TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə100/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   96   97   98   99   100   101   102   103   ...   171

236

özündə birləşdirib, onların cəmiyyətə hazırlanmasında və mənəvi 

dəyərlərə  münasibətlərinin  biçimlənməsində  mühüm  rolu  oyna­

malıdır. İnkişafda olan uşağın şəxsiyyət kimi biçimlənməsi təkcə 

məktəb və ailə mühitində deyil, həm də evin ayrılmaz hissəsinə 

çevrilmiş televizorun təsiri ilə baş verir və bu da televiziyanın qar­

şısında uşağın maraqlarını əhatə edə biləcək əyləncəli, intellektual 

verilişlərin efirdə yer almasını özünün bütün mahiyyəti ilə qoyur.

Tədris təkcə gənc nəslin biçimlənməsi və ya müəyyən elmi və adi 

biliklərin alınması ilə başa çatmayaraq, həmçinin bütün tamaşaçı­

ların müəyyən sahələr üzrə konkret, ayrı­ayrı sahələr üzrə əhatəli 

bilgiləri almaq, yeniliklərlə tanış olmaq və nailiyyətlərdən xəbərdar 

olmaq istəyini ödəməklə də özünün ictimai əhəmiyyətliliyini sax­

layır. Mövzu etibarı ilə fərqli sahələri əhatə edən belə proqramlar 

gündəlik məişət mövzularını: mətbəx, intim həyat, kosmetika, saç 

düzümü, evin dizaynı, tərbiyə metodları;  elmi bilikləri: coğrafi­

ya, dil öyrətimi, astronomiya, astrologiya, fizika və digər sahələri 

tamaşaçılara  çatdırmaqla  onları  öyrədir.  Mədəni­maarif  funksi­

yasından  fərqli  olaraq,  tədris  tamaşaçını  mükəmməl  qaydalara   

öyrədir, ona elmi biliklər sistemini və adi qaydaları təlqin edir. Bu 

baxımdan mədəni­maarif funksiyası ilə televiziyanın tədris funk­

siyasını eyniləşdirmək qeyri­elmi yanaşma olar və burada köklü 

şəkildə fərq onların hər birinə fərdi yanaşmanı mühüm vəzifə kimi 

telekanalların qarşısına qoyur.



3.7 Televiziya rekreativ işin təşkilatçısı kimi

Rekreativ  funksiya  (latın  dilində  rekreasiya  –  bərpa)  insanın 

əy ləncəli  verilişlər,  filmlər  vasitəsilə  asudə  vaxtını  səmərəli  ke­

çirməsi və istirahətini mənalı qurmasına yönələn mühüm ictimai 

fəaliyyət  kimi  teleyayımın  qarşısında  durur.  Rekreativ  fə aliyyət 

insanın əməkdən, sosial fəaliyyətdən sonra enerjisinin bərpasını, 

onun  əhvalının  yüksəldilməsini,  asudə  vaxtının  maraqlı  ke­

çirilməsini özündə ehtiva edərək incəsənətin hedonik funksiyası 

ilə  eyniləşir.  “Bədii  yaradıcılıq  təsvirəgəlməz  bir  cazibədarlıqla 

doludur; o, adamlar üçün həyat haqqında həqiqətlər əldə edir, on­

lara sevinclərin ən böyüyünü – gözəlliyi dərk etməyin və ondan 

həzz almağın sevincini bəxş edir” (120, səh. 141) fikri televiziyanın 

tamaşaçı üçün bəxş etdiyi oyun prinsipində (burada oyun esteti­

kada olduğu kimi “sərbəstlik”, “şadlanma” və s. mənada işlənir) 

əyləncə  və  qüvvələrin  bərpasına  yönəlmiş  fəaliyyətində  özünü 

tamlıqla  doğruldur.  Televiziyanın  bədii  yaradıcılıq  imkanları  in­

sanların şüurlarına təsir edərək onların estetik zövqünün artırıl­



237

masına, əhvalının dəyişməsinə və qüvvəsinin bərpasına təsir edən 

güclü bir vasitə kimi  həyatın gözəlliyinin dərkinə yönələrək, este­

tikanın funksiyasını da yerinə yetirmiş olur. 

Tamaşaçıların  ekran  qarşısında  keçirdikləri  vaxt  ərzində  qüv­

vələrinin  bərpasına,  əhvallarının  xoş  olmasına  xidmət  edən  rek­

reativlik, bilavasitə geniş mənada əyləncə xarakteri daşıyır. “Əsl 

sənət insanı düşündürməklə yanaşı, mütləq əyləncə elementinə də 

malik olmalıdır” (23, səh. 148) fikri ilə razılaşsaq, televiziyanın da 

digər funksiyaları arasında, məhz asudə vaxtın səmərəli təşkilinə 

yönəlmiş rekreativ funksiyasının sosial­mədəni əhəmiyyətini an­

lamış olarıq. 

Formasından asılı olmayaraq, əməklə məşğul olan insanın əsəb 

və fiziki yorğunluq keçirməsi gerçəkliyi və bunun aradan qaldırıl­

ması istiqamətində fəaliyyəti öyrənilmiş sahədir. Bəllidir ki, həm 

gündəlik  əməkdən  yorğunluq,  həm  də  informasiyalı  cəmiyyətin 

yaratdığı  stress  vəziyyəti  “baş  beynin  ali  şöbəsi  olan  böyük 

yarımkürələrin  üzərini  örtən  qabıq  nahiyəsinə  toxunur”  və  bu­

nunla da yarımkürələrin iş qabiliyyəti azalır. Yorğunluğun aradan 

qaldırılması üçün ən yaxşı üsul kimi “yorğun orqanların istirahəti 

deyil, digər orqanların işləməsi ilə bağlı istirahətdir” (42, səh. 297) 

ki, bunu haqlı olaraq fəal istirahət adlandırırlar. Mədəni istirahət 

fizioloji dincəlişi təmin etməklə bərabər, “gündəlik həyat tərzinin 

neqativ  tərəflərinin  kompensasiya  və  neytral  edilməsi,  monoton 

elementlərin dəişdirilməsinə” (42, səh. 298) imkan yaradır. İnsanın 

düşdüyü stresli vəziyyətdən çıxaraq bərpası, həmişəki ab­havadan 

ayrılıb başqa aləmə düşərək yüngülləşmək və əylənməklə bağlı­

dır. Bunun üçün müxtəlif əyləncə və istirahət mərkəzlərini möv­

cud  olmasına  baxmayaraq,  insanın  hər  gün  bu  dincəlişi  almağa 

olan ehtiyacını nəzərə alaraq bu cür müəssisələrin fəaliyyətindən 

gündəlik istifadənin əlavə maliyyə xərcləri tələb etməsi üzündən 

televizor bu funksiyanı tamlıqla öz üzərinə götürmüşdür. TV­nin 

rekreativ­əyləncəli  fəaliyyəti  onu  izləyən  tamaşaçının  psixoloji 

durumunu, əhvalını yüksəldərək, onun qüvvəsinin bərpasında ol­

duqca fəal şəkildə, müxtəlif formalarla iştirak etmək gücünə malik 

böyük vasitədir.   

Televiziyanın  ilkin  təşəkkül  dönəmindən  onun  üzərinə  düşən 

sosial  vəzifənin  icrası  yolları  axtarıldı  və  bu  baxımdan  sənət 

nümunələrinin  yayımı,  konsert  layihələrinin  göstərilməsi  rek­

reativ  funksiyanın  icrası  üçün  əlverişli  oldu.  Televiziyada  olan 

yayım  vaxtının  doldurulması  və  səmərəlilik  üçün  indiki  anlam­

da  verilişlərin  azlığı  səbəbindən  yaranışın  ilk  dönəmində  məhz 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə