TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə113/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   109   110   111   112   113   114   115   116   ...   171

268

təşnəsinə çevrilən çağdaş seyrçiyə gərəklini ötürmək baxımından 

infoteynment  çıxış  yolu,  faydalı  fəaliyyətdir.  İnformasiya  çatdır­

maq  üçün  istər  əyləncəli  vasitələr,  istərsə  də  oyun  həvəsi  geniş 

şəkildə istifadə olunmaqla, çağdaş teleyayımın ictimai vəzifələrin 

icrasına yönəlmiş fəaliyyətini istiqamətləndirdi. 

Oyunun  inkişaf  xarakteri  və  hedonist  təbiəti,  mərhələli  artım 

istər gedişatdan, istərsə də qələbədən həvəslənməyə və həzz alma­

ğa imkan verir. Y. Heyzinqa uduşun həzzi və törətdiyi xəyalların 

sonsuz həddə genişlənməsi nəticəsində onun üstünlük vəziyyətini 

törətdiyi qənaətini əsas götürərək, bu cəhətlərdən bəhrələnən te­

leviziyanın  fəaliyyətində  oyunun  uğurlu  vasitə  olduğunu  qeyd 

etməliyik  və  qələbə  həzzinin  bütün  qrupa  keçməsi  hadisəsinin 

televiziyada  olduqca  əhəmiyyətliliyini  söyləməliyik.  Seyrçinin 

oynamaq həvəsi, oyunu maraqlandırmaq, təfəkkürü gizli şəkildə 

aktivləşdirmək, iştirakçıya, baxana güclü təsir etmək imkanı həm 

əyləncəyə, həm də dünyanı dərkə yönəlmiş fəaliyyətə çevrilə bilər. 

Y. Heyzinqa gerçəyi bəşər tarixinin başlanğıcından hikməti dərk 

etmək üçün oyun formasından istifadə olunduğunu (tapmaca və 

s.) göstərir (433). Oyunun öyrədici fəaliyyəti ilə (oyunu oynayarkən 

nələrisə öyrənirsən) kütləvi kommunikasiya fəaliyyətinin yaxınlı­

ğını əks etdirir. Oyunun qədimdən dünyanı dərk etmək, hikmət 

toplamaq  işində  danılmaz  xidməti  bu  vasitədən  televiziyanın 

səmərəli istifadəsini zəruri etdi.

F.V.  Oleşko  televiziya  jurnalistikasında  oyunun  yeri  barədə 

araşdırmasında onun iki şəkildə reallaşdığını önə çəkir: oyun özü 

və  jurnalist  məhsullarının  çərçivəsində  müxtəlif  yaradıcı  fəndlər 

vasitəsilə  (328)  fəndləri,  ənənəvi  olmayan  janrı,  fərqli  yanaşmanı, 

tərtibat detallarını, leksik­sintaktik gedişləri ehtiva edir. Bütün bu 

fəndlər sərbəst, rahat ünsiyyətə yönəlir. Kapital­şou, realiti­şou və 

müsabiqələrin  mənşəyində  oyun  elementi  iştirak  etsə  də,  heç  də 

həmişə müəyyən biliyin ötürülməsinə yönəlmir. Yəni televiziyada 

oyun bir şəkildə təzahür etməyərək, özünün yalnız azart tərəfləri 

ilə də üzə çıxır. Azərbaycan televiziyasında “Tap tapmaca”, “Ays­

berq”, “Breyn­rinq”, “Tusi klubu” kimi intellektual oyunlar bu işin 

yaradıcısı hesab olunsalar da, “Zəfər zəngi” (“Space”), “Milyonçu”, 

“Zəif  bənd”,  “Teletaym”  (“Lider”),  “LG  Bilik Akademiyası”  kimi 

verilişlər ölkə seyrçisinə çağdaş anlamda oynamaq imkanı yaratdı.

Bəsit  və  bayağı  tərzdə  ekrana  çıxan  psevdointellektual  oyunlar 

isə  televiziya  yaradıcılığında  yolverilməz  hadisədir.  “Bərəkətli  ol­

sun”, “Oyunçu aparsın”, “Favorit” (“Space”) kimi bayağı və bədii 



269

yaradıcılıqdan uzaq, yalnız kommersiyaya (qeyri­peşəkar kommer­

siya fəaliyyəti) yönəlmiş halda ekrana çıxan verilişlər yayım vaxtını 

səmərəsiz edirdi. Səviyyəcə aşağı olan bu tip verilişlər intellektu­

al  faydadan  daha  çox,  estetik  zövqsüzlük  yaradır,  müğənnilərin 

təbliği yolu ilə qarışıq görüntülər əks etdirməklə faydasız fəaliyyətə 

rəvac vermiş olurdu. Bir sıra intellektdən uzaq, bacarıqsız aparıcıla­

rın meydan suladığı bu cür oyunlar yayımçı şirkətin nüfuzunu aşa­

ğı salmaqla, onun tamaşaçı auditoriyasını azaldırdı.

İnfoteynment  yaranışından  kütləvi  mədəniyyətin  təbiətinə, 

onun qaydalarına və özünəməxsus cəhətlərinə yiyələndi. Orijinal 

obraz əvə zinə hamıya ünvanlanmış fəaliyyət, bir hadisəyə çoxlu 

sayda yozum vermək, versiyaların tirajlanması, auditoriyaya bəlli 

mə dəni işarələrin kombinə edilərək təkrar istifadəsi – intellektual 

“sirr” kateqoriyasının və kinayənin geniş istifadəsi çağdaş teleya­

yıma  xasdır.  Fransız  sosioloqu  J.  Fridman,  kanadalı A.  Lamond  

kütləvi  mədəniyyətin  kommunikasiya  vasitələri  ilə  sıx  bağlılığı­

nı  izah  edərək,  televiziyanın  əsas  daşıyıcı  olduğunu  və  mövcud 

model əsasında yeni nümunələr yaratdığını söyləyirlər. Tirajlan­

ma, seriyalılıq, təkrarlanma infoteynmentin fəaliyyət istiqamətinə 

çev rilməliydi,  çünki  kütləvi  kommunikasiya  vasitələri  bilavasitə 

kütləyə hesablandığından, hər şeyə hamının baxması vacib şərtdir. 

İnfoteynmentin də başlıca qayəsi hər kəsi ekran başına toplamaq, 

elita  və  kütlənin  zövqünü  birləşdirəcək  modelə    –  kommersiya 

postmodernizminə  yaxınlaşır.  Burada  “reallıq”  “hiperreallıq”la, 

“gö zəl”  və  “yüksək”,  “möhtəşəm”  və  “duyğusal”lığa  çevrilir. 

Kom mersiya  postmodernizmi  fəlakətçilik,  hiperpessimizm,  “ek­

zis tensial  panika”,  ruhdandüşmə,  ekstaz  hissi  yaradaraq,  eyni 

za manda,  əyləncə  aludəçiliyinə  səbəb  olur  (48,  səh.  61).  Deməli, 

infoteynment quru reallıqdan bədii­əyləncəli hiperreallığa keçid­

dir.  İnfoteynmentin  gəlişi  ilə  televiziyanın  öncə  deyilən  təsirləri 

azalmadı,  sadəcə  görkünü,  ifadə  vasitəsini  dəyişdi.  Əyləncə  çox 

incəliklə, gülüşlə, həzzlə insan şüuruna təsir edə bilmək qüdrətinə 

malikdir.

Rusiya  teleməkanında  –  NTV  kanalında  infoteynmentin  ilk 

nümunəsi  olan  L.  Parfeonovun  “Namedni”  (2001–2004)  layihəsi 

N. Kortoziyanın tərəfindən ““Namedni” proqramı rus – infoteyn­

menti” (230) məqaləsində təhlil edilmiş və onun Amerika təcrübəsi 

əsasında qurulduğu göstərilmişdir. Həftənin baş xəbərlərinin ic­

malı, ekspert­analiz, səbəb­nəticə əlaqələrinin tapılması üzərində 

qurulan veriliş süjet vaxtının qısalığı, hadisələrin metaforik­obrazlı 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə