272
maraqlandırır, həmçinin onun sosial maariflənməsinə xidmət edir.
Infoteynment postmodernist mahiyyət daşıyaraq yuxarıda sadala
dığımız kimi onun dəyərlərini istifadə edir, kütləvi mədəniyyətin
cəhətlərindən bəhrələnir və digər sənət növlərinə təsir edir.
4.4 Televiziyanın kulturoloji təhlili. Televiziya mənəvi tərbiyəçi kimi
Televiziyanın cəmiyyətin mənəvi tərbiyəsində, məhsuldar qüv
vələrin istiqamətləndirilməsində, düşüncə tərzinin, zövqlərin bi
çimlənməsində böyük və əhəmiyyətli yer tutması birbaşa onun
kütləviliyi ilə bağlı bir amildir. Televiziya yarandığı ilk günlərdən
incəsənət nümunələrinin çatdırılması, işıqlandırılması və qorunub
saxlanılaraq yeni nəsillərə təbliğ olunması işini özünün başlıca
vəzifəsinə çevirdi. “Televiziya elə ilk addımından səsligörümlü
informasiyanı vermək və bədii mədəniyyət əsərlərini reproduk
siya etmək üçün müəyyən texniki kanal, kütləvi kommunikasiya
vasitəsi kimi fəaliyyətə başladı” (296, səh. 156) fikri televiziyanın
mədəniyyət sistemində bir təbliğatçı və onun başlıca funksiya
larından olan sosial təcrübənin ötürülməsi – varislik funksiyası
nı daşımaqla özünün maarifləndirmək məqsədinə xidmət etmiş
oldu. Televiziya mədəniyyət sisteminə cəsarətlə daxil olub onun
tərkib hissəsi kimi kütləviləşmənin, yayımın təminatçısı olaraq
ümumi inkişafını stimullaşdırdı. “Yaxın gələcəkdə televiziya
nın …inkişafını, əsasən mədəniyyət tərəqqisi müəyyən edəcək,
onlar isə öz növbəsində milli və dünya mədəniyyəti sistemi ilə
birləşəcəklər” (51, səh. 112) fikri mədəniyyətlərin inteqrasiya
sının gerçəkləşdirilməsi, onların qarşılıqlı münasibətlərinin ya
ranmasında televiziyanın oynadığı əvəzsiz rolu və televiziyanın
tərəqqisinin bilavasitə mədəniyyət prosesindən asılı olduğunu
açıb göstərir.
Televiziya özünün yayım saatının və əhatəliliyinin artması hesa
bına hər bir evə, hər bir insana nüfuz etməklə, onun formalaşmasın
da başlıca təsiredici amil kimi çıxış edir. “Kütləvi kommunikasiya
vasitələrinin, ilk növbədə isə televiziyanın XX əsrin ortalarından
başlanan zəfər yürüşü yeni növ mədəniyyətin formalaşmasına
gətirib çıxartdı” (51, səh. 112) fikrində kütləvi mədəniyyətin ya
ranmasının bilavasitə televiziyanın üzərinə qoyulması təsdiqini
tapır. Müəllifin bu fikri ilə razılaşmayaraq kütləvi mədəniyyət an
layışının tarixinə nəzər yetirməklə, əslində, televiziyanın yeni növ
mədəniyyət yaratmadığını, əksinə, mədəniyyətin, incəsənətin bir
növü kimi inkişaf etdiyini təsdiqləməyə çalışaq.
273
Mədəni dəyərlərin istehsalı və istehlakının xüsusiyyətləri kultu
roloqlar tərəfindən mədəniyyətin iki sosial formasının mövcudlu
ğunu ortaya qoymağa imkan verdi: elitar mədəniyyət və kütləvi
mədəniyyət. Bir çox kulturoloq, filosoflar mədəniyyətin bu iki
sosial formasının çözümü və onların cəmiyyətin inkişafında rolu
nu müəyyən etməyə çalışmışlar. Bu baxımdan X. OrteqaiQas set,
M. Maklüen, E. Moren, D. Düi, E. Fromm, R. Mixels, Q. Moska,
B. Astafyev kimi tanınmış alimlərin tədqiqatları maraqlı və elmi
dir. Elitar və kütləvi mədəniyyətin izahını hələ e.ə. V əsrdə mövcud
olan Kirenaik məktəbinin yaratdığı etik təlim – gedonizm və onun
böyük nümayəndəsi Aristipdə, sonrakı dönəmdə A. Şopenhauer,
F. Nitsşe, Z. Freyd kimi filosof və psixoloqların əsərlərində tap
maq olar. Yəni bütün zamanlarda mədəniyyətin formaları filosof
ları düşündürmüş və bu ətrafda fikirlər söyləməyə vadar etmişdir.
Kütləvi mədəniyyətin yaranma tarixi müxtəlif cür hesablanır. Elmi
ədəbiyyatda, kulturologiyada kütləvi mədəniyyətin insanlığın
yaranması ilə və ən azından xristianlıq sivilizasiyasının bərqərar
olmasına bağlandığı fikrinə az rast gəlinmir. Bunun üçün ən ba
riz nümunə kimi müqəddəs kitabların sadələşmiş nüsxələrinin
meydana gəlməsi göstərilir. Məsələn, “Yoxsullar üçün Bibliya”
və s. Digər qrup kulturoloqlar isə bu prosesi XVII–XVIII əsrlərdə
macəra, detektiv, avantürist romanların meydana gəlməsi ilə bağ
layır. Misal kimi ingilis yazıçısı Daniel Defo, onun “Robinzon Kru
zo” və çoxlu sayda digər romanları göstərilir.
Bir başqaları Avropada kütləvi savadsızlığa qarşı aparılan mü
barizə və bunun nəticəsində XIX əsrdə real nəticələrin əldə olun
ması ilə o dövrün ən populyar bədii yaradıcılıq növü olan romanın
kütləvi oxunuşunun asanlaşması ilə bağlayırlar.
Əksəriyyət isə bütün yuxarıda sadalananların giriş olduğunu
və həqiqi kütləvi mədəniyyətin XIX–XX əsr ABŞda yarandığı
nı deyirlər. Hətta Amerika politoloqu Zbiqnev Bjezinski “Əgər
Roma bəşəriyyətə hüquq, İngiltərə parlament fəaliyyətini, Fransa
mədəniyyəti və respublika millətçiliyini verdisə, indiki ABŞ dün
yaya elmitexniki inqilabı və kütləvi mədəniyyəti bəxş etdi” (253,
səh. 176) fikrini söyləməklə, kütləvi mədəniyyət fenomeninin XIX–
XX əsrlərdə həyatın ümumsahəli kütləviləşməsindən yarandığını
deyən filosofların fikrinə tərəfdar çıxdığını bildirmişdir.
Sonuncu fikir reallıqla səsləşsə də, burada yalnızca kütləviliyin
daha çoxtirajlı olmasından söhbət gedə bilər. Elə çap maşınının
kəşfi və ya elektron KİVi yalnızca tirajın artırılmasına xidmət
edən vasitə idi. Əslində, “kütləvi mədəniyyət” anlayışının tarixi