246
fəaliyyətdə mühüm yer tutmaqla, xalqın idarəçilik sistemindən
xəbərdar olmasında böyük rol oynayır.
Danışıq tamaşası mənasını bildirən aktual mövzuları çözüm
ob yektinə çevirən tokşoular da sosialpedaqoji funksiyanın tə
cəssümündə əhəmiyyətli yer tutur. Ekspertlərin və tamaşaçıların
canlı ünsiyyəti ilə müəyyən mövzu ətrafında bilgilərin verilməsi
və gerçəyin ortaya çıxarılması, tərəflərin ziddiyyətli fikirləri he
sabına tamaşaçı marağının cəmləşdirilməsi tokşounu digər
analitik proqramlardan fərqləndirən cəhətdir. “TVdə də janrın
birinci əlaməti kimi yüngül danışıq, aparıcının artistizmi və ta
maşaçıların mütləq iştirakı” (238, səh. 117) nəzərdə tutulur. Ta
maşaçı tokşouda, əslində, xalqın bir hissəsi kimi iştirak edərək
mövzu ilə bağlı fəal müdaxilə, münasibət hesabına şounun gedi
şatını tənzimləyir. Məhz tamaşaçı iştirakı mövzu seçiminin aktual
olmasını tələb edir. Dəvət olunan qonaqların da, məhz bu möv
zu ilə bağlılığı vacib bir şərtdir, “əks halda problemə aid olmayan
lüzumsuz nəsihətlər və iddialı əxlaq dərsləri tamaşaçıya əkstəsir
göstərərək onu hövsələdən çıxarar” (23, səh. 138). Tokşouda apa
rıcının mövzuya bələd olması, zaldakı əhvalı düzgün yönəltməsi
olduqca mühüm şərtdir. Əyləncəli tokşoulardan fərqli olaraq ana
litik, siyasi şouların aparıcısı – moderator mövzunun itməməsi,
danışanların mübahisə predmetindən uzaqlaşmasının qarşısını al
maqla hamıya bərabər sözün verilməsini tənzimləyir, mövzunun
genişlənməsinə, emosiyaların qızışmasına çalışır və heç bir tərəfin
mövqeyini müdafiə etmədən cəld reaksiya, itizəkalılıq, xoş məram
nümayiş etdirir. Bir çox hallarda canlı yayımlanan tokşoular stu
diya rejissurasının tələbləri çərçivəsində qarşıya düzgün canlı ke
çidmontaj, bir neçə kamera ilə iş, işıq və rəng tərtibatının şounun
konsepsiyasına uyuşarlığını təmin etmə kimi vəzifələr qoyur.
Azərbaycan teleməkanında “Ən yeni tarix”, “Ötən həftə” (ANS),
“Bu bizik” (“Space”) kimi tokşoular mühüm əhəmiyyət kəsb
edə rək tarixi faktların, siyasi situasiyaların çözülməsi yolu ilə ta
ma şaçıların siyasi maariflənməsində mühüm rol oynamışlar.
Təəssüflə de məliyik ki, bu tipli tokşoular ölkə teleməkanında
bir o qədər də çox deyil və onun əhəmiyyətini nəzərə alsaq, geniş
təcəssüm olunmasının vacib bir şərt kimi telekanalların qarşısında
durduğunu xüsusilə vurğulamalıyıq.
Azərbaycan televiziyasında sosialpedaqoji funksiyanın tə cəs
sümündən danışarkən 1956–1991ci illəri əhatə edən dönə m də bu
fəaliyyətin kommunist ideologiyasının təbliği isti qamə tin də qurul
duğu və totalitar rejimlərə xas üsullarla aparılması ger çək liyi üzə
247
çıxır. Müstəqillik əldə edən dövlətimizin telekanalla rı tərəfindən
sosialpedaqoji funksiyanın sərbəst, demokratik cə miyyətlərə xas
tərzdə aparılması olduqca əhəmiyyətli, ictimai şüurun yüksəlməsi,
hakimiyyətə xalq nəzarətinin həyata keçirilməsi, ictimai rəyin
verilməsi baxımından vacib hadisədir. Tabeçilik formasından ası
lı olmayaraq dövlət, ictimai və kommersiya kanalları bu məsələni
fəaliyyətlərinin prioritet istiqaməti kimi müəyyən etməlidirlər.
Televiziyanın sosialpedaqoji fəaliyyəti analitik şərh, icmal ve
rilişləri, hərbivətənpərvərlik proqramları, analitik mahiyyət da
şıyan tokşou və ölkənin siyasi həyatının işıqlandırılması ilə bit
məyərək, müəyyən ideoloji əhəmiyyət daşıyan təbliğat verilişləri,
sosial reklamlarla davam etdirilir.
Televiziyada analitik proqramlar da mühüm yer tutur. Anali
tik proqramlar televiziya jurnalistikasının janrı olaraq müxtəlif
sahələri əhatə etməklə cəmiyyətin maraq dairəsinə aid olan in
sanları narahat edən məsələlər ətrafında peşəkarlıqla verilən iza
hat, bir və ya bir neçə mütəxəssisin iştirakı ilə diskussiya, söhbət,
həmçinin fərqli düşünənlərlə qurulan söhbətoyun formasında
olan veriliş, şou şəklində təzahür edir. Analitik publisistika jurna
listikanın sahəsi olmaqla, televiziyanın sosialpedaqoji funksiyası
nın icrasında olduqca əhəmiyyətli və başlıca yeri tutur.
Analitik publisistikanın şərh, icmal, analitik söhbət, diskussiya
kimi müxtəlif janrlarında çalışan peşəkar jurnalistlər, şərhçilər,
icmalçılar, moderatorlar, aparıcılar, şoumenlər – tamaşaçılar ara
sında özünün sözü, fikirləri ilə seçilən, inam qazanan, hadisələrə
münasibətdə obyetkiv mövqedən çıxış edən insanlar, cəmiyyətin
siyasi cəhətdən ma ariflənməsində əhəmiyyətli işlər görüblər. Janr
lar və jurnalistikanın peşəkar tələbləri jurnalistikanın tədqiqat
predmeti olduğundan, biz analitik proqramların ekran təcəssümü,
oradakı yaradıcı iş, rejissor, operator, rəssam və digər peşə
sahiblərinin sənətkarlıq imkanları hesabına tamaşaçıda görünüş
zövqü yaradan, onun siyasi maariflənməsinə stimul verən görüntü
kamilliyi və digər televiziya yaradıcılığı problemlərini açıqlamaq
la, kanalların sosialpedaqoji funksiyasının tərkib hissəsi kimi ana
litik məlumatlandırma işinin icra mənzərəsinə nəzər yetirəcəyik.
Azərbaycan televiziyasının sovet dönəmində analitik verilişlər
partiyanın irəli sürdüyü proqrama uyğun şəkildə hazırlanır və
ideoloji yük daşıyaraq, sovet vətəndaşının siyasi ayıqlığını artır
maq məqsədini qarşıya qoyurdu. Azərbaycan televiziyasında “Pla
netimizin mən zərəsi”, “Dünyada bu gün”, “Qitələr və hadisələr”,
“Mən, sən və zaman”, “Sovet həyat tərzi”, “Kommunistlərin su