TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə97/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   93   94   95   96   97   98   99   100   ...   171

228

azaltmağa doğru addım atmalıdır. Bir çox hallarda dəvət olunmuş 

peşəkarların və ya məmurların yorucu, terminologiyalarla zəngin, 

kütləvi tamaşaçı qavramasına yönəlməmiş söhbəti seyrçinin mara­

ğını azaltmaqla, onun kanal dəyişiminə rəvac verir. Bu cəhətlərin 

aradan qaldırılması yoluyla, daha dinamik, bir­birinə üzvi qayda­

da bağlanan blokların mənaca və formaca baxımlı qurulması ilə 

tamaşaçı marağına səbəb olmaq olar. Məhz proqramın kütləviliyi 

və  dinamikası  inteqrativ  funksiyanın  icrasını  uğurla  həyata 

keçirməyə imkan verə bilər.

“Space” kanalında həftənin iş günləri “Sabah”, şənbə və bazar 

günləri  “Günaydın”  bədii­publisistik  proqramları  saat  9.00­dan 

11.00­a qədər tamaşaçılarla görüşə gəlir. Efirə çıxma saatının ar­

tıq  səhər  proqramına  uyğunsuzluğunu  qeyd  etməklə,  onun  jan­

rında  özünə  yer  almış  bədii­publisistik  formanın  doğru  olmadı­

ğını  söyləməliyik.  Yuxarıda  səhər  proqramlarına  aid  tamaşaçı 

tələblərinin mahiyyətini çözərkən, onun səhər informasiya almaq 

və qismən də günü xoş əhvalla kökləmək üçün musiqi nömrələrini 

dinləmək istəyində olduğunu qeyd etmişdik. Bu baxımdan bədii 

publisistika  burada  yersiz  və  lazımsızdır.  Səhər  efiri  publisistik 

araşdırmalara və ya bədii yük daşıyan proqramlara uyğun deyil. 

Bu barədə Ey­Bi­Si kanalının “Bu gün” proqramının sabiq prodü­

serinin fikirlərini öz kitabında əsas gətirən Elşad Quliyev yazır “…

Stiv Fridmen üç əsas fikir irəli sürür: proqram tamaşaçı hələ yu­

xuda olarkən baş verən bütün hadisələrdən bəhs etməlidir, danı­

şıq formasında aparılmalıdır, nikbin süjetləri və gündəlik həyatda 

tamaşaçılara  fayda  verə  biləcək  zəngin  informasiyası  olmalıdır” 

(51,  səh.  253).  Mövzunu  davam  etdirən  teletənqidçi  səhər  proq­

ramlarında  italyanların  və  ispanların  faydalı  məsləhətlərə,  fran­

sızların cizgi filmlərinə, Britaniya və ABŞ tamaşaçılarının isə hava 

durumu, yollarda hərəkət, idman və digər yerli xəbərlərə üstün­

lük verdiklərini deyir. Lakin proqramlarda özünü bu cür adlan­

dıran “Sabah”ın yaradıcı heyəti informasiyalara, mövzu ətrafında 

qonaqların dəvət olunmasına və musiqiyə yer verməklə, əslində, 

deyilən  standartlarla  işləyir.  Deməli,  proqramlarda  təyinatı 

bildirən “bədii publisistik proqram” ifadəsi “Sabah”a uyğun deyil 

və qeyri­dəqiqdir. 

Proqramın  yaradıcı  cəhətlərini  şərh  edərkən  onun  bitkin  kon­

sepsiyadan  çıxış  etmədiyini  və  xaotizmin  özünə  yer  aldığını 

qeyd  etməliyik.  Proqramda  “Ordan­burdan”  rubrikası  dünya­

da  baş  verən  maraqlı  hadisələrin  təqdimatına  həsr  olunsa  da, 

əslində  təkrar  kadrlardan  və  filmlərdən  ibarət  yorucu  görüntü­




229

nün  üzərində  qurulan  uzun­uzadı  mətn  tamaşaçını  üzməkdən 

başqa heç bir funksiya daşımır. “Xəbər var” rubrikasında ölkənin 

mədəni həyatını əks etdirən informasiyalar maraqlı olsa da, bura­

da jurnalist peşəkarlığının olmaması sözçülükdən uzağa getməyən 

süjetlərin efirə çıxmasına gətirib çıxarır. 

“Sabah”  proqramında  iki  saat  ərzində  həddən  çox  qonaqların 

gəlməsi  və  onlarla  gündəmlə  uzlaşmayan  söhbətlərin  aparılma­

sı tempi öldürməklə, səhər efirinə lazımsız yoruculuq gətirir. Bu 

yoruculuq  səhər  işə  və  dərsə  gedən  tamaşaçı  üçün  olduqca  pis 

təsir  edən  amildir  və  tezliklə  uzaqlaşdırılmalıdır.  Elşad  Quliyev 

“Sabah”ın  qonaqla  çox  yüklənməsinə  diqqət  yetirərək,  onu  belə 

qiymətləndirir: “Biz belə qonaqpərvərliyin əleyhinə deyilik, lakin 

unutmaq olmaz ki, səhər tezdən hər qonaq tamaşaçıya xoş olmaya 

bilər, həm də bizdə efir üçün maraqlı olan adamlar bir o qədər də 

çox deyil” (252, səh. 31). Qonaqların efirdə yaratdığı sözçülük ta­

maşaçıda mənfi emosiyanın yaranmasına imkan verməklə bərabər, 

aparıcıların qeyri­peşəkar söhbət maneraları onda ekrandan uzaq­

laşmaq və ya kanalı dəyişmək vərdişini biçimləndirir. “Sabah”ın 

rejissor  işində  olan  qüsurlar,  həmçinin  görüntü  həllinin  bədii 

elementlərlə, yenilikçiliklə zəngin olmaması və yuxarıda deyilən 

səbəblər onun  inteqrativ  funksiyasını  azaldır,  kanalın  işinə xələl 

gətirir.

İstirahət günlərində efirə çıxan “Günaydın” proqramı da yuxa­

rıda deyilən qüsurlarla zəngindir. Burada da düzgün tapılmayan 

dramaturji  model,  aparıcı  qüsurları,  səhər  ovqatını  yüksəldəcək 

elementlərdən fərqli yorucu süjetlər istirahət gününün səhərində 

tamaşaçıya verilməli olan müsbət təsiri azaldırdı. Proqramın yara­

dıcı işində, bədii həllində olan böyük qüsurlar onun efir məkanında 

yerini zəiflətmiş olurdu. “Space”in inteqrativ funksiyasının icrası­

nı öz üzərinə götürən səhər proqramlarının təkmilləşməsinə cid­

di ehtiyac var idi, tədricən buna doğru addımlar atıldı. Bu, istər 

ictimai sahədə, istərsə də kanalın yaradıcı siyasətində böyük yer 

tutan amil olduğundan, bu işə daha diqqətlə yanaşılması kanalın 

üzərinə düşən başlıca vəzifədir.

“Lider”  TV­nin  səhər  efiri  saat  8.00­dan  11.00­a  qədər  davam 

edən, 2001­ci ilin sentyabrından efirə gedən və 2003­cü ilin sent­

yabrından efiri tərk edən “Tezdən oyan” və onun varisi “Sabahın 

xeyir, Vətən!” proqramlarıdır. 

“Tezdən oyan” proqramının dramaturji strukturunun qeyri­ka­

milliyi,  konsepsiyasının  bəlli  olmaması  və  üç  aparıcının  özünü 

doğrultmayan format kimi efirə artıqlıq gətirməsi, onların lazım­




230

sız  sərbəstliklə  müşayiət  olunan  davranışları,  qonaqla  məntiqsiz 

söhbətləri kimi ciddi qüsurları üzə çıxartdı. “Sabahın xeyir, Vətən” 

proqramı isə daha peşəkarlıqla, zövqlə qurulan proqram idi. Bu­

rada  aparıcı  obrazı  xoş,  məhrəm  söhbət  quran,  ünsiyyət  yarat­

maq istəyən şəxs kimi tamaşaçıda müsbət emosiyanın yaranma­

sına  imkan  verirdi.  Zövqlə  bəzədilmiş  studiyada  rəng  çalarının 

gözəgəlimliliyi, canlı musiqinin iştirakı, müğənnilərin canlı ifasına 

imkan  verən  səhnə  və  bütövlükdə  estetik  cəhətdən  özünü  doğ­

ruldan forma təqdirəlayiqdir. Doğrudur, bir çox hallarda qonaq­

ların  çoxluğu  və  rubrikaların  azlığı  yoruculuq  gətirsə  də,  hesab 

edirik ki, yenicə efirə vəsiqə alan proqramda yeniliklər özünə yer 

ala bildi. Lider kanalının bu sahədə uğurunu qeyd edərək, onun 

efirində inteqrativ funksiyanın yaradıcı cəhətdən kamil, mövzu və 

əhatəliliyinə görə geniş proqramla icrası işinin təkmilləşməsini va­

cib sayırıq. Bu, respublikanın hər yerində yayımlanan kanal üçün 

vacib və zəruri addımdır.

ATV  kanalında  səhər  efirində  özünə  yer  alan  “Saboun  xe­

yir” verilişi musiqili verilişlərə aid olduğundan, onun inteqrativ 

funksiya daşıdığını söyləmək olmaz. Bu verilişi efirdə əvəzləyən 

“Bizim  səhər”də  müxtəlif  mövzulu  süjetlər  özünə  yer  alsa  da, 

forma  və  məzmun  etibarı  ilə  sələfinə  bənzədiyindən  və  kliplərə 

keçidlər,  telefon  zənglərinə  cavab,  məktubların  oxunması  ilə 

kifayətləndiyindən,  onu  da  inteqrativ  funksiyanın  standartları­

na aid etmək mümkün deyildi. Ona görə də bu funksiyanın ATV 

kanalında  ümumiyyətlə  mövcud  olmadığını  önə  çəkərək,  ciddi 

addımların  atılmasını  zəruri  idi.  Tezliklə  kanal  özünün  yaradı­

cı  istiqamətində  dəyişiklik  etdi  və  inteqrativ  proqramların  sayı­

nı artırdı. Əyləncəyə böyük yer verən kanal bu cəhəti diqqətdən 

uzaq tutmayıb, ictimai­siyasi əhəmiyyət daşıyan, bütün təbəqələri, 

maraqları  özündə  birləşdirən  mərkəzçi  bir  verilişin  ekranda 

görünməsinə çalışaraq verilişin məzmununda keyfiyyət sıçrayışı­

na nail ola bilmişdir. Kanalın ictimai vəzifəsi vacib və mütləq amil 

kimi  ortaya  çıxan  məsələ  olaraq,  tamaşaçıların  mənəv­psixoloji 

baryerləri aşaraq, ən azı, bir ailə çərçivəsində ekran qarşısına top­

laşmasına imkan vermək üçün “Bizim səhər”də müxtəlif səpkili 

mövzular ətrafında müzakirələr təşkil etməklə yeniləşməni təmin 

edən  yaradıcı  heyət,  yeni  rubrikalarla  seyrçinin  marağına  səbəb 

ola bilmişdir. Zaur Baxşəliyev və Nanə Ağamalıyevanın aparıcı­

lığı ilə veriliş dolğunluğu ilə seçilirdi. Zaur Baxşəliyev daxili plas­

tikası,  çevikliyi,  münasibəti  və  reaksiyası  ilə  seçilib,  səhər­səhər 

əhvalı kökləyərək seyrçidə xoş təəssüratın yaranmasına can atırdı. 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə