TəHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə35/66
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#117197
1   ...   31   32   33   34   35   36   37   38   ...   66
tehlukesiz emek seraiti

Maddə 212
.
Əməyin mühafizəsinin dövlət tərəfindən 
tənzimlənməsi
 
1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq 
icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 
2. Müvafiq icra hakimiyyəti orqanı: 
əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır 
və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizə-
sini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, 
işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz 
əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələn-
dirir və ona nəzarət edir
həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları 
ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşı-
laşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsi-
ni təşkil və təmin edir; 
əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələ-
rə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və 
istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir
əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və 
əlaqələndirir,müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proq-
ramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və 
şərtlərini müəyyən edir; 
əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil 
edir; 
əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika 
hesabatının aparılması qaydasını müəyyən edir. 
Maddə213
.
Əməyin mühafizəsi sahəsində icra hakimiy-
yəti orqanlarının səlahiyyətləri 
Müvafiq icra hakimiyyəti orqanları, habelə dövlət konsernləri, 
şirkətləri, assosiasiyaları və müəssisələrin birlikləri öz səlahiyyətləri 
daxilində: 
həmkarlar ittifaqları təşkilatlarının, işəgötürənlərin nümayəndəli 
orqanlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin 
müvafiq iş yerlərində həyata keçirilməsinin əsas istiqamətlərini 
müəyyən edir və bu barədə nəzərdə tutulan tədbirləri həyata keçirirlər; 


65 
əməyin mühafizəsi üzrə sahə standartlarını, normalarını, qay-
dalarını, normativ hüquqi aktlarını hazırlayır və müəyyən olunmuş 
qaydada təsdiq edilməsini təmin edirlər
müəssisələrin rəhbər işçilərinin, mütəxəssislərinin əməyin mü-
hafizəsi normaları və qaydaları üzrə təlimini keçirir və onların bilik-
lərini yoxlayırlar; 
tabeliklərində olan müəssisələrdə əməyin mühafizəsi qayda və 
normalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər; 
zəruri hallarda müvafiq sahə üzrə əmək təhlükəsizliyini təmin 
edən cihazların, qurğuların və digər qoruyucu vasitələrin hazırlanma-
sını təşkil edirlər. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə