61
qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respubli-
kasının qoşulduğu və ya tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə
müəyyən edilir.
3. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri,
əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasi-
bətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.
Maddə 208
.
Əməyin mühafizəsi normaları və qaydaları
tətbiq edilən iş yerləri.
Bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən
edilmiş əməyin mühafizəsi normaları və qaydaları hökmən:
işçilərin;
istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin;
müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların;
məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların;
təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi
və fövqəladə vəziyyət rejimində işlərin
görülməsinə cəlb edilən
şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.
Maddə 209
.
Əməyin mühafizəsinin əsas prinsipləri
Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və
işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması əsasən
aşağıdakı prinsiplərlə həyata keçirilir:
dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin,
işəgötürən-
lərin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaş-
dırılmasına, istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə
xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;
işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliy-
yətinin nəticələrindən üstün tutulması;
əməyin mühafizəsi sahəsində fəaliyyətin
iqtisadi və sosial siya-
sətin digər istiqamətləri ilə, habelə ətraf mühitin mühafizəsi
sahəsində fəaliyyətlə əlaqələndirilməsi;
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bü-
tün müəssisələr üçün əməyin mühafizəsi
sahəsində vahid tələblərin
müəyyən
edilməsi;
əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə
yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;
əməyin mühafizəsi sahəsində ümumbəşəri
elmi-texniki tərəq-
qidən, qabaqcıl təcrübədən geniş istifadə edən, habelə təhlükəsiz
62
texnikasının və texnologiyanın səmərəli mühafizə vasitələrini hazır-
layan və tətbiq edən işəgötürənlərin müvafiq qaydada və vəsaitlərlə
həvəsləndirilməsi;
müəssisələrdə əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına
yönəldilmiş vergi siyasətinin aparılması;
əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;
əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdi-
rilməsi;
işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasi-
tələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz tə-
min edilməsi;
təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin
hazırlanması;
istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən
təhqiq edilməsi, uçota alınması, təhlil edilməsi və bunun əsasında
istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti
barədə işçilərə dürüst məlumatların verilməsi;
istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəs-
təliklərinə tutulmuş
işçilərin mənafelərinin sosial, maddi və mənəvi
müdafiəsi;
həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüqu-
qi şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyə-
tinə hərtərəfli yardım olunması;
əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasi-
bətlərinin genişləndirilməsi.
Dostları ilə paylaş: