253
əməl etməklə, namizədin yuxarıda olan cəhətlərə cavab verməyən
nöqsanlarını gizlətmək olar.
Üçüncü cəhət, professor Qoldhaberin fikrincə, namizədin au
ditoriya ilə, tamaşaçı ilə fikir, məqsəd yaxınlığıdır. Bu, sözsüz ki,
cəmiyyətin qəbul etdiyi prinsiplərə sadiqlik və yeniliyi nəsə qeyri
müəyyən sahələrdə tətbiq təklifi deməkdir. Bu zaman namizəd,
tamaşaçının onunla həmfikir olmasını düşünməsi üçün kamera
qarşısında qətiyyətlə, nitqini qırmamaqla, sərrast danışmalıdır.
İstənilən mızıldama və göz yayınması, “ilişmələr”, oynayan ba
xışlar, əsəbiliyi, inamsızlığı göstərən jestlər və qabarıq mimikalar
tamaşaçını namizəddən, eləcə də onun fikirlərindən uzaqlaşdırar.
Canlı yayım vaxtı namizədin nümayəndəsi bu məsələyə xüsusi fi
kir verməlidir ki, onun lazımsız hərəkətini tamaşaçılar görməsin.
Dördüncü cəhət kimi təqdim olunan hərəkət – qətiyyət, cəsarət
və iradə yuxarıda qeyd etdiyimiz keyfiyyətlərdə göstərilib. Ekran
qarşısında namizədin inamlı görünməsi vacibdir. Bir çox hallarda
siyasətçilər kamera qarşısında, böyük işıqların altında gərginliyə
düşür və nəticədə özlərini itirirlər ki, bu da namizədin cəsarətsiz
nitqinə və inamsız hərəkətlərinə rəvac verir. Belə bir imic isə na
mizəd üçün böyük uğursuzluqdur. Əksinə, namizəd kameraya se
çici kimi baxmaqla, iradəni və cəsarəti əks etdirən jestlərdən daha
çox istifadə etməlidir.
Sonuncu, beşinci cəhət özlüyündə yuxarıdakıların məntiqi nə
ticəsi kimi ustalıq – televiziya ifadə vasitələrindən effektiv isti
fadəni əks etdirir. “Namizəd hər zaman göz önündə olmağı ba
carmalıdır” məntiqi ilə baxsaq, televiziya bunun üçün ən gö zəl
vasitədir. Na mizəd eyni bir vaxtda milyonlarla insana mü ra ciət
etmək imkanı qazanır. Lakin bu müraciət təkcə sözlərlə kifa yət
lənməməli, eyni zamanda, müvafiq görüntü, yəni vizual effekt ya
ratmaqla, onu tamamlamalıdır. Ən xırda mimikanı belə göstərmək
iqtidarında olan kameranın bu imkanından məharətlə istifadə
edərək, “nur” bəxş etməklə seçiciyə təsir etməyi bacarmaq lazım
dır. Yalnız bundan sonra teleçıxışın uğurundan danışmaq olar.
2003cü il prezident seçkilərində namizədlərin teleçıxışlarını
təhlil etdikdə bir sıra sırf televiziya peşəkarlığından irəli gələn
və həmçinin namizədlərin təcrübəsizliyindən doğan ciddi nöq
sanlar qeyd olunmalıdır. Məsələn, prezidentliyə namizəd Ha
fiz Hacıyevin teleçıxışında olduqca böyük qüsurlar nəzərə çar
pırdı: düzgün fonun seçilməməsi nəticəsində namizədin arxa
tərəfində olan divardakı qüsurlar nəzərdən qaçmırdı; işıqların
düzgün qurulmaması nəticəsində sifətində və başında lazımsız
254
kölgələr və qaranlıq kadrı “çirkli” edirdi; kameranın düzgün ra
kurs seçməməsi və “yaxınagetmənin” olduqca yaxın məsafədən
olması namizədin sifətini daha dolu, özünü isə olduğundan kök
göstərirdi; oturarkən kostyumunun əzilməsi və lazımsız qırışlar
cazibəli görkəmi dağıdaraq, tamaşaçını ekran qarşısından itə
ləyirdi; namizədin danışarkən əlini birbirinə sıxaraq barmaqlarını
birbirinə keçirməsi “müdafiə” mövqeyi yaratmaqla tamaşaçıda
onun özünə qarşı olan inamsızlığını, qətiyyətsizliyini aydın tərzdə
göstərirdi; aramsız telefon zənginin səsi isə, ümumiyyətlə, tama
şaçının fikrini yayındırırdı. Bununla da Hafiz Hacıyev Amerikalı
professor Qoldhaberin müəyyən etdiyi beş əsas cəhətləri pozmuş
oldu. Sonrakı çıxışlarında deyilən qüsurların qismən aradan qalx
ması və daha çox radikal müstəvidə çıxışını quran Hafiz Hacıyev
konkretləşmiş hadisələri dəfələrlə təkrarlaması ilə tamaşaçıların
yadında qala bildi.
Prezidentliyə digər namizəd Lalə Şövkət studiya çıxışından im
tina edərək görüşlərin video çarxını göstərməklə, əslində, uğurlu
tapıntı etmiş oldu. Lakin çəkilişlərin qeyripeşəkarlığı, operato
run düzgün olmayan rakursları təsir effektini azaldırdı. Həmçinin
həddən ziyadə bahalı və nəzərə çarpan geyimlə, zinət əşyalarını
taxaraq qaçqınlarla görüşə gedən Lalə Şövkət lazımsız təzadın
ekrana gəlməsinə imkan verdi. Yuxarıda qeyd olunan “bizlərdən
biri” obrazının əksinə olaraq “qəhrəman” obrazını seçən namizəd
olduqca böyük səhv addım atdı. Çünki qadın siyasətçi daha
çox gözəlliyi, ailəcanlılığı və mərhəməti ilə nüfuz qazana bilər.
Qəhrəmanlıq obrazı sadə tamaşaçıda heç vaxt qadınla assosiasi
ya etmir. Ona görə də namizədin bu cür imici tamaşaçıda yalnız
təbəssüm yaratmış olur. Bütün bu amillər onun reytinqinə öldü
rücü təsir etdi.
Lalə Şövkətin studiya çıxışlarında saysız “yanıbsönmə”lərin
olması 10 dəqiqəlik nitqin bir neçə dəfə montaj olunduğunu
göstərən amildir. Bu cür çıxışlarda montajın yolverilməzliyini və
onun tamaşaçıda namizədin natiqlik qabiliyyətinə şübhə yaratdı
ğını nəzərə alıb deməliyik ki bu, Lalə Şövkətin teletəşviqat işini
zəiflətmiş oldu.
Qüdrət Həsənquliyev siyasi səhnəyə yenicə qədəm qoysa da,
onun iddiaları maraq doğurub. Lakin prezident seçkilərində onun
teleçıxışlarında yaranan obraz tam fərqli fikir söyləməyə imkan ve
rir. Kamera qarşısında həddən artıq həyəcanlanan Q. Həsənquliyev
gərgin idi və bu gərginlikdə olduqca sıxılmış vəziyyətdə durmuş
255
du. Onun baxışlarında və mimikasında duyulan gərginlik qə
tiyyətsizlik və inamsızlıq rəyini yaratdı.
Ümumiyyətlə, AzTV namizədlərə qarşı olduqca qeyripeşəkar
və bir az da qeyriciddi yanaşmanı göstərmiş oldu. Belə ki, seçilmiş
göy fon göz yorğunluğu və soyuq, yorucu atmosfer yaratmaqla
bərabər, namizədlərin görkəminə də mənfi təsir edirdi. Üstəgəl də
işıq quruluşunun qeyripeşəkar olması olduqca cansıxıcı bir əhval
yaratmış olurdu. Bu isə namizədin çıxış təsirini yarıbayarı azaltmış
olurdu. Bu baxımdan istər rejissor işi, istər işıq işi, istərsə də opera
tor işi ciddi tənqid olunmalıdır. Bir çox hallarda fərdin siyasətçiyə
münasibəti kadrın quruluşuna təsir edir ki, bu da yekunda tele
çıxışın uğursuzluğuna və ya namizədin uğursuz telegörünüşünə
yol açır. Bəzən adicə kamera hündürlüyünün düzgün seçilməməsi
insanın çirkin görüntüsünə imkan verir. Ona görə də quruluşçu
operator və efir rejissoru özlərinin peşə məsuliyyətini dəqiq an
lamalı, bu cür neqativ məqamlara yol verməməlidirlər. Lakin
2003cü il prezident seçkiləri deyilənin əksini göstərdi. Namizəd
Etibar Məmmədovun teleçıxışında kameranın olduqca yuxarıdan
(kameranın boyu insan boyundan hündür olduqda görünüş bu
cağı dəyişir və real görünüşlə obyektiv görünüşü mənfiyə doğru
dəyişir) qoyuluşu onun şişkin və kiçilmiş tərzdə görünməsinə
səbəb oldu ki, bu da nə peşə etikasına, nə də prezidentliyə
namizədə qarşı münasibətə uyğun gəlirdi. Digər tərəfdən, işığın
düzgün qurulmaması həm namizədə mane olur, həm də onun
üzündə lazımsız kölgə – çöküntülərin yaranmasına səbəb olurdu.
E. Məmmədovun üzünə tuşlanan işıq onun danışarkən gözünü
qıymasına səbəb olurdu. Bu isə siyasətçinin seçici ilə “gözgözə
rabitə”sini dağıdır və onun nitqini maraqsız edir. Həmçinin Eti
bar Məmmədovun özündə olan daxili gərginlik və həyəcandan
doğan təngnəfəslik nitqi yorucu, maraqsız edirdi. Bir neçə seç
ki və teleçıxış təcrübəsi qazanmış E. Məmmədovun jestlərinə
gəldikdə, onların ifadəli olmasını və nitqlə uzlaşmış tərzdə yerinə
yetirilməsini qeyd etmək lazımdır. Onun ən böyük uğursuzluğu
nitqlərin birində ən elementar rəqəmləri tələffüz edə bilməyərək,
ölçü vahidlərini çaşbaş salması oldu.
İsa Qəmbərin teleçıxışında da çəkilişlə bağlı problemlər nəzərə
çarpsa da, onun nitqindəki temp bu qüsurları bir o qədər də qa
bartmadı.
Teleçıxışda videoçəkilişdən istifadə edən Sabir Rüstəmxanlı
da ha inamlı görünürdü. İşıq və görüntü həllinin kifayət qədər
peşəkarlıqla qurulması çıxışın plastik həllini effektiv etdi. Çıxış
Dostları ilə paylaş: |