TəHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə36/66
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#117197
1   ...   32   33   34   35   36   37   38   39   ...   66
tehlukesiz emek seraiti

Maddə 214
.
Əməyin mühafizəsi sahəsində bələdiyyə 
orqanlarının səlahiyyətləri
 
Bələdiyyə orqanları: 
əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində 
olan ərazidə həyata keçirilməsini təmin edirlər; 
əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proq-
ramlar hazırlayır və onların yerinə yetirilməsini təmin edirlər; 
regional problemlərin həlli və əməyin mühafizəsinin təmin 
edilməsində mülkiyyətçilərə yardım göstərilməsi üçün onların pay iş-
tirakı və digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunverici-
liklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır və bu fond-
ların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlar. 
Maddə 215
.
Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin 
və işəgötürənlərin vəzifələri 
Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində 
əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə 
bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsi-
ni təmin etməlidirlər: 
əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların 
bütün tələblərinə əməl edilməsini; 
binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təh-
lükəsizliyinə riayət edilməsini; 
bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və 
əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; 
işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmə-
tinin təşkilini; 


66 
əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə 
pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan 
digər məhsulların verilməsini
normal əmək və istirahət rejiminə riayət edilməsini; 
işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlər-
pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə 
vasitələrinin verilməsini; 
işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsili-
nin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edil-
məsini və əməyin mühafizəsinin təbliğini; 
kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil 
etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə 
və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan 
normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haq-
qında statistik hesabatın verilməsini. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə