TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə111/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   107   108   109   110   111   112   113   114   ...   171

264

rından verilən xəbərlərlə yanaşı həftəlik “Afişa”, tamaşaçıları milli 

kinomuzla bağlı bilgiləndirmək, həvəsləndirmək məqsədi daşıyan 

“Kinomüsabiqə”, sənət adamları barədə gəzən şayiələrə aydınlıq 

gətirən,  əyləncə  üzərində  qurulan  “Pıçhapıç”  rubrikası  və  onun 

aparıcısı  Dilarə  Əliyevanın,  həmçinin  xəbərçi  qarıların  maraqlı 

ifaları, kino yeniliklərini çatdıran “Qərib filmlər” rubrikaları mil­

li ruhda köklənərək ölkə tamaşaçısını mədəniyyət xəbərlərindən 

agah  edib,  onun  müasir  biçimdə  təbliğini  həyata  keçirirdi.  İlk 

ənənə kimi “Həftə çal­çağırı”nın gətirdiyi yeniliklər hazırda da bir 

çox verilişlərin yaradıcı həllində istifadə olunur. 

Artıq  cəsarətlə  demək  olar  ki,  infoteynment  özünün  səciyyəvi 

xüsusiyyətləri  ilə  teleyayım  işində  köklü  yer  tutmuş,  televiziya 

yaradıcılığının  tərkib  hissəsinə  çevrilmiş,  standartlarını  biçim­

ləndirərək  yeni  üslub  və  tərzlərə  meydan  açmışdır.  İnformasiya 

siyasətində ifadə vasitələrindən istifadə etməklə ictimai şüura təsir 

imkanlarını genişləndirmək, onu xəbərin əsarətində saxlamaq və 

məhz  bu  kanalı  seçdirmək  işində  infoteynmentin  sərhədsiz  im­

kanları yayımçılar tərəfindən məharətlə istifadə olunmağa başladı.     

E. Tofter, N. Qolyadkin, E. Denis, D. Merill və başqa tədqiqatçılar 

televiziyada və jurnalistikada bu faktları, onların təsir imkanları­

nı araşdıraraq, təsiretmə gücünü, təhlükəli cəhətlərini göstərməyə 

çalışmışlar.

İnfoteynment  süni  yaradıcılıq  metodu  deyil,  bilavasitə  tama­

şaçının  istəyinə  söykənən  axtarışın  nəticəsi  olduğu  üçün  onun 

geniş yayılması, yeni biçimlərlə təqdim olunması gerçəyi əks et­

dirir.  S.  Mixaylov  özünün  “Amerika  Birləşmiş  Ştatlarının  jurna­

listikası”  (287,  səh.  63)  kitabında  “Amerika  cəmiyyəti  ciddi  ma­

teriallardan  bezmişdi.  1970­ci  illərin  sosial  sorğuları  göstərdi  ki, 

“qəddar” xəbər artıq oxucuları maraqlandırmır” yazmaqla, infor­

masiya cəmiyyətində yayımçı bolluğu nisbətində xəbər azlığının 

törətdiyi təkrarçılığın kütləvi şəkildə marağı öldürdüyünü əyani 

göstərmiş  olur.  Azərbaycan  misalında  1990­cı  illərin  əvvəlində 

rəsmi mətbuat özünün “quru xəbərləri” ilə köşklərdə qaldığı hal­

da müstəqil qəzetlərin əldən­ələ gəzməsi oxşar situasiya yaratmış 

olduğunu  göstərdi.  1990­cı  illərin  ikinci  yarısında  ölkəmizdə  də 

artıq “qəddar” informasiyaya maraq azaldığından, çıxış yolları ax­

tarılmağa başlandı. Nəticədə sensasiya uğurunda savaş başlandı 

ki, bunun da infoteynmentin tərkib hissəsi olduğunu yuxarıdakı 

araşdırmalar göstərmişdir.

Marşall  Maklüen  “elektron  cəmiyyət”  barədə  yazarkən,  tele­

viziyanın  sosial­iqtisadi  sistemin  inkişafında  həlledici  rolunu 




265

göstərmiş,  onun  dünyanın  mənzərəsini  mozaik  şəkildə  yarat­

maqla,  mən tiqi  əlaqə  olmadan  bağlılıq  qurması  imkanlarını  önə 

çəkmiş və bunun insan şüuruna təsirini, siyasi problematik möv­

zudan uzaqlaşaraq adi məişət gerçəkliyinə meyil etmək marağını 

qabartmışdır.  Çağdaş  insan  toplumunda  sosial­siyasi  hadisələr, 

bəşəri  problemlər  tamaşaçı  üçün  maraqsız,  cansıxıcı,  ən  adi 

məişətlə bağlı məlumatsa mühüm görünməyə başlamışdır. Əsas 

səbəb kimi informasiya mühitinin biçimlənməsi və onun elektron 

kütləvi  kommunikasiya  vasitələrinin  hesabına  bu  mühiti  “da­

raltması” göstərilir. M. Kastelsin siyasi proseslərə bu halın təsiri 

barədə  fikirlərində  KİV­in  yaratdığı  görkün  əsasında  liderin  ya­

randığı,  uğur  qazandığı,  elektoratın  isə  əyləncəli  informasiyanın 

diktəsi  ilə  qərar  verən  tamaşaçıya  çevrildiyi  göstərilir.  Məhz  bu 

səbəbdən  siyasi  fikirlərin  təqdimatında,  liderlərin  nitqlərində, 

ümumiyyətlə, istənilən məq sədlə ünsiyyətdə tamaşaçı, onun ma­

raqları əsas götürülərək əy ləncəli, adi, məişətçi bir tərzdə xitab ic­

rası vacib olan vasitəyə çevrildi. ABŞ misalında təcrübəli siyasətçi, 

vitse­prezident,  radio­debatların  qalibi  Riçard  Niksonun  1960­

cı  ildə  teledebat  zamanı  rəqibi  Con  Kennediyə  onun  cəzbedici 

görkəmi,  televiziya­ünsiyyətindən  mə harətli  istifadəsi  hesabına 

məğlubiyyətinin  seçkilərin  nəticəsi nə  birbaşa  təsir  etməsi  fak­

tı  telelider  anlayışının  ciddiliyini  göstə rir.  Eynilə Azərbaycanda 

1992­ci  il  prezident  seçkilərində  namizəd  Nizami  Süleymano­

vun “çörəyin qiymətinin endiriləcəyi, əmək haqlarının qaldırıla­

cağı” barədə verdiyi vədlər, televiziyadan istifadə edərək ən adi 

problemləri həll edəcəyinə söz verməsi onu real gücə və seçkilərdə 

ikinci ən çox səs toplamış namizədə çevirdi. Ekran qarşısında du­

ran tamaşaçının verilən konkret vədə mücərrəd ümidlərdən daha 

çox  inanması  “elektron  cəmiyyətə”  xas  cəhətdir.  Siyasətçilər  bu 

cəhətdən  məharətlə  istifadə  edə  bildikdə  hamının  sevimlisinə 

çevrilə bilirlər. Fransada prezidentliyə namizəd Jak Şirakın, İtali­

yada parlament seçkilərində Berlüskoninin qələbəsində televiziya­

nın başlıca rol oynaması danılmaz gerçəklikdir. 

İnfoteynment  vasitəsilə  kütləvi  şüura  təsir,  onu  manipul­

yasiya  etmək  asanlaşdığından,  bir  çox  hallarda  bu  vasitədən 

döv  lət  təbliğatında  da  istifadə  olunmağa  başlanıldı.  Rusiyada 

“İto  qo”(NTV),  “Odnako”  (“Birinci”)  kimi  əyləncəli  publisis­

tik  teleşərhlərdə  ictimai  rəyə  birbaşa  təsir,  onu  müəyyən  səm tə 

yönəltmək  cəhdləri  açıq  duyulur.  Azərbaycanda  Orxan  Fik rə­

toğlunun  aparıcılığı  ilə  “Zorxana”  (ANS)  siyasi  prosesləri  n  sa ­

dələşdirilmiş  şəkildə  təqdimatına,  “Sitatın  sonu”  (“Lider”)  isə 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə