274
köklərini qədimdə axtarmaq, bizim fikrimizcə, daha fundamental
yanaşma olardı. Çünki hər bir xalqın yaratdığı mif və folklor kimi
mənəvi dəyərlər var ki, bunlar bəzən bütöv bir region üçün po
pulyar, kütləvi olurdu. Deməli, kütləviləşmə texnikanın köməyi
ilə yalnız bir az asanlaşdı, amma heç də onunla yaranmadı.
Kütləviləşmə qədim dönəmlərdə yaddaş zoruna aparılırdı. Yəni
yaddaş vasitəsilə mif təkcə nəsildənnəslə ötürülüb mədəniyyətdə
varislik faktorunun yaranmasına şərait yaratmadı, həmçinin bu
dəyərlə rin – mədəniyyətin böyük bir arealda yayılmasına xidmət
etdi. Məsələn, “Azərbaycan folkloru” anlayışı bu baxımdan xarak
terikdir. Belə ki, onun əhatə etdiyi coğrafi ərazi böyükdür. Deməli,
“hələ qədimdə mədəniyyətin kütləvi forması mövcud olub”
nəticəsinə gəlmək olar.
Digər tərəfdən, eradan çoxçox əvvəl qeyd olunan müxtəlif mə
rasimlər, məsələn, Dionisin şərəfinə qurulan şənlik və ondan yara
nan Antik teatr, məhz formaca kütləvi xarakter daşıyırdı. Eləcə də
Azərbaycan meydan tamaşaları, el oyunları kütləviliyi ilə seçilirdi.
Buraya musiqi və başqa sənət növlərinin yayılma metodunu əlavə
etsək, yuxarıda deyilən fikri təsdiqləmiş olarıq. Deməli, “kütləvi
mədəniyyət” anlayışı hələ qədimlərdən, bəlkə də, insanlığın ya
ranması ilə başlanır. Bu proses həm də xalqın formalaşmasında
iştirak edən başlıca amildir. Belə ki, xalqın formalaşma prosesində
vahid mədəniyyət amili böyük əhəmiyyət daşıyır. Mədəniyyətin
kütləviləşmədiyi halda onun vahidliyindən necə danışmaq olar?
Deməli, bu, qanunauyğun və lazımi proses olduğu qədər də, ta
rixidir.
Yuxarıda gəlinən qənaətlərin doğruluğunu qəbul edərək bu
rəyə gəldik ki, kütləvi mədəniyyət tarixi mədəniyyətin inkişaf
tarixinə bağlıdır və bu forma mədəniyyətin bir tərkib hissəsi kimi
fəaliyyət göstərib. Deməli, televiziya yeni növ mədəniyyət yarat
mayıb, sadəcə, artıq mövcud olan kütləvi mədəniyyətin tamaşaçı
arasında daha böyük marağa səbəb olmasını nəzərə alaraq məhz
kütləyə hesablanmış mədəni təbliğatla məşğul olub, özünün yara
dıcı axtarışları, yenilikçi sənət üsulları ilə incəsənətin bir növünə
çevrilib. B. Qurbanov televiziyanın yaradıcı imkanlarını və na
iliyyətlərini əsas götürüb onu incəsənət növü adlandırır: “Heç
şübhəsiz, televiziya – aləmə açılan bu “pəncərə” də, özünəməxsus
ifadətəsvir vasitələri ilə real varlığın spesifik bədii ifadəsini verə
bilir və incəsənətin bir növü kimi digər sənət vasitələri arasında
özünəməxsus yeri tutur” (54, səh. 55).
275
Televiziya kütləvi mədəniyyətin yayıcısı kimi bütün tamaşa
çıların həyatına daxil olaraq, onların mədəni səviyyəsinin müəy
yənləşməsində fəal iştirak edir. Bu mənada E. Quliyevin “İndi te
leviziya insan fəaliyyətinin bütün sahələrinə nüfuz edərək onun
davranışının, gündəlik həyat tərzinin güclü tənzimləyicisinə çev
rilmişdir” (51, səh. 108) fikri ilə razılaşmamaq olmaz. Yuxarıda biz
televiziyanın cəmiyyətdə yeri və insan tərbiyəsində əhəmiyyətli
rolunu qeyd etmişdik. Televiziyanın bu qədər əhəmiyyətli yer al
ması, böyük rol oynaması və sosial statusu onun maarifləndirmə
işini davamlı və ardıcıl olaraq aparmasınının nəticəsidir.
Televiziyada yayımlanan audiovizual əsərlər insanların davra
nışını, həyat tərzini, intellektual səviyyəsini artırmaq gücünə ma
likdir. Asudə vaxtını televizor qarşısında keçirən insan oradakı
danışıq tərzini, geyim və davranış mədəniyyətini mənimsəməklə
bərabər, orada göstərilən informasiyaları özünün bilik ehtiyatına
toplayır. Bir çox sosioloqlar televiziyanın inkişafı ilə elmi biliklərin
kütləvi yayılması fikrini söyləyərək, bunu bilavasitə televiziyanın
mədənimaarif funksiyasının göstərdiyi təsirin nəticəsi kimi qeyd
edirlər.
Şüurlu insan bütün ömrü boyu nələrisə öyrənməyə, elmi biliklər
toplamağa, özünün mədəni səviyyəsini yüksəltəməyə meyillidir.
Televiziyanın audiovizual imkanları elmikütləvi informasiyanın
və mədəni dəyərlərin daha asan qavranılan bir tərzdə çatdırılması
na imkan yaratdı. “Milyonlarla teletamaşaçı auditoriyası üçün bu
müxtəlif informasiyanı, o cümlədən incəsənətin böyük əsərlərini
qavramaq ən tez ələ düşən vasitədir” (356, səh. 171). Ekran qarşı
sında oturan tamaşaçı elmi, texniki biliklər sistemi ilə tanış olmaq
la, tarixi faktların ekranlaşdırılması yolu ilə maariflənməklə yana
şı, həm də televiziya ekranında göstərilən mədəniyyət əsərlərini
izləməklə bəşər mədəniyyətinin inciləri ilə yaxından tanış olur və
mənəvi cəhətdən zənginləşmək üçün bu vasitələrdən faydalanır.
Televiziya ekran qarşısında onu izləyən hər bir tamaşaçının
mə nəvi zənginləşməsini, maariflənməsini, ədəbiintellektual sə
viy yəsinin artırılmasını vacib bir ictimai, mədəni hadisə kimi
də yərləndirərək, bu məsələyə xüsusi diqqətlə yanaşmalıdır. “Tə
rəqqiyə can atan cəmiyyətdə təhsil, elm və mədəni tərbiyə ilə
bağlı təbliğat funksiyası sosial televiziyanın əsasında dayanır.
Mədəni təbliğat insan fəaliyyətinin bütün sahələrindəki mütərəqqi
istiqamətləri kütlələrə çatdırmaqla, maarifçilik funksiyasını yerinə
yetirir” (23, səh. 143) fikri cəmiyyətdə televiziyanın üzərinə düşən
sosialictimai vəzifələrin əhəmiyyətini əks etdirir. Televiziyanın
276
mənəvi tərbiyə işində oynadığı vacib rolu nəzərə alsaq, bu işin
bilavasitə dövlətin nəzarətində olmasının vacibliyini xüsusi vur
ğulamalıyıq. Böyük Britaniya, Rusiya və digər ölkələrin televiziya
və ona nəzarəti həyata keçirən qurumların televiziyalar qarşısında
qoyduğu öhdəliklərdə maarifçiik işinin xüsusi çəkisi deyilən fikrə
əyani sübutdur.
Televiziya ilk günlərdən bədii filmlərin, teatr tamaşalarının, sim
fonik musiqinin, sərgilərin verilməsi, elmi, tarixi faktlar əsasında
silsilə proqramların hazırlanması, sağlamlıq, din və ictimai
hadisələrlə bağlı maarifçilik işinin aparılmasını öz üzərinə götürən
audiovizual əsərlərin yayımlanması ilə mədənimaarif işini qur
muş oldu. Tanınmış televiziya nəzəriyyəçisi Ənvər Bağırovun
“Kütlələrin və həmçinin elmitexniki sahə ziyalılarının mədəni
tərbiyəsindəki boşluqları doldurmaq televiziyanın borcudur” (398,
II – səh. 26) fikri istənilən kanalın mədəni maariflənmə işinə yanaş
masının cəmiyyətin bütün təbəqələri üçün vacib və əhəmiyyətli
bir məsələ olduğunu vurğulamaqla, bunun qurulmasında mənəvi
tərbiyə və ideoloji təbliğat məsələsinin vacibliyini önə çəkir.
Azərbaycan televiziyalarında mədəni maariflənmə işinin qu
rul ma sı mənzərəsinə diqqət edək: SSRİ məkanında mədəniyyət
əsərlərinin ideoloji yöndən təbliğatçı rolu oynaması onların qar
şısında duran başlıca vəzifə olduğundan, televiziya da məhz ha
kim kommunist ideologiyasının, sosialist realizminin təbliğatçısı
kimi çıxış edərək maarifləndirmə işini məhz bu müstəvidə qurur
du. “Kütləvi informasiya vasitələri arasında xüsusi yer tutan te
leviziyanın da mədəni təbliğatda xidməti onun mövcud olduğu
sistemin ideoloji tələbinə bağlıdır” (23, səh. 143) deyimində ide
oloji hakimliyin mənəvi tərbiyə işində yeri açıqlanır. Azərbaycan
televiziyası sovet idarəçiliyi sistemində özünün mənəvi tərbiyə,
mədənimaarif işini məhz bu ideologiya əsasında qururdu, çünki
“Sovet televiziyası və radiosu marksistleninçi ideologiyanı – fəhlə
sinfini, bütün əməkçilərin ideologiyasını əks və ifadə etdirir” (52,
səh. 5).
Azərbaycan müstəqillik əldə etdikdən sonra təşəkkül tapan
kom mersiya televiziyaları və milli dövlətçilik ideologiyası əsa sın
da maariflənmə işini qurmalı olan dövlət televiziyasının qarşı sında
mədənimaarif funksiyası tamam yeni, tarixi kökləri olmayan tərzdə
ortaya çıxdı. Aydın Dadaşovun “Avtoritar rejimin klassisizmindən
doğan ictimaiplakat janrı keçid dövrünün romantizminin yaratdı
ğı milliplakat janrı ilə əvəz olundu” (23, səh. 146) fikri yeni dövr
Azərbaycan teleməkanında mədəni təbliğat işinin məzmunideya
Dostları ilə paylaş: |