TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə98/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   94   95   96   97   98   99   100   101   ...   171

231

Onun fərqli tərzdə çıxış etmək üçün hər gün tapıntılarla ekrana 

gəlməsi və aparıcı obrazını dəqiq müəyyən etməsi seyrçilər ara­

sında  rəğbətlə  qarşılanması  ilə  nəticələnirdi.  Mövzu  seçimində 

təzadlı  məqamların  tapılması  və  yanaşmada  fərqli  məqamların 

üzə çıxmasına nail olunması, telefonla tamaşaçı ilə özünəməxsus 

tərzdə  ünsiyyətə  girmək  qabiliyyəti  verilişə  dinamika  gətirirdi. 

Müxtəlif  mövzularla  bağlı  qonaqların  dəvət  olunması,  onlarla 

kəskin  söhbət  qurmaq  məharəti  və  gerçəyin  üzə  çıxmasına  çalı­

şılması diq qətdən kənarda qala bilməzdi. Operativliyi, gündəmlə 

bağlı müzakirələrin açılması və bayramlarda fərqli tərzdə qurul­

ması “Bizim səhər” proqramının çə kisini artıran səbəblərdən idi. 

Televiziyanın  inteqrativ  funksiyasının  icrası  təkcə  səhər  proq­

ramları ilə məhdudlaşmamalı, günün müxtəlif saatlarında yayım­

lanması mümkün olan birləşdirici verilişlər də olmalıdır. Sadəcə, 

hamının evdə olduğu vaxtlar – səhər 7.00­dan 10.00 qədər və ax­

şam saatları – 19.00­dan 23.00­a qədər olan zaman arası bu iş üçün 

daha yararlıdır. Ona görə də kanalların birləşdirici əhəmiyyət da­

şıyan verilişləri məhz bu saatlara təsadüf edir. “Lider” kanalının 

“Axşama doğru” proqramı müxtəlif insanların maraqlarını özündə 

birləşdirən mövzulara toxunan sosial­mədəni proqram kimi inteq­

rativ funksiyanı icra etmiş oldu. Bazar günləri axşam efirində olan 

proqramın  yaradıcı  və  mövzu  seçimində  bir  sıra  nöqsanlar  üzə 

çıxdığından özünün bədii gücü ilə tam əks oluna bilmirdi. Hesab 

edirik  ki,  proqramın  təkmilləşdirilməsi  yolu  ilə  tamaşaçıları  ek­

ran ətrafına toplayan uğurlu efir saatından daha səmərəli istifadə 

olunması kanalın nüfuzunu yüksəltməklə, onun ictimai həyatda 

fəal iştirakını təmin etmiş olardı.

Televiziyanın  inteqrativ  funksiyası  həm  də  mərkəzdən  yayım­

lanan  kanalların  bütün  ölkəni  əhatə  etməklə  bölgələrin  sosial­

mədəni həyatına yer verən verilişlərin, süjetlərin efirdə olmasını 

nəzərdə  tutur.  ANS  kanalının  “Əyalət”,  AzTV­nin  “Torpaq”  və 

s.  kimi  proqramları,  informasiya  buraxılışlarında  –  AzTV,  ANS 

və “Lider”in bölgə bürolarının hazırladığı operativ və ya ümumi 

məsələlərə həsr olunmuş süjetlərin yer alması bu istiqamətdə atı­

lan məqsədyönlü fəaliyyətin nümunəsi kimi göstərilə bilər. Lakin 

hesab edirik ki, bu işlər daha böyük vüsət almalı və ölkədə yayım­

lanan kanallar təkcə paytaxt tamaşaçılarının maraqlarının işıqlan­

dırılması ilə işini bitmiş hesab etməyərək, bölgələrin də həyatını 

çatdırmağı özünün ictimai vəzifəsi kimi layiqincə icra edəcəklər. 

Bu, televiziyanın ictimai həyatda yerini möhkəmlətməklə bərabər, 

onun respublikanın hər yerində olan tamaşaçıların izlədiyi kanala 

çevrilməsinə imkan verə bilər.



232

Televiziyanın  inteqrativ  funksiyasını  təhlil  edərək  bu  qənaətə 

gəlirik  ki,  özünün  ictimai  həyatda  böyük  yerini  alan  birləşdirici 

əhəmiyyət  daşıyan  bu  funksiyanın  icrası  ölkə  teleməkanında 

uğurla  aparılır.  Bu  cəhət  daha  çox  birbaşa  tamaşaçı  inteqrasiya­

sına  xidmət  edən  səhər  proqramlarında  qabarıq  görünsə  də,  bir 

sıra  digər  ekran  nümunələrində  televiziya  rəhbərliyinin  diqqət 

mərkəzində olmaqla özünü əks etdirir. Həmçinin səhər proqram­

larını təhlil edib onların yaradıcı səviyyəsini, gündəmlə ayaqlaş­

masını  çözərkən  bir  neçə  kanalda  bu  işin  uğurla  aparılmadığını 

qeyd  etməklə,  bunun  həmin  kanalların  inteqrasiya  işində  ciddi 

əngələ  çevrildiyinə  toxunduq.  Bir  sıra  proqramların  yaradıcı  və 

mövzu­ideya  baxımından  kamil  olması  ilə  geniş  tamaşaçı  mara­

ğına səbəb olduğunu önə çəkərək, bu işin daha effektiv qurulması 

üçün  yenilikçiliyə,  təkmilləşməyə  yer  verilməsinin  əhəmiyyətini 

qeyd etdik. Bütövlükdə götürdükdə, Azərbaycan teleməkanında 

inteqrativ  funksiyanın  yerinə  yetirilməsi  istiqamətində  ciddi  ad­

dımlar  atılsa  da,  bu  işin  hələ  quruculuq  dövrünü  yaşadığını  və 

axtarışların getdiyini qeyd edərək, daha da səmərələşdirilməsinə 

zə rurət olduğunu söyləməliyik.



3.6 Tədris funksiyasının televiziyada yeri və əhəmiyyəti 

Televiziyanın  cəmiyyətdə  rolunun  artması  onun  mədəni,  icti­

mai həyatda fəal iştirakı təhsil prosesinə cəlb olunmasını gerçək­

lik kimi ortaya qoydu. Tez əldə olunması və gün ərzində tamaşa çı 

ilə  ünsiyyəti  televiziyanın  mədəni  tərbiyəçi  vəzifəsini  öz  üzəri­

nə  götürməklə  mədəni­maariflənmə,  sosial­pedaqoji  və  tədris 

fəaliyyətini icra etmək kimi mühüm prosesi yerinə yetirməli oldu. 

“Tərəqqiyə can atan cəmiyyətdə təhsil, elm və mədəni tərbiyə ilə 

bağlı təbliğat funksiyası sosial televiziyanın əsasında durur” (23, 

səh.143) və bilavasitə təhsil sistemindən irəli gələn teledərslər, ya­

xud da müxtəlif sahələr üzrə elmi biliklərin, informasiyaların tama­

şaçılara çatdırılması ilə icra olunur. Tədris prosesi istər orta təhsil 

alan məktəblilər, istər məktəbəqədərki təhsil, istərsə də bütünlüklə 

şəxsiyyətin formalaşdırılmasında mühüm yer tutan ümumi və ya 

sahələr üzrə yeni bilgilərin verilməsi yolu ilə təcəssüm olunmaqla, 

universal tədris vasitəsi kimi televiziyada icra olunmağa başladı. 

Televiziyanın tədris funksiyası özündə həm təhsil alan insanlara 

tədris etmə, didaktik materiallar yetirmə, həm də elmi dünyagö­

rüşün  inkişafı  məqsədi  ilə  təbiət,  dəqiq  və  humanitar  elmlərin 

yenilikləri ilə silahlandırmanı ehtiva edir. Bu mənada tədris funk­

siyası geniş və əhatəli sahə kimi önə çıxaraq, televiziyaların işində 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə