TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə112/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   108   109   110   111   112   113   114   115   ...   171

266

bir başa siyasi rəyi biçimləndirməyə yönəlib. Orxan Fikrətoğlunun 

sadə  nitqi,  gediş  kimi  istifadə  etdiyi  Xeybər  obrazı  tamaşaçı­

ya  doğma  olduğundan  hansısa  baş  vermiş  ciddi  siyasi  hadisəyə 

məhz onun şərhini dinləmək marağını oyadır. Deməli, bu nüfuz 

və  kütləvi  inamdan  sui­istifadə  halları  cəmiyyətdə  qarşıdurma­

ya da gətirib çıxara bilmək gücünə malikdir və bu səbəbdən jur­

nalistin  peşə  etikasını  qoruması  vacibdir.  Həmçinin  Fransadan 

vüsət götürərək bir çox ölkələrə yayılan “Kuklalar” layihəsi siyasi 

təbliğatda əyləncə modelindən istifadə formasıdır. Bu təbliğat gizli 

şəkildə olsa da aparılır və bu, danılmaz gerçəklikdir. Siyasi əyləncə 

özünü “Qulp” proqramında da göstərir. Burada gündəmdə olan 

siyasi  hadisələrin,  həmçinin  problemlərin  yumor  elementləri 

ilə  göstərilməsi  daha  çox  ictimai  tənqidə  yönəlirsə  də,  müəyyən 

fikirlərin sətiraltı təbliğatı da baş verir. Yuxarıda sadalanan fikirlər 

əsasında “elektron cəmiyyətdə yalnız əyləncəli siyasət və əyləncəli 

təbliğat real təsir gücünə malikdir” qənaətinə gələrək, onun tele­

viziya yaradıcılığı işində mühüm əhəmiyyət kəsb etməsini qeyd 

etməliyik.

E. Toffler informasiya cəmiyyətini səciyyələndirərkən ideal də­

yərlərin  azömürlülüyü,  tələbatların  mürəkkəb  xarakter  daşıma­

sı, elmi­texniki informasiyanın artması, submədəniyyət və həyat 

hadisələrinin çoxçeşidliliyini qeyd edərək, ətrafda hər şeyin sürətlə 

dəyişməsi  hesabına  insanın  uyğunlaşma  cəhətinin  yüksəldiyi 

qənaətinə  gəlir  (407,  səh.  186).  Reallıq  hissini  qəfil  itirməsi,  onu 

gözləyən  gələcəyə  uyğunlaşmaq  qabiliyyətini  “futurşok”  –  “gə­

ləcəyin  şoku”  adlandıran  E.  Toffer  informasiya  ilə  güclənən  in­

sanın  rasional  düşünmək  və  optimal  qərar  qəbul  etmək  imka­

nından  məhrum  olduğunu  söyləyir.  Güclənən  informasiya  axını 

şəraitində şəxsi problemlərini həll edə bilməmək “eskeypizm”i –  

gerçəkdən qaçışı doğurur. Eskeypizm özünü aşağıdakı biçimlərdə 

təzahür etdirməklə çağdaş insanın davranış qaydalarını təyin edir, 

onun informasiya məkanında yaşam tərzini əks etdirir.

Qorxu  yaradan  gələcəyin  “bloklaşdırılması”  insanın  yeni  in­

formasiyanı qəbul etməkdən imtinasıdır. Bu halda o özünü alda­

daraq, gətirilən sübutları fərziyyə hesab etməyə cəhd edir. Digər 

halda isə “xüsusiləşmə” baş verir və bu, insanın peşəsinə uyğun 

sahədə bütün dəyişiklikləri izləyərək, digər informasiyaları qəbul 

etməkdən imtinasını xarakterizə edir. “Reversionizm” – “hazırda 

yersiz  və  gərəksiz  olan  əvvəlki  adaptasiya  basmaqəliblərinə  qa­

yıtmaq təşnəliyi” baş verənlərə əks­cavab olaraq, əvvəl etdiklərini 

təkrarlamaq cəhdini izah edir. “Çox sadələşdirmək” halı isə bü­




267

tün yenilikləri izah edən sadə həllər axtarışını mənalandırır. İnsan 

onu udmaqla hədələyən gerçəyə qarşı çıxa bilmədiyinə görə, çoxlu 

xırda problemlərlə üzləşərək onlardan birini seçib böyütməklə öz 

mövcudluğunu sadələşdirmək istəyir. Deyilən biçimlərdə təzahür 

edən  eskeypizm  insanın  kütləvi  informasiya  axınının  qarşılığın­

da  gerçək  mənzərəni  yarada  bilməməkdən  qorunma  hallarını 

göstərir. Deməli, insanın gerçəyi dərk edə bilmək iqtidarında olma­

dığı və ya bunu etməkdən imtina etməsi halı üzə çıxır. Bu psixoloji 

vəziyyət,  bilavasitə  informasiya  axınının  görünməmiş  miqdarda 

təzahür etməsi ilə, axına qarşı yaranan müqavimətdir. Çoxçeşidli 

vasitələr hər tipdə informasiyanı insana ötürməklə onu “informa­

siya şoku”na salır ki, nəticədə dəyərlərin itməsi, meyarların pozul­

ması və yalnız əylənməklə gerçəyi unutmaq, düşünməkdən imti­

na, “beyin üçün saqqız” axtarışına çıxılır.

Televiziya  özünün  həm  audio,  həm  də  vizual  qüdrətindən  is­

tifadə  edərək  informasiya  yürüşünü  gücləndirən  vasitə  kimi  in­

sanın düşdüyü bu haldan istifadə edib onu əyləndirməyə, beyin 

üçün  saqqızlar  kəşf  etməyə  başladı.  Yuxarıda  dediyimiz  böhran 

və ondan çıxış yollarının axtarışı işində televiziyanın əhəmiyyətli 

rolu,  vaxtındaca  eskeypizmdən  istifadə  edərək  onu  cilovlama­

sı,  özünün  kommersiya  maraqlarına  yönəltməsi  sosial,  mədəni 

mahiyyət  daşıyan  hadisə  kimi  dəyərləndirilməlidir.  Çağdaş  in­

san  toplumunda  insanın  mədəni  görüşləri,  əyləncəsi,  davranışı 

sürətlə dəyişməyə başladı. Bu gün danılmaz faktdır ki, insan heç 

vaxt olmadığı kimi əyləncəyə meyilli, ona aludə, onun kütləvi is­

tehlakçısı, gerçəyə, bəşəri problemlərə qarşı isə sadəcə heysiz hal­

da  biganədir.  Bu  durumdan  daha  çox  şou­biznes  faydalandı  və 

əyləncənin yeni kommersiya üfüqləri açıldı. ANS­də 21 aprel 2006­

cı il “Amerikanın səsi” verilişində ABŞ həyatını göstərən süjetdə 

şou­biznes ulduzlarının siyasətçilərdən daha varlı olduğu barədə 

söylənən  informasiya  birincinin  böyük  gücünü,  auditoriyasını 

göstərmiş oldu. Bu gün şou­biznesin ən gəlirli sahəyə çevrilməsi 

məhz yuxarıda dediyimiz psixoloji vəziyyətlə bağlıdır. Televiziya­

nın rekreativ funksiyası və əyləncə modeli özünü yeni, qeyri­adi 

biçimlərdə  təzahür  etdirməklə  bütün  digər  sahələrdən  daha  çox 

inkişaf edib və yayımın böyük hissəsini öz nəzarətinə alıb.

Televiziya  yaradıcılığı  bu  situasiyada  iki  yol  ayrıcında  qala­

raq  ziyanlı,  lakin  baxımlı  və  faydalı,  ya  da  baxımsız  fəaliyyəti 

seçməlidir. Sonsuz informasiya axını insanı gərəkli yeniliklərdən 

də  imtina  etmək  həddinə  gətirib  çıxardığından  mədəni­maarif, 

sosial pedaqoji fəaliyyətə qarşı onda maraqsızlıq yaradır. Əyləncə 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə