Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix22.05.2018
ölçüsü0,49 Mb.
#45289
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

 

 

Şəkil 5. Karotid nəbzin tapılması. A, Traxeyanın yerini təyin edin. 

B, Nəbzi incə şəkildə hiss edin. 

___________________________________________________



 

 

 



 

4-cü addım: ÜAR-sına 30 döş qəfəsi kompressiyası 

və 2 nəfəs dövrələri ilə başlayın  

 

Tək xilasedici, zərərçəkənin yaşından asılı olmayaraq,  ÜAR –sını kompressiya/ventilyasiya 

nisbətini 30 döş qəfəsi kompressiyası /2 nəfəs qaydası ilə etməlidir. 

 

Döş qəfəsi kompressiyasında (ürək massajı), döş qəfəsinin möhkəm və tez, azı dəqiqədə/100  



basılması olduqca vacibdir. Hər kompressiyadan sonra döş qəfəsinin tam yerinə qayıtmasına 

imkan verin, kompressiyalararası fasilələri mümkün qədər qısaldın. Ürək massajından başlayın. 

___________________________________________________Döş qəfəsi kompressiyası  

texnikası 

 

ÜAR –sının bünövrəsi ürək massajıdır. Böyüklərdə ürək massajının icrası üçün aşağıdakı 

addımlara riayət edin: 

 

 

Addım 


                            Fəaliyyət 

      

Zərərçəkənin böyründə durun. 

      

Zərərçəkənin üzüyuxarı bərk, yastı yerdə uzandığından əmin olun. Zərərçəkən 

üzüquyu uzanıbsa, onu ehtiyatla üzüyuxarı çevirin. Baş ya boyun 

zədələnməsindən şübhələnirsinizsə, zərərçəkəni üzüyuxarı çevirəndə, başı, 

boyunu və gövdəni bir xətdə saxlamağa çalışın 

      

 

Bir əlin proksimal hissəsini zərərçəkənin döşünün mərkəzinə, döş sümüyünün 



aşağı hissəsinə qoyun 

 (Şəkil 6A). 

      

 

Digər əlin proksimal hissəsini birinci əlin üstünə qoyun. 



      

 

Qollarınızı düz açın və çiyinləriniz dəqiq əllərin üstündən olan pozisiyada durun. 



      

Möhkəm və tez-tez basın. 

 



Hər kompressiyada azı 5 sm basın (bu ağır iş demək, güc tələb edir). Hər 


kompressiyada zərərçəkənin birbaşa döş sümüyünə basdığınızdan əmin 

olun (Şəkil 6B). 

 

Kompressiyaları azı dəqiqədə/100  olmaqla səlis etməyə çalışın. 



       

 

Hər kompressiyadan sonra döş qəfəsinin tam yerinə qayıtmasından (yenidən 



genişlənməsindən) əmin olun. Döş qəfəsinin tam yerinə qayıtması qanın axıb 

ürəyə daxil olmasına imkan verir, və kompressiyaların qan dövranı yaratmasına 

lazımdır. Döş qəfəsinin tam yerinə qayıtmaması ziyanlıdır, çünki 

kompressiyaların yaratdığı qan dövranını azaldır. Döş qəfəsi kompressiyaları və 

döş qəfəsinin tam yerinə qayıtması/relaksasiyası zamanı təqribən bərabər 

olmalıdır. 

       

 

Kompressiyalararası fasilələri (məsafələri) mümkün qədər qısaldın. 



 

 

 

 

 

 

Şəkil 6. A, Əllərinizi döşün mərkəzində döş sümüyünün üstünə qoyun   

             B, Döş qəfəsi kompressiyaları zamanı xilasedicinin düzgün pozisiyası. 

 

___________________________________________________ 



 

Baçlıca Faktlar               Kompressiyalar qanı ürəkdən bədənin digər 

Bərk Səthin                     hissələrinə qovur. Zərərçəkənin altındakı səth 

Önəmliliyi                       bərkdirsə, sizin döş qəfəsinə  və ürəyə 

                                         verdiyiniz güc daha böyük ehtimalla qan   

                                         dövranı  yaradacaq. Bu döşəyin üstündə ya  

                                         başqa yumşaq yerdə göstərilən yardımdan  




                                         fərqli olacaq. 

___________________________________________________ 



Baçlıca Faktlar          

Ürək massajının 

alternativ texnikası 

 

Əgər kompressiyalar zamanı sizə dərin basmaq çətindirsə, bir əlinizi döşə basmaq üçün döş 

sümüyünün üstünə qoyun. Digər əllə birinci əlin biləyindən yapışın.  Birinci əllə döş sümüyünə 

basanda, digər əl dəstək olur (Şəkil 7). Bu texnika artriti olan xilasedicilərə kömək edə bilər. 



 

Şəkil 7. Döş qəfəsi kompressiyaların alternativ texnikası. 

___________________________________________________ 



 

 

Zərərçəkəni yerindən 

 yalnız ehtiyac olanda 

tərpədin 

 

Zərərçəkənin yalnız təhlükəli yerdə olması (məsələn, yanğın olan bina) onun ÜAR-sı zamanı  

yerindən tərpədilməsinə səbəb ola bilər. Başqa yer dəyişdirmə səbəbi o ola bilər ki,  sizin 

zərərçəkənə bu yerdə edəcəyiniz ÜAR-sı  effektsiz olacaq. Zərərçəkənin tapıldığı yerdə aparılan 

ÜAR-sı  daha effektli olur və fasilələr daha qısa olur. 

___________________________________________________ 

 

Tənəffüs Yollarının 

Nəfəs üçün açılması: 

Baş Arxaya -Çənə Yuxarı 



 

Tənəffüsü təmin etmək üçün tənəffüs yollarının 2 açma üsulu var: başın arxaya çəkilib-çənənin 

qaldırılması və alt çənənin irəli çəkilməsi. İki xilasedici adətən alt çənəni irəli çəkib torba-maska 

üsulu ilə tənəffüs təmin edirlər. Bu mövzu “2 xilasedici ilə böyüklərdə ƏYD  ÜAR-sının 

ardıcıllığı” seksiyasında müzakirə edilir. Alt çənənin irəli çəkilməsi  boyunun və kürəyin 

hərəkətini azaltdığına görə, bu üsuldan yalnız baş ya boyunun zədələnməsinə şübhə hallarında 

istifadə edin. Alt çənənin irəli çəkilməsi tənəffüs yollarını açmadısa, başın arxaya çəkilib--

çənənin qaldırılması manevrinə keçin. 

  

 

Başın arxaya çəkilib -çənənin qaldırılmasını aşağıdakı addımlarla edin: 



 

 

Addım 


                            Fəaliyyət 

      

Bir əlinizi zərərçəkənin alnına qoyub əlinizin içi ilə başı arxaya çəkin. 

      

Digər əlin barmaqlarını çənəaltı nahiyyədə alt çənənin sümüyünə qoyun 

      

Çənə qabağa getməsi üçün alt çənəni qaldırın. 

 

 

 

 

 

Şəkil 8.  Cavab verə bilməyən zərərçəkəndə başın arxaya çəkilib -çənənin qaldırılması tənəffüs 

yollarının obstruksiyasını yüngülləşdirir. 



A, Obstruksiyanı dil yaradıb. Zərərçəkən huşsuz (cavab verə bilməyən halda) olduqda, dil yuxarı 

tənəffüs yollarını bağlaya bilər. 



B, başın arxaya çəkilib -çənənin qaldırılması manevri dili qaldıraraq, tənəffüs yollarının 

obstruksiyasını yüngülləşdirir. 



 

___________________________________________________ 



Ehtiyat 

Başın arxaya çəkilib -çənənin                      

qaldırılması zamanı nəyə                   

yol verilməməlidir                                

           

 

 



Çənəaltını yumşaq toxumalara   doğru dərin basmayın-tənəffüs  

        yolları bağlana bilər 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə