TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə99/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   95   96   97   98   99   100   101   102   ...   171

233

özünəməxsus çəkisini saxlamaqdadır. Təəssüflə deməliyik ki, bir 

çox  tədqiqatçılar  tədris  funksiyasını  maarifçiliklə  eyniləşdirmək 

və bunun daxilində çözülməsinə cəhd etmişlər ki, bu da bir qədər 

dəqiq olmayan bölgü kimi bu sahənin düzgün araşdırılmasına im­

kan verməmişdir. 

Dünya  miqyasında  tədris  funksiyası  özünün  dərin  köklərini 

salmaqla,  ölkələrin təhsil sistemində fəal iştirakları ilə mürəkkəb 

tədris mərhələsini yerinə yetirmiş olur. Teledərslər, teleməktəblər 

və teleuniversitetlər təkcə televizorla təhsil verməklə işini bitmiş 

saymayaraq, imtahanlar quraraq dinləyicilərə müvafiq diplomlar 

da  verməklə,  dövlət  təhsil  siyasətinin  həyata  keçirilməsində  fəal 

iştirak  edirlər.  Televiziya  təhsili  sisteminin  formalaşması,  ey ni 

zamanda, böyük miqyasda dinləyici auditoriyası qarşısında mü­

əyyən  sahə  mütəxəssis­pedaqoqunun  mühazirə  verməyinə  im­

kan  yaratmış  oldu  ki,  bu  da  kifayət  qədər  böyük  təsir  effektinə 

malik hadisə kimi dəyərləndirilməlidir. “Ekranda göstərilən yax­

şı  müəllim,  auditoriyadakı  pis  müəllimdən  daha  yaxşıdır”  (237, 

səh.  52)  və  onun  tamaşaçıya  təsir  imkanları  daha  güclüdür.  İlk 

növbədə  təcrübəli  pedaqoqun  aydın  nitqi,  jestikulyasiyası,  digər 

tərəfdən  ekran  qarşısında  duran  şəxsin  dərs  verəni  yaxından 

görməsi, onun üz ifadələrini aydın sezməsi, həmçinin televiziya­

nın ifadə vasitələrinin, effektlərinin köməkliyi ilə dinamika, lazı­

mi təcrübələrlə bağlı görüntülər teletədris işinin uğurundan xəbər 

verir.

Həsən bəy Zərdabi kinematoqrafiyadan tədris məqsədləri üçün 



istifadə  olunması  ilə  böyük  nailiyyətlərin  əldə  olunacağına  gü­

vənərək “Kinematoqraf cihazı insan və heyvanların ən mü rəkkəb 

həyat  təzahürlərini  təkmilləşdirilmiş  və  həqiqətə  uyğun  şəkildə  

hərəkətdə göstərir” (45) deməklə, istər tədris filmlərinin, istərsə də 

teletədris praktikasının əhəmiyyətli keyfiyyət dəyişimi ilə tədrisə 

təsir edəcəyini söyləmişdir. Pedaqogika elminin televiziya təbliğatı 

ilə  üzvi  şəkildə  birləşməsi  müasir  tamaşaçı  üçün  qə bulolunan 

vasitələrlə  bilgilərin  verilməsini  həyata  keçirməyə  imkan  verən 

tədris şəbəkəsini formalaşdırmışdır.

Tədris  funksiyası  birbaşa  teledərslərlə,  həmçinin  digər  proq­

ramların konsepsiyasını təşkil etməklə ifadə olunur. Burada uşaq 

verilişləri,  tədris  filmləri,  cizgi  filmləri,  müsabiqələr,  həmçinin 

mətbəxlə bağlı verilişlər nəzərdə tutulur. Televiziya, əslində, bütün 

nəsil auditoriya üçün tədrisi həyata keçirməyi öz qarşısına məqsəd 

kimi qoyaraq bu işi müxtəlif publisistik və ya əyləncəli tərzdə də 



234

təcəssüm  etdirir  ki,  bu  da  seyrçi  marağının  ekran  qarşısına  cəlb 

olunmasına xidmət etmiş olur.

Dram  nəzəriyyəçisi  Aydın  Dadaşov  teletədris  prosesini  ma­

ariflənmə  ilə  birgə  təhlil  etməklə  ümumiləşdirmə  apararaq,  əs­

lində,  mahiyyətcə  fərqli  funksiyaları  bir  araya  gətirməklə  hər 

bi rinin  ayrıca  elmi­nəzəri  əsaslarının  müəyyən  olunmasına  tə­

rəfdar olmasa da, teletədrisin cəmiyyətin inkişafında böyük yeri­

ni göstərir və “teletədris ssenarisinin milli psixologiyaya uyğun­

laşdırılması  və  daimi  auditoriyanın  formalaşdırılmasında  di gər 

ölkələrin  təcrübəsindən  faydalanmağı”  lazım  bilməklə  (23,  səh. 

177)  teletədris  işi   nin  təkmilləşərək  yeni  formalarla  təzahürünün 

vacibliyini önə çə kir.

İnkişaf etmiş ölkələrdə teletədris daha çox kommersiya maraq­

ları ilə uzlaşdırılmış şəkildə fəaliyyət göstərərək kabel televiziyası 

vasitəsilə ödənişli əsaslarla aparılır ki, bu da təcrübə kimi olduqca 

maraqlı  və  təsiredici  vasitə  olaraq,  ölkəmizdə  tətbiqini  gözləyən 

məsələdir.  Böyük  Britaniyada  teletədris  milli  təhsil  sisteminin 

tərkib hissəsinə daxil olaraq dərs cədvəllərinin televerilişlərə uy­

ğun tərzdə qurulmasına qədər prosesə müdaxilə edibdir (202, səh. 

151). Amma bir çox ölkələrdə bu sahəyə sosial sifarişin olmaması 

digər formalardan bəhrələnməyi vacib edib. Məsələn, Hindistan­

da əhalinin televizoru yalnız əyləncə­filmlər, musiqi nömrələrinə 

baxmaq üçün almaları tədrisin təqdimatına dəyişiklik edərək, onu 

sosial  sifarişin  istəyinə  uyğun  tərzdə  qurmuşdur.  Hindistanda 

“ona görə də informasiya və daha çox tədris verilişləri əyləncəli 

biçimdə qurularaq təqdim olunur” (398, IV­ səh. 181).

Tədris  proqramlarının  ekran  təcəssümü  kifayət  qədər  ciddi 

və  əhəmiyyətlidir:  televiziya  rəhbərləri  tamaşaçının  zövqünü 

və  sosial  sifarişini  düzgün  dəyərləndirməklə  onun  istəyinə  uy­

ğun,  günün  dinamik  dəyişkənliyinə  uyarlı  bir  tərzdə    tədrisin 

təqdimatına çalışmalıdırlar. Əks halda tamaşaçı ekran önündə bu 

ruhda proqramları izləmək əvəzinə, digər kanalda daha maraqlı 

veriliş axtarışına çıxa bilər. Afrika televiziyalarında 80­ci illərdən 

başlayaraq tədris proqramlarından imtina edib, daha çox əyləncəli 

və dini proqramlara üstünlük verilməsi, (398, IV­səh. 205) məhz 

tədris verilişlərinin sosial sifarişə yaxınlaşdırılmamasının nəticəsi 

kimi təzahur edib ki, bu acı təcrübə Azərbaycan teleməkanında, 

xüsusən də AzTV­nin efirində yer verdiyi tədris verilişlərində özü­

nü əks etdirmişdir.

Televiziya özünün tədris funksiyası ilə təhsil proqramında yer 

almaqla bərabər, müxtəlif sahələri əhatə edən dərslərlə də funk­




235

siyasını icra etmiş olur. Adətən, inkişaf etmiş ölkələrdə dövlət bu 

səpkili proqramları – tarixi, coğrafi, dini, dil və əxlaqla bağlı veriliş, 

film və digər audiovizual layihələri maliyyələşdirərək gənclərin, 

ən çox da uşaqların dünyagörüşünün biçimlənməsinə, biliklərinin 

artırılmasına  və  intellektual  qabiliyyətlərinin  yüksəldilməsinə 

çalışır.  Müstəqil  Azərbaycanda  bu  məsələ  bütünlüklə  dövlət  te­

leviziyasının  üzərinə  düşsə  də,  kommersiya  kanalları  müxtəlif 

maliyyə  donorlarının  cəlb  olunması  yolu  ilə  bilavasitə  tədrisə 

yardım kimi nəzərdə tutulan layihələrin icrasına nail olmaqla, öz 

üzərlərinə düşən vacib ictimai funksiyanın layiqincə təcəssümünə 

şərait yaratmış olarlar. Televiziya özünün böyük mənəvi, tərbiyəvi 

məsuliyyətini anlayaraq təkcə qadağan olunmuş – əxlaqsız, qızış­

dırıcı və cəmiyyətə ziyan verəcək təbliğata yol verməməklə başlıca 

vəzifəsini icra olunmuş hesab etməməli, mənəvi, insani və bəşəri 

dəyərlərə malik, milli təbliğatla köklənən savadlı və dünyagörüşcə 

mükəmməl olan nəslin yetişdirilməsində iştirak etməlidir. Bu ba­

xımdan  təhsil  proqramına  yardım  göstərəcək  didaktik  xarakter 

daşıyan verilişlər, filmlər gənc tamaşaçıların tədrisə marağını ar­

tırmaqla bərabər, onların dünyagörüşlərinin əhatəliliyinə də təsir 

etmiş olar. 

Təhsildə  əyani  vasitələrdən  istifadə  pedaqogika  elminin  baş­

lıca  prinsipi  kimi  təhsil  sistemində  böyük  yer  almaqla,  müasir 

cəmiyyətdə hərəkətli əyanilik növünün vacibliyini nəzərə alıb, bu 

prosesdə televiziyanın əhəmiyyətliliyini qeyd etmək lazımdır. “Bə­

zən  hər  hansı  hadisəni  hərəkətdə,  inkişafda  nəzərdən  keçirmək 

lazım  gəlir;  müəllim  istəyir  ki,  şagirdlərin  diqqətini  öyrənilən 

hadisənin  ayrı­ayrı  inkişaf  mərhələlərinə  yönəltsin,  əmələ  gələn 

keyfiyyət  yeniliklərinə  cəlb  etsin”  (46,  səh.  139)  və  bu  prosesdə 

audiovizual  vasitələr  əvəzsiz  vasitə  kimi  tədrisə  cəlb  olunur. 

Tədrisdən başqa, uşaq evdə televizorun qarşısında oturaraq tədris 

olunmuş materialla bağlı əlavə bilgilər və buna uyğun hərəkətli 

görüntünü izləməklə həm materialı qavraya, həm də əlavə infor­

masiyanı ala bilər ki, bu da olduqca önəmli məsələdir.

Tədris  funksiyası  birbaşa  teledərs  və  ya  didaktik  yük  daşıyan 

verilişlərlə bitməyərək əyləncəli, intellektual uşaq verilişlərini də 

özündə ehtiva edir ki, bu da uşaqların mənəvi tərbiyəsində, estetik 

zövqlərinin biçimlənməsində, həmçinin asudə vaxtlarının səmərəli 

keçirilməsində mühüm vəzifə daşıyan məsələ kimi televiziya işinin 

mahiyyətində duraraq, onun təməl prinsipini təşkil edir. Uşaqların 

və yeniyetmələrin əyləncəsi və asudə vaxtlarının təşkili yaşlılara 

nisbətən fərqli mahiyyət daşıyaraq, tərbiyə və tədris elementlərini 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə