TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə108/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   104   105   106   107   108   109   110   111   ...   171

256

larını qətiyyətli tənqid üzərində quran digər namizədlərdən fərqli 

olaraq  S.  Rüstəmxanlı  namizəd  kimi  özünün  səmimi  bir  tərzdə 

üstüörtülü  təqdimatına  və  təbliğatına  yer  verdi.  Ziyalı  və  yazıçı 

kimi cəmiyyətdə tanındığını bilən namizəd məhz bu obrazı ziyalı­

prezident obrazı ilə birləşdirmək üçün simvoldan da istifadə etdi. 

Bütün çıxış boyunca əlində olan qələm onun bu obrazını tamamla­

dı. Həmçinin arxa fonda kitab rəfi də bu obrazın təsdiqinə xidmət 

etmiş oldu. Kifayət qədər özünə inamlı görünən namizədin sərt 

ifadələri və onu tamamlayan jestləri “qələmi süngüyə çevirmək” 

obrazı ilə daha da qüvvətləndi. Bu fakt bir daha AzTV­nin studiya­

sında canlı çıxışın heç bir effekt vermədiyini göstərmiş oldu. Digər 

namizədlər  də  peşəkar  çəkiliş  heyəti  tərəfindən  çıxışı  öncədən 

çəkdirsəydilər, daha ifadəli görünərdi və namizədin bütün diqqəti 

və baxışı saata yönəlməzdi. 

Əli Kərimlinin teleçıxışında da dinamika və özünə inam dərhal 

duyulurdu.  Jestlərdən  və  mimikadan  ümumiyyətlə  istifadə 

etməməsi  onun  çıxışını  yorucu  edirdi.  Lakin  rəvan  nitqi  və 

titrəməyən səsi onun imicini tamamlayırdı.

Digər  namizəd  İlyas  İsmayılov  isə  ümumiyyətlə,  təşviqat  işi­

ni tamam fərqli müstəvidə qurub ki, bu da siyasi mübarizədə o 

qədər də uğurlu metod sayılmır. Divar rəsmlərində və teleçıxışla­

rında nisgilli və bədbin obraz alan namizəd lirik­sentimental bir 

təəssürat  yaradır.  Onun  danışıq  tempində  sentimentallıq,  kədər 

notlarının  və  avazın  olması,  həmçinin  çıxışın  mahnılar,  şeirlərlə 

müşayiət olunması onu siyasətçidən çox uzaqlaşdırırdı. İlyas İs­

mayılovun  çıxışlarını,  ümumiyyətlə,  orta  səviyyəli  publisistik 

verilişdən  başqa  heç  nə  adlandırmaq  olmazdı.  Namizəd  çıxışın­

dan  daha  çox  kədərli  jurnalistin  dərdləşməsinə  bənzəyən  bu  10 

dəqiqəlik  efir  vaxtı  İlyas  İsmayılovun  “stend­up”ları,  kadrarxası 

mətni ilə gərəksiz bir biçim aldı. Azərbaycan Respublikası Dövlət 

Statistika Komitəsinin, Cavid heykəlinin önündə “stend­up” edən 

namizəd, daha çox, kədərli və çoxdanışan aparıcı imicindən başqa 

heç bir xoş təəssürat yarada bilmədi. Bu çıxışda ən böyük uğursuz­

luqsa operatorun namizədi “altdan” çəkməyi oldu. Aşağıdan­yu­

xarı baxış, daha çox, əyləncəli verilişlərdə bir gülüş metodu kimi 

və bir də Mussolini vaxtı diktator imici yaratmaq məqsədi ilə edi­

lirdi. Çıxışda istifadə olunan, görüntü baxımdan savadsız sayılan 

rakursun hansı məqsəd daşıdığını təyin etmək isə çətindir.

Yunus  Oğuz  teleekranlarda  ən  az  görünən  siyasətçilərdən  ol­

masına  baxmayaraq,  kifayət  qədər  sərbəst  və  inamla  danışma­

sı  ona  qarşı  maraq  yaradır.  Lakin  çıxışın  başlamasından  əvvəl 




257

uzun­uzadı  titrlə  və  kadrarxası  səslə  platformanın  oxunması 

tempi öldürməklə bərabər teleeffekti də azaldaraq, onu qəzet və 

radionun  eybəcər  sintezinə  yaxınlaşdırırdı.  Namizədin  nitqində 

görəcəyi işlərdən daha çox məktublara və şikayətlərə yer ayırması, 

bu çıxışı şikayətlər mövzusunda olan verilişə, namizədi isə uğur­

suz aparıcıya çevirirdi.

Namizədlərin  2003­cü  il  prezident  seçkilərində  teleçıxışlarını 

müzakirə  etdikdən  sonra  belə  bir  qənaətə  gəldik  ki,  namizədin 

teleçıxışı  vacib  olduqca  təsirli  olmalı  və  təsir  gücünü  artırmaq 

üçün insan şüuruna təsir edəcək elementlərdən istifadə etməlidir. 

Seçki  prosesində Azərbaycan  praktikasında  bütün  bunları  təhlil 

edərək  kifayət  qədər  qüsurların  olması  yekunda  önə  çıxdı.  Bu­

nun  qarşısının  alınması  üçün  siyasətçilərin  peşəkarlarla  görkün 

biçimlənməsinə daha effektiv nail olmaqdan ötrü ciddi iş aparıl­

malıdır.


4.2 İnformasiyanın cəmiyyətdə yeri 

Televiziyanın ictimai funksiyaları arasında informasiya funksi­

yasının önə çıxması bu vasitənin məlumatlandırma işində böyük 

yeri və elə ilk çağlardan bu məqsədlə yaradılmasından irəli gəlir. 

Televiziya  xəbərverici  kimi  bugünkü  cəmiyyətdə  böyük  rol  oy­

nayır  və  onun  informasiyaları  insanların  gündəlik  həyat  tərzini, 

məlumatlanmağını təmin edir. Heç bir evi və ya idarəni televizor­

suz təsəvvür etmək mümkün deyil, bu qutu insanların məişətində 

ayrılmaz  bir  aksesuara  çevrilməklə,  onun  gündəlik  informasiya 

tələbatını ödəyir. 

İnformasiya  –  kütləvi  kommunikasiyalar  vasitələri  ilə  yayılan 

ictimai  məzmunlu  xəbər,  məlumatlar  məcmusudur.  Nəzəri  ədə­

biyyatda  informasiya  sözünün  müxtəlif  yozumları  verilir,  in­

diki  halda  isə  “informasiya”  sözü  ən  dar  və  konkret  mənada 

iş  lənir:  İnformasiya  –  insanların  baş  verən  hadisələrlə  bağlı  mə­

lu matlandırılmasıdır. Burada və başqa yerlərdə işlətdiyimiz digər 

anlayış – “proqram”, “veriliş” və ya “film”in sinonimi kimi çı xış 

edir və xarakterinə görə dövri və ya birdəfəlik – “xüsusi” ola bi lər, 

te leviziyada yayım vahididir.

Televiziyanın  informasiya  funksiyası  onun  dünyada  və  ölkə  da­

xilində baş verən gündəlik (hər saatlıq) hadisələri – siyasi, iqtisadi, 

sosial,  mədəniyyət,  idman  və  hava  haqqında  xəbərləri  tamaşaçıya 

ye tirmək, bu barədə onda ilkin və ətraflı təsəvvür yaratmaq, bununla 

da çağdaş insanın gündəmlə ayaqlaşmasını audiovizual tərzdə təmin 




258

etməyi əhatə edir. Televiziyadan verilən məlumatın, xəbərin digər in­

formasiya daşıyıcı vasitələrdən daha çox maraqlılığı və cəmiyyətdə 

rezonans  yaratması  onun  vizuallığı  ilə  bağlıdır:  insan  baş  vermiş 

hadisə ilə bağlı məlumatı eşitməkdən (radio) və oxumaqdan (qəzet, 

jurnal, kitab, internet) çox, görməyə üstünlük verir. Televiziyanın baş 

vermiş hadisəni operativliklə təqdimetmə imkanı onu informasiya 

sahəsinin liderinə elə ilk günlərdən çevirə bilib. Məhz bu cəhət onun 

funksiyaları arasında informasiyanı önə çıxarıb və fəaliyyətində baş­

lıca istiqamət kimi müəyyənləşdirib. Başlıca istiqamət statusu alması 

informasiya verilişlərini – xəbərlər buraxılışlarını hər bir televiziya 

üçün (təyinatlı kanallar – idman, moda, musiqi və s. kanalları istisna 

olmaqla) vacib bir iş halına gətirib: bütün kanallarda xəbərlər buraxı­

lışı və onun stabil efirə çıxma vaxtı var. 

Britaniyada Müstəqil Televiziyaları üzrə komissiyanın telekanal­

lar qarşısında həftə ərzində 1,5 saat həcmində informasiya proqra­

mı verməyi mütləq şərt kimi qoymasının başlıca səbəbi dövlətin 

özünün  informasiyalaşdırma  işində  maraqlı  olması  və  əhalinin 

dürüst  xəbərləri  vaxtında  öyrənməsi  zərurətidir.  Rusiyanın 

peşəkar jurnalisti və televiziya tənqidçisi Q. Kuznetsov xəbərlərin 

televiziyada yerini və oynadığı əhəmiyyətli rolu dəyərləndirərək, 

onu “…istənilən telekampaniyanın “siması”, yayım gününün da­

yaq nöqtələri” adlandırır: “Onlar çağdaş insanın başlıca tələbatını 

ödə yirlər – ölkədə və dünyada baş verən hadisələrindən xəbərdar 

olmaq” (237, səh. 115). Məhz xəbərlərin kanalın sifəti olması fikri 

onun fəaliyyətində də öz əməli əksini tapır. Dünya praktikasında 

kanallar verilişlərin istehsalından çox, onların prodakşnlar­isteh­

sal  şirkətləri  tərəfindən  sifariş  əsasında  hazırlanaraq  alınmasına 

üstünlük verirlər. Xəbərlər buraxılışları isə birmənalı şəkildə tele­

kanalın özü tərəfindən istehsal olunur və heç bir halda istehsalçı 

şirkətlərin öhdəsinə buraxılmır. 

Xəbər  buraxılışları,  adətən,  bütün  reytinq  cədvəllərində  li­

derlik  edirlər.  Bu,  onun  ideoloji,  siyasi,  iqtisadi  və  təşkilati 

əhəmiyyətindən asılıdır. Ona görə də “İstənilən yayım teleşirkəti 

özünün informasiya buraxılışlarının problemi ilə məşğul olmağa 

məcbur idi” (437, səh. 98).

Televiziyanın  informasiya  funksiyası  cəmiyyətin  siyasi,  mə də ­

ni, sosial və iqtisadi həyatında kifayət qədər vacib, həlledici, rəy  ­

yaradıcı  rol  oynamaqla  KİV­dən  məlumat  alan  insanların  son ­

rakı addımlarının istiqamətlənməsində, onların düşüncə tər zinin 

biçimlənməsində və həyat fəaliyyətlərində, həmçinin siyasi möv­

qelərinin ortaya qoyulmasında fəal iştirak edir və bir çox hallarda 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə