Təbiətdən istifadə



Yüklə 455,83 Kb.
səhifə53/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   ...   46   47   48   49   50   51   52   53   54
Tİİ İMTAHAN

Strukturlu torpaqlar (möhkəm, suda dağılmayan kəltənciklərdən ibarət torpaq) istehsal əhəmiyyətli torpaqlardır, bitkilərin suya, havaya və qidaya olan bütün tələbləri ödənilir. Məhsuldarlıq yüksək olur.
Struktursuz torpaqda (qumsal, torflu, şorəkət) su və hava antoqonist olur. Torpaq - suyun təsirindən tez dağılır, su və hava keçə bilmir, tez bataqlıqlaşır.
Torpağın fiziki xassələrinə torpağın məsaməliliyi (пористость)su, hava və istilik rejimi aiddir. Bu xassələr torpağın məhsuldarlığını, bitkilərin inkişaf şəraitini və sanitariya vəziyyətini xarakterizə edir.
Canlı aləm üçün torpağın kimyəvi tərkibinin böyük əhəmiyyəti var. Torpaqda bir çox kimyəvi maddələr vardır. Onların az və çox olması bitki və heyvanların həyatında mühüm rol oynayır. (kalsium, fosfor, mis, dəmir, yod, kobald, flüor və s.) Torpaqda qaz mübadiləsinin sürətlənməsi (O2, CO2, N) bioloji proseslər üçün əlverişli şərait yaradır. Bu isə bitkilərin inkişafı, üzvi maddələrin parçalanması üçün vacib şərtdir.
Torpağın çirklənməsi. Torpaq səthinin müxtəlif təbii, sənaye, kənd təsərrüfatı və məişət tullantıları ilə örtülməsi maddələrin texnoloji miqrasiyası nəticəsində torpağa elementlərin və onların birləşmələrinin daxil olunması onun çirklənməsinə səbəb olur.
Torpağın mexaniki, təbii, kimyəvi, bioloji və sanitariya cəhətdən çirklənməsi növləri vardır.
Mexaniki çirklənmə – torpaq səthinin müxtəlif tullantılarla inşaat materialları, dəmir – beton hissələri məişət tullantıları və s.) çirklənməsidir. Kimyəvi çirklənmə zamanı tərkibində sink, civə, qurğuşun, flüor, manqan, dəmir olan tullantılar torpağa düşür. Bunlar əsasən elektirik stansiyaları və sənaye müəssisələri tərəfindən torpağa atılır.
Hazırda bu tullantıların ümumi miqdarı 5 mln,m3 -dir onlar aşağıdakı tərkibdə olur.


Sənaye tullantıları

Emal prosesində yaranmış bu tullantıların 97% zibilxanalara daşınır, 1-24% yandırılır və 19% yenidən emala verilir. Yandırılma özü də təbiətin çirklənməsi deməkdir.
Bioloji çirklənmə torpaqda yaşayan mikroorqanizmlərin və müxtəif həşəratların təsiri ilə baş verir. Torpaqda olan patogen mikroorqanizmlər helmint sürfələri insan və heyvanların müxtəlif xəstəliklərə tutulmasına səbəb olur. Xəstəlik törədicilər uzun müddət yaşaya bilir.
Torpaq təbii hadisələr quraqlıqlar, çox şaxtalı havalar, yanğınlar, fırtına, qum və qar hücumu, daşqınlar, zəlzələ, vulkan və s. nəticəsində də çirklənir. Torpaq epidemiyalar nəticəsində sanitar cəhətcə də çirklənir.
Bu çirklənmələr zamanı torpağın xassələri dəyişir. Hava və sudan fərqli olaraq torpaqda öz özünə təmizləmə prosesi zəifdir. Ona görədə torpağa daxil olan elementlər orada uzun müddət qalır, torpağın tərkibindəki elementlərlə reaksiyaya girir və müxtəlif maddələrin əmələ gəlməsinə səbəb olur. Belə maddələr torpaqdan bitkilərə, bitkilərdən heyvanlara, heyvanlardan isə insanlara keçir (qida ilə). Onlar ümumi bioloji dövranda iştirak edirlər.
Torpağın çirklənməsi suyun və atmosfer havasının çirklənməsinə və əksinə, suyun və havanın cirklənməsi torpağın çirklənməsinə səbəb olur. Onlar, heyvanlar və insanların zəhərlənməsinə, bitkilərin inkişafdan qalmasına və məhsuldarlığının azalmasına səbəb olur.



Yüklə 455,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə