251
(238, səh. 84). Deməli, təkcə verilişdə çıxış etmək azdır, namizədin
komandası həm öncə, həm də sonra teleçıxışın müzakirəsini təşkil
etməlidir. Bunun üçün teleçıxışın siyasi və ictimai əhəmiyyətini
artıra biləcək hazırlıq aparılmalı, müxtəlif qəzet səhifələrində
namizədin mühüm fikirlər açıqlayacağı təbliğ olunmalı və digər
kütləvi metodlardan ustalıqla istifadə edilməlidir.
Demokratik cəmiyyət iki qarşı duran qrupdan və bir də bunların
təsiri ilə seçim edən üçüncüdən ibarətdir. Əslində, siyasətçilərin
seçki öncəsi məqsədi əks tərəfdən özünə tərəfdaş toplamaq deyil,
məhz həmin üçüncünün səsini yığmaqdır. Kütləvi mədəniyyətin
istehlakçısı olan bu qrup insanlar, adətən, çoxluğu təşkil etməklə,
cəmiyyətin nizamlayıcısı rolunu oynayırlar. Qərb ölkələrində
siyasətçilər siyasi mübarizə zamanı daha çox ideyalarla deyil,
görünüş, davranma yolu ilə tamaşaçıları cəlb edirlər. Tamaşa
çılar namizədin fikirlərindən daha çox geyimini, əl hərəkətlərini
müzakirə edirlər. Qalstukun rəngi və onun bağlanma tərzi belə
səsvermənin nə ticələrinə təsir edir.
2003cü il seçkilərində və ya digər seçkilər zamanı namizədlərin
ekrandan danışarkən səslərinin titrəməsi, duyulan gərginlik və
kəskinliyin olmaması onlara qarşı inamı zəiflədirdi. Bir çox hal
larda qəzet səhifələrində “savaşan” liderlərin meydanlarda öndə
getməkdən qorxmaları və ya kütləvi aksiyalarda inamsız nitqləri
onlara qarşı həm də etibarsızlıq hissi yaradırdı. Bir çox siyasətçilərin
nitqində həqiqətən də dövləti idarə etmək məsuliyyətinin xofu
açıq duyulurdu.
Lakin bu o demək deyil ki, sərtlik aqressiya, qəzəb və dəlilik
müs təvisində görünməlidir. Namizədin qələbə şansını artıran
digər amil onun inkişaf etmiş intellektidir. Onun bütün sahələrdən
məlumatlı olması və ağıllı görünməsi mühümdür. Azərbaycan
misalında Heydər Əliyevin yüksək intellekti və bütün sahələrdən
maksimum məlumatlı olması ona qarşı seçici inamını artırdı. Bü
tün sahələrdə eyni dərəcədə mükəmməlliklə danışmağı bacaran
H. Əliyev bu xüsusiyyəti ilə də opponentlərini hər zaman çoxçox
geridə qoymuşdur.
Namizədi fərqləndirən digər mühüm əlamət onun vicdan
lı, mənəviyyatlı olmasıdır. Seçici səs verdiyi adamın vicdanla və
ədalətlə idarə edəcəyinə inanmalıdır. Məsələn, Heydər Əliyevin
1969cu ildə Azərbaycana rəhbərlik etdiyi vaxtdan ölkədə əda
ləti bərqərar etmək sahəsində apardığı fəaliyyət, özünün hə
rəkətlərində, çıxışlarında duyulan daxili zənginlik və yüksək mə
nəviyyat onun “ədalətli rəhbər” imicini qazanmasına səbəb oldu.
252
Ölkə rəhbərliyinə qayıdışı zamanı insanlar məhz onun ədaləti
bərpa edəcəyinə inanırdılar. Lakin bir çox siyasətçilərin teleçıxış
larında, müsahibələrində ədalətli və vicdanlı görünməkdən daha
çox qisasçı obrazları insanları qorxudur.
Amerikalı professor Qoldhaber siyasətçinin teleobrazının
üç tipini müəyyən edir və onları qruplaşdırır. Birinci qrupa –
qəhrəman, cəsarətli obrazı, ikinci qrupa – sadə adam, bizlərdən
biri obrazı, üçüncü qrupa – mistik, hərəkətlərini öncədən proq
nozlaşdırmaq mümkün olmayan obraz daxildir. Lakin hansı qru
pa aidiyyatına baxmayaraq, professor Qoldhaber siyasi liderin
ekran qarşısında 5 başlıca keyfiyyətinin görünməsini vacib sanır.
Professorun fikrincə, birincisi zahiri görkəm, namizədin nə qədər
cazibəli olmasıdır. Psixoloqların apardığı tədqiqatlardan bəlli
olur ki, insanda qarşı tərəf haqqında ilk təəssürat zahiri görkəmlə
biçimlənir. Bir çox hallarda zahirən cazibəli görünən adam haq
qında olduqca müsbət rəy formalaşır. Digər tərəfdən, cazibəli və
ya sadəcə, görkəmi gözəgəlimli olan şəxs insanda – tamaşaçıda
müsbət emosiyanı artırır. Azərbaycan təcrübəsində siyasətçilərin
teleçıxışlarından sonra onlar haqqında yaranmış rəylərə nəzər
yetirək. Azərbaycan tamaşaçısı Heydər Əliyevin hündürboylu,
şax qamətli və cazibəli görünüşünü xüsusi qeyd edir. Lakin Etibar
Məmmədovun boyunun balacalığı, Əli Kərimlinin olduqca soyuq
görkəmi, Lalə Şövkətin böyük gözlük arxasında gizlətdiyi siması,
İlyas İsmayılovun yorğun görkəmi tamaşaçıda mənfi emosiyala
rın yaranmasına səbəb olur. Buradan belə bir nəticə çıxır ki, ekran
qarşısında duran siyasətçi operatorlardan və rejissorlardan onun
görkəm qüsurlarını ortadan götürəcək rakursların seçilməsini
tələb etməli və bir sıra mənfi emosiya yaradan cəhətləri (soyuqluq,
yorğunluq və s.) aradan götürməlidir.
Amerika professorunun fikrincə, ikinci cəhət seksuallıqdır. Birin
ci cəhətin davamı olan seksuallıq daha çox kişinin kişiliyini, qadı
nın isə incəliyini əks etdirməlidir. Sözsüz ki, bu obrazın yaranma
sında işıq, qrim və bir də kameranın rakurs seçimi əhəmiyyətlidir.
Məhz düzgün qurulmuş işıqla üzdə olan problemləri gizlətmək
və çəkiliş zamanı obyektiv qarşısında yaranan sonrakı qüsurları
aradan götürmək olar. Həmçinin rakurs seçərkən yuxarıdakı iki
cəhətə nail olmaq üçün kameranı mümkün qədər uzaqda qu
raraq eninə yox, uzununa olan obyektivi seçib uzaq məsafədən
“yaxınagetmə” kadrdan istifadə etmək lazımdır. Yaxın məsafədən
kameranın “yaxınagetməsi” sifəti eybəcər hala sala bilər. Ən yaxşı
məsafə, adətən, 10 metrdən uzaq olan məsafə hesab edilir. Buna