86
4. Müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş rəy
həmin orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən
keçirilir və təsdiq edilir.
5. Texniki təhlükəsizlik ekspertizası, digər ekspertizaların
həyata keçirilməsi ilə eyni vaxtda həyata keçirilə bilər.
6. Texniki təhlükəsizlik ekspertizasının
keçirilməsi qay-
daları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 15. Texniki təhlükəsizlik bəyannaməsi
1. Texniki təhlükəsizlik bəyannaməsində:
qəza və onunla bağlı təhlükənin hərtərəfli qiymətlən-
dirilməsi;
qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifa-
yətləndirici olub-olmaması
barədə təhlil;
hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istis-
marına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv
edilməsinə hazırlığının təmin edilməsi;
qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azalt-
mağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır.
Texniki təhlükəsizlik bəyannaməsində
göstərilən məlu-
matların siyahısı və onların tərtib olunma qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.
2. Təhlükə potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də
göstərilən miqdarda maddələr və ionlaşdırıcı şüa mənbələrinin
alınması, istifadə olunması, emalı, saxlanması, nəqli, ləğvi üzrə
hər biri ayrıca olmaqla texniki təhlükəsizlik bəyannaməsinin
işlənib hazırlanması məcburidir.
3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və
fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanına texniki təhlü-
kəsizliyin vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər.
4. Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı
obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, tex-
niki
cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair
layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən
hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur.
87
Təhlükə potensiallı obyekti istismar edən hüquqi və ya
fiziki şəxs bəyannamədə göstərilən məlumatların tam və dəqiq
olmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
5. Hüquqi və ya fiziki şəxs təhlükə potensiallı
obyektin
istismarı ilə bağlı xüsusi razılıq almaq üçün müraciət etdikdə,
yaxud bəyannamədə göstərilən məlumatlar və ya texniki
təhlükəsizliyə dair tələblər dəyişdikdə texniki təhlükəsizlik
bəyannaməsi dəqiqləşdirilir və ya yenidən işlənib hazırlanır.
6. Texniki təhlükəsizlik bəyannaməsi
müvafiq icra haki-
miyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq
dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim edilir.
7. Texniki təhlükəsizlik bəyannaməsi qanunvericiliyə
uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından keçməlidir.
Dostları ilə paylaş: