Təbiətdən istifadə



Yüklə 455,83 Kb.
səhifə50/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   ...   46   47   48   49   50   51   52   53   54
Tİİ İMTAHAN

Günəş energetikası - hər-hansı çeşid enerjinin günəşdən alınmasıdır. Günəş enerji alınması üçün tükənməz mənbədir və ekoloji cəhəttən təmizdir. Onun əsasında qurulmuş energetika prspektiv sayılır. Ehtimallara görə, 2100-cü ildə günəş ən başlıca enerji mənbəyinə çeviriləcəkdir. Bir çox ölkələrdə o, dövlət dəstəyini almış və surətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olması regionda günəş energetikasının inkişafını daha perspektivli edir.
Yerə düşən günəş enerjisinin miqdarı bütün neft, qaz, kömür və başqa ehtiyatlardan alınmış enerjilərin hamısından dəfələrlə çoxdur. Günəş enerjisinin cəmi 0, 0125%-nin işlənməsi yerdə olan bütün enerji ehtiyaclarını ödəyə bilər. Daha 0,5%-i isə gələcək üçün də yetərli olar. Bu potensial o qədər yüksəkdir ki, hər dəqiqə yerə düşən günəş enerjisi bütün bəşəriyyətin bir illik enerji ehtiyaclarını ödəyə bilər.
Günəş şüalarını insan ehtiyacı üçün enerjiyə çevirən qurğular fotoelektrik və termodinamik olurlar. Fotoelektrik qurğular günəs enerjisini elektrik enerjisinə fotoelektrik çeviricilərin vasitəsilə birbaşa çevirirlər. Onlara “günəş batareyaları” deyilir və onlar dünyada ən çox yayılmışdır. Termodimamik qurğular isə günəş enerjisini öncə istiliyə çevirir. Sonra bu istilik ayrıca istilik qurğusunun araşılığı ilə mexaniki enerjiyə, sonra isə generatorda elektrik enerjisinə çevirilir.
Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır. Son 3 ildə Azərbaycanda günəş panelləri istehsal edən zavod istismara verilib. Kəndlərdə bu panellər qurulub, artıq enerjini ev sahibləri dövlətə sata bilər şərtilə.


Geotermal enerji. Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Geotermal enerji yerin təkinində (dibində) olan enerjinin (geotermal stansiyaların vasitəsilə) istifadə edilməsi ilə elektrik və başqa çeşid enerjilərin alınmasıdır. Bu enerjinin mənbəyi yerin dərin alt qatında olan termal sulardır (yeraltı isti sular). Bu sualrın nəzdində elektrostansiyalar tikilir.
Azərbaycan Respublikasının ərazisi termal sularla zəngindir. Bunlar Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba ərazisi kimi geniş sahələri əhatə edir.
Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir. Azərbaycanda bu enerjidən evlərə istilik vermək üçün istifadə edilə bilər. Lakin boruların tutulması problemi həll olunmayıb və çox baha başa gəlir.


Yüklə 455,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə