Tək inci kimi parlayan xan qızı Xurşidbanu Natəvan



Yüklə 26,24 Kb.
səhifə2/4
tarix01.10.2023
ölçüsü26,24 Kb.
#125129
1   2   3   4
Tək inci kimi parlayan xan qızı Xurşidbanu Natəvan

Buyur Mehnaz


  1. 1 Həzin musiqi sədaları altında “Bənövşə” qəzəli səslənir..

Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhraları hərsu, bənövşə!
Necün gülşənlərin tərkin qılıbsan?
Düşübsən çöllərə dilcu, bənövşə!
Belə qəddin bükülmüş,pirlər tək,
Deyirsən sübhü şam ”yahu”, bənövşə!
Səni şövqü bahar aşüftə qılmış,
Çəkər aşiq olan qaygu, bənövşə!
Dilər ətrin könül badi – səbadan,
O zülfi –yar tək xoşbu, bənövşə!

A.2- Xurşidbanu Natəvan xalqı uğrunda çox işlər görmüş, haqq tərəfdarı, insaf mücəssəməsi, xeyirxahlıq və rəhmdillik simvolu olaraq tanınıb, sevilmişdir.

A.1- Məryəm, Xeyirxahlıq demişkən, Xurşidbanu Natəvanın xeyirxahlığı haqqında çox gözəl bir rəvayət bilirəm. İstəyirəm bu rəvayəti tamaşaçalarımızla da bölüşüm.

A.2 – Çox gözəl olar. Buyur!

A.1 – Rəvayətə görə, Xurşidbanunun bağında hər cür meyvə ağacı var idi. Hər il meyvə yetişən zaman Natəvan siyahı üzrə Şuşada olan fəqir-füqəranı xan bağına dəvət edərdi.
Bağda böyük qazanlar asılıb qoyunlar kəsilərdi. Yüzlərlə qonaq süfrə ətrafında oturub gözəl xörəklərdən doyunca yeyərdilər. Süfrəyə şirin qəndablar düzülərdi. Qonaqların rahat olmalarına Natəvan şəxsən özü nəzarət edərdi.
Nahar bitdikdən sonra limonlu şirin çay verilərdi. Sonra yetişmiş meyvələrdən qonaqlara paylanardı. Qonaqlar gedən vaxtda onların hamısına pul verilər və ailələrinə hazırlanmış xörəkdən çatdırılardı. Qonaqlar artıq dərəcədə şad olaraq Xan qızına təşəkkür edib verilən meyvə və xörəkləri evlərinə aparardılar.

A-2. Bir rəvayət də mən danışım. Deyirlər ki, Xurşidbanu Nətavan hansı kasıb evin qonağı olarmışsa, oturduğu döşəyin altına 100 manat pul qoyarmış səbəbini soruşanda deyərmiş ki. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölcüyə gəlmir.


Xurşidbanu Natəvanın xeyirxahlığı bununla bitmir. Şuşa əhalisi 1870-ci illərədək içməli sudan korluq çəkib. Hər gün içməli suyu Şuşanın dağlarından, Daşaltı və Xəlfəli çaylarının sahillərindəki çeşmələrdən tuluqlara doldurub, at və eşşəklərlə şəhərə daşıyıblar. Xan qızı həmyerlilərinin bu əzab-əziyyətinə son qoymaq üçün yollar axtarıb. O zaman Şuşada içməli su problemini həll etmək həm xeyli vəsait, həm də böyük zəhmət tələb edirdi. Xurşidbanu Natəvan yüz min manat sərf edərək yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü ilə, saxsı borularla Şuşaya su kəməri çəkdirib.

A-1 İndi də gəlin Xurşidbanu Nətəvan tamaşasından bir parçaya tamaşa edək.
Tamaşa video çarx..
A.1 – Bəli, qədim mədəniyyət mərkəzi olan gözəl Şuşamız bax belə dahi şəxsiyyətlər yetişdirmiş, bu şəxsiyyətlərsə ədəbiyyatımıza, mədəniyyətimizə və incəsənətimizə böyük töhfələr vermişdir. Gəlin gözəl Şuşamıza həsr olunmuş “ Şuşanın dağları” mahnısını dinləyək.
Mahnı- Şuşanın dağları: İfa edir”Bədii qiraət” dərnəyinin üzvü , eyni zamanda da Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin şagirdi Nürəddin Musazadə.. Tarda isə ifa edir Vüsal Məmmədov.

A.2 - Natəvan xalqın maariflənməsinə, ədəbiyyatın inkişafına, Şuşanın abadlaşmasına ciddi fikir verirdi. O, "Məclisi-üns" adlı ədəbi məclis yaradaraq məclisin bütün məxaricini öz üzərinə götürmüşdü. Məclisdə müxtəlif ədəbi məşğələlər də keçirilirdi. Nizami, Füzuli, Nəvai və digər klassik şairlərin yazıları haqqında söhbətlər açılır, qəzəllərə nəzirələr yazılırdı.

A.1 - "Məclisi-üns" - dostluq-ünsiyyət məclisi mənasını ifadə edir. Məclisin yığıncaqlarında şairlərlə yanaşı, musiqi xadimləri də iştirak etmişdir. Musiqi məclisi daha da canlandırmış, müzakirələrin məzmununa ciddi təsir göstərmişdir. Məclisdə Şuşa ziyalıları Natəvanın başına toplaşıb, əlaqəli ədəbi-elmi söhbətlər, fikirlər mübadilələri aparmışlar.

A.2 – İndi isə həmin məclisdən bir səhnəyə tamaşa edək.



Yüklə 26,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə