Hərəkətlə ritm analizi üst-üstə 

gəlib və artifaktlar yalnış olaraq mədəcik fibrilyasiyası kimi görünə bildiyi üçün, xilasedici 

xərəyi ya xəstəni daşıyan başqa vasitəni tam dayandırıb yenidən analiz edə bilər.  

______________________________________________ 



 

Xüsusi vəziyyətlər 

 

AXD-n istifadəsi zamanı xüsusi vəziyyətlər xilasedicidən aşağıdakı əlavə addımların edilməsini 

tələb edə bilər: 

 



Zərərçəkənin döş qəfəsi tüklüdür 

 



Zərərçəkən suya salınmış ya zərərçəkənin döş qəfəsi su ilə örtülmüş. 

 



Zərərçəkənə defibrillator ya peysmeyker implantasiya edilib. 

 



Zərərçəkənin döş qəfəsinə, dərinin səthundə AXD-nın yastıqcıqlarının qoyulan yerində, 

transdermal plastır ya başqa bir vasitə yapışdırılıb. 

 

______________________________________________ 



 

Tüklü döş qəfəsi  



 

Yeniyetmə ya böyük yaşlı zərərçəkənin döş qəfəsində çoxlu tük varsa, AXD-nın yastıqcıqları 

döş qəfəsinin dərisinə yaxşı yapışmaya bilər. Belə hallarda, AXD zərərçəkənin ürək ritmini 

analiz edə bilməyəcək. AXD “elektrodları kontrol edin” ya “elektrodların yastıqcıqlarını kontrol 

edin” messajını verəcək. 

 

Addım 



                            Fəaliyyət 


      

 

Əgər yastıqcıqlar dəri əvəzinə tüklərə yapışıbsa, hər yastıqcıqi möhkəm aşağı 



doğru basın. 

      

 

Əgər AXD “yastıqcıqları kontrol edin” ya “elektrodları kontrol edin” 



siqnalını davam edirsə, yastıqcıqları tez çıxardın. Bu tüklərin böyük 

miqdarını çıxardıb  yastıqcıqların dəriyə yapışdırılmasına imkan verəcək. 

      

 

Yastıqcıqları qoyduğunuz yerdə hələ çoxlu miqdarda tük qalırsa, həmin 



nahiyəni AXD-n çantasında olan ülgüclə qırxın. 

      4 

     


    Yenidən yastıqcıqları qoyun. AXD-rın səs siqnallarına 

    riayət edin. 

______________________________________________ 

 

 



Su 

 

Su elektrikin yaxşı ötürücüsüdür. AXD-ru suda istifadə etməyin. Zərərçəkən suda yerləşirsə, onu 



sudan çıxardın. Zərərçəkən suda uzanıb, ya döş qəfəsi su ilə örtülübsə, su cərəyanın elektrikini 

zərərçəkənin döş qəfəsinin dərisindən ötürə bilər. Bu ürəyə cərəyanın adekvat dozasının 

çatdırılmasının qabağını alacaq. Zərərçəkənin döş qəfəsi su ilə örtülübsə, 

AXD yastıqcıqlarını qoymamışdan əvvəl döş qəfəsini tez silin. 

 

Əgər zərərçəkən qarda ya kiçik gölməçədə uzanıbsa, AXD istifadə edə bilərsiniz. 



______________________________________________ 

 

İmplantasiya edilmiş defibrillator və peysmeykerlər 



 

Qəfləti ürək dayanmasının yüksək riski  olan zərərçəkənlərdə cərəyanı avtomatik olaraq birbaşa 

ürəyə implantasiya edilmiş defibrillator /peysmeykerlər ötürür. Siz bu cihazları çox tez təyin edə 

bilərsiniz, çünki onlar döş qəfəsinin yuxarısı ya qarının dəri altında bərk şişkinlik əmələ gətirir. 

Şişkinlik bir dəst oyun kartının yarısı ölçüsündədir,  üstündə çapıq olur. Sizin qoyduğunuz AXD-

n yastıqcığı dəqiq impalantasiya edilmiş cihazın üstünə düşsə, cihaz ürəyə cərəyanın 

ötürülməsini blokada edə bilər. 

 

Əgər siz implantasiya edilmiş defibrillator /peysmeyker təyin etmizsinizsə: 



 

İmkan dairəsində AXD-n yastıqcığını həmən implantə edilmiş cihazın üstünə qoymayın. 



 

AXD-ru idarə etmək üçün normal addımlara riayət edin. 



 

 Bəzən implantasiya edilmiş defibrillatorun və AXD-n analizləri ilə   

 cərəyan dövrələri üst-üstə gələcək. Əgər implantasiya edilmiş  defibrillator zərərçəkənə 

cərəyan ötürürsə (zərərçəkənin əzələləri AXD-n cərəyanından sonrakı kimi yığılır), 

implantasiya edilmiş defibrillatora müalicə dövrəsini tamamlamağa 30-60 saniyəyə qədər 

imkan verib, sonra AXD cərəyan ötürün. 

______________________________________________ 

 

Transdermal Dərman  Plastırları 



 

AXD-n yastıqcıqlarını dərman plastırlarının həmən üstündən qoymayın (məsələn, nitroqliserin, 

nikotin plastırları, ağrıkəsicilər, hormonal əvəzedicilər,  ya antihipertenziv vasitələr). Dərman 

plastırları 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə