Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix22.05.2018
ölçüsü0,49 Mb.
#45289
1   2   3   4   5   6   7   8   9   10   ...   20

forması qurur), tənəffüs yollarını acıb, maskanı üzə taxın. 

       

 

Döş qəfəsinin qalxıb-qalxmamasını izləyərək, tənəffüs vermək üçün torbanı 



sıxın (hər nəfəs 1 saniyə). Əlavə oksigenin istifadəsindən asılı olmayaraq, bütün 

nəfəsləri 1 saniyədən artıq müddət ərzində çatdırın, 

 

 

 



 

Şəkil 11. Ağızdan- maskaya E-C texnikasında çənəni qaldırana qədər maskanı düzgün necə 

tutmalı. Zərərçəkənin başının üstündə  durun. Bir əlin baş və şəhadət barmaqları  maskanın 

yuxarısında  “C” forması əmələ gətirməklə yerdə qalan barmaqlar ilə çənəni  qaldırın (3-cü, 4-

cü, və 5-ci barmaq “E” forması əmələ gətirir). 

______________________________________________ 

Baçlıca Faktlar 

Əlavə Oksigenlə Tənəffüsün Verilməsi 

 

Torba-maska cihazla əlavə oksigen istifadə edirsinizsə, yenə də hər nəfəsi 1 saniyədən artıq 

təmin etməlisiniz. Çatdırılma üsulundan asılı olmayaraq, hər nəfəsə yalnız 1 saniyə sərf edəndə, 

siz ürək massajı zamanı nəfəs verməyə lazım olan fasilələri mümkün qədər qısaldacaq  və artıq 

havalandırmanın qabağını alacasınız. 

______________________________________________ 



 

 

Böyüklərdə 2 xilasedici qrupu ƏYD /ÜAR- nın ardıcıllığı 

______________________________________________ 



Ümumi                           Bu bölümdə

 

2 xilasedici qrupu şəraitində 



 icmal                              böyüklərin ÜAR- sı  izah edilir. 

______________________________________________ 

 



Təlimin          Bu bölümün sonunda siz 2 xilasedicidən ibarət 

  məqsədi          qrup şəraitində ÜAR- nı nümayiş etməyə 

                          qadir olacasınız. 

______________________________________________ 



Daha çox xilasedici gələndə 

 

İkinci xilasedici mövcuddursa, o, təcili tibbi yardımına erkən zəng edib AXD götürməlidir. 

Birinci xilasedici ÜAR-sını təcili, ürək massajından başlaması üçün, zərərçəkənin yanında qalır. 

İkinci xilasedici qayıtdıqda, xilasedicilər mümkün qədər tez AXD-ru istifadə edirlər. Sonra 

xilasedicilər ürək massajı edib nəfəs verirlər, amma ÜAR-sının hər 5 dövrəsindən bir (təqribən 

hər 2 dəqiqədən bir) rollarını dəyişməlidilər. 

 

Əlavə xilasedicilər gələrsə, onlar torba-maska havalandırması, AXD ya defibrillatorun 



istifadəsində, ya xəstəni xərək ilə daşımaq üçün kömək edə bilərlər. 

______________________________________________ 



 

Hər Xilasedicinin Vəzifəsi 

 

2 xilasedicidən ibarət qrup ÜAR- nda, hər kəsin öz vəzifəsi var: 



 

 

Xilasedici 



             Yeri 

       Vəzifələri 

1-ci  

Xilasedici 

Zərərçəkənin  

böyüründə 

 



Ürək massajı edin 

  - döş qəfəsini ən azı 5 sm basın 

  -  ən azı dəqiqədə/100 dəfə basın 

  -hər kompressiyadan sonra döş  

    qəfəsinin tam yerinə   

    qayıtmasına imkan verin 

- kompressiyalararası fasilələri  

  mümkün qədər qısaldın (hər hansı 

  bir fasiləni 10 saniyədən çox   

  uzatmamağa çalışın) 

- Ürək massajı -nəfəsi 30:2   

  nisbətində edin 

-kompressiyaları bərkdən sayın 

 



Hər 5 dövrədən bir, ya 2 dəqiqədən bir, 

digər xilasedici ilə vəzifələrinizi 

dəyişdirin. Dəyişmələrə 5 saniyədən çox 

vaxt sərf etməyin 



2-ci  

Xilasedici 

Zərərçəkənin  

başında 

 



Tənəffüs yollarını aşağıdakı vasitələrlə 

açıq saxlayın: 

       -başın  arxaya çəkilib-çənənin  

          qaldırılması 

-

 

alt çənənin irəli çəkilməsi 



    ●   nəfəs verin, eyni zamanda döş  

         qəfəsinn qalxmasını izləyin, və  

         artıq havalandırmaya yol 

         verməyin 

   ●  Birinci xilasedicini dəstəkləyin: 

        kompressiyaların kifayət qədər 

        dərin və tez-tez edilməsinə,  

    həmçinin hər kompressiyadan  




   sonra döş qəfəsinin tam yerinə   

   qayıtmasına. 

 

  Hər 5 dövrədən bir, ya 2 dəqiqədən bir, 



birinci xilasedici ilə vəzifələrinizi 

dəyişdirin. Dəyişmələrə 5  saniyədən çox 

vaxt sərf etməyin 

 

 



 

 

 



                                               

Şəkil 12. 2 xilasedici ÜAR- sı aparır.  Birinci xilasedici ürək massajı edir. İkinci xilasedici əlavə 

oksigenlə təmin olan (mövcuddursa)  maskanın köməyi ilə kisə-maska havalandırması edir. 

İkinci xilasedici döş qəfəsinin hər nəfəslə qalxdığına əmin olur. Xilasedicilər ÜAR- nın hər 5 

dövrəsindən bir,  (təxminən 2 dəqiqədən bir) rollarını dəyişməlidirlər. 

______________________________________________ 

 

Başlıca Faktlar 



Kompressiyalararası fasilələrin mümkün qədər qısaldılmasında  

xilasedicilər qrupunun keyfiyyətli işi 

 

Effektiv xilasedici qrupu birgə çalışır. Ürək massajını edən bərkdən sayırsa, nəfəs verən şəxs 

nəfəsin düzgün zamanda verildiyini biləcək və bununla kompressiyalararası fasilələri mümkün 

qədər qısaltmağa kömək edəcək. Bərkdən sayma həmçinin xilasedicilərə rollarını düzgün vaxtda 

dəyişməsini işarə edəcək. 

 

Effektiv ürək massajı edilməsi ağır bir iş sayılır. Kompressiya edən yorulubsa, ürək massajının 



keyfiyyəti azala bilər. Yorulmanın qabağını almaq üçün, hər 5 dövrədən bir,  (təxminən 2 

dəqiqədən bir) rollar dəyişilməlidir. Kompressiyalararası fasilələri mümkün qədər qısaltmaq 

üçün, rolların dəyişilməsini AXD ritmi analiz edərkən aparın, buna 5 saniyədən çox vaxt sərf 

etməyin. 

 

______________________________________________ 



 

 2 Xilasedici Torba-Maskası İstifadə Edir 



 

3 ya daha çox xilasedici  mövcuddursa, 2 nəfər daha keyfiyyətli torba-maska ventilyasiyası verə 

bilər, nəinki 1 nəfər. 2 nəfər torba-maska cihazını istifadə edəndə, biri başın  arxaya çəkilib-

çənənin  qaldırılması 

 (ya alt çənənin irəli çəkilməsi) üsulu ilə tənəffüs yolunu açıb maskanı üzdə tutur, eyni zamanda 

digər xilasedici kisəni sıxır (Şəkil 13). Bütün ixtisaslaşmış xilasedicilər torba-maska ventilyasiya 

texnikasını həm təklikdə, həm də 2- xilasedici şəraitində, öyrənməlidirlər. Təlim kursu  imkan 

verirsə, həm torba-maska, həm də ağızdan-maskaya aparılan havalandırma üsulu ilə  təcrübə əldə 

edin. 

 

 



 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə