69
qəbul edilən və başqa işə keçirilən işçilərə
əməyin mühafizəsi üzrə
təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin
və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi
qaydalarının öyrədilməsini təşkil etməlidir.
5. Zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə)
və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlar-
da işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi
üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına
başlamasına yol verilmir. İşəgötürən bu təlimatlandırmaların xüsusi
jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borcludur.
Maddə 220
.
Əməyin mühafizəsi tədbirlərinin maliyyələş-
dirilməsi
1. Məqsəd və təyinatından asılı
olaraq əməyin mühafizəsi
dövlət büdcəsindən və müəssəsənin gəliri hesabına maliyyələşdirilir.
2. Dövlət büdcəsində və yerli büdcələrdə əməyin mühafizəsi
üçün ayrıca sətirlə ayrılmış büdcə təxsisatından əməyin mühafizəsi
üzrə elmi tədqiqat
işlərinin maliyyələşdirilməsi, məqsədli dövlət və
regional proqramlarının hazırlanması və yerinə yetirilməsi üçün
istifadə olunur.
3. İşəgötürən və ya müəssisənin
mülkiyyətçisi hər il əmək
şəraitindən və əməyin təhlükəsizliyi vəziyyətindən, zədələnmələrin
və xəstələnmələrin səviyyəsindən asılı olaraq əməyin mühafizəsi
üzrə tədbirlərin keçirilməsi üçün lazımi
maliyyə vəsaiti və material
ayırır. Bu vəsaitlərin başqa məqsədlərə sərf edilməsi qadağandır.
4. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi
və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərc-
lərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin
məbləğinin iki faizindən az olmamalıdır.
5. (Çıxarılıb)
Dostları ilə paylaş: