TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə13/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   9   10   11   12   13   14   15   16   ...   171

29

da  yozulur.  Sənətşünaslığın  qədim  elm  kimi  yaratdığı  tədqiqat 

metodologiyası  televiziya  yaradıcılığı  işində  olduğu  kimi  tətbiq 

oluna bilməz. Onun xüsusi, daha geniş metodologiyası yaradılma­

lı və ümumi prinsipləri elan olunmalı idi. Çağdaş sənətşünaslığın 

qarşısında bu problem öz kəskinliyi ilə dururdu. Çünki TV teatr, 

kino və ya digər sənət növünlərindən fərqli olaraq ictimai həyata, 

insan şüuruna da güclü təsir edir, hər evə qonaq gəlir, hər insanın 

həyatında gün ərzində saatlarla yer alır. Kompleks öyrənmə, digər 

elmlərin yaratdığı metodların tətbiqi televiziyanın problemlərinin 

elmi çözümünü əhatəli, tam edər. Metodologiyanı formalaşdırmaq 

üçün yuxarıda deyilən yanaşma ilə bərabər pedaqogika, filologi­

ya,  psixologiya  elmlərinin  yaratdığı  metodoloji  prinsiplərdən  də 

bəhrələnmək lazımdır. Bəzi tədqiqatçılar sənətşünaslığın tədqiqat 

hədəfinə  televiziyanın  yalnız  bədii  cəhətlərinin  alınmasını  düz­

gün  hesab  etsələr  də,  biz  bu  fikri  qətiyyətlə  inkar  edir,  TV­nin 

hansı janrda, növdə yayım qurmasını nəzərə almadan, istər infor­

masiya, istər sosial­pedaqoji yayımın mahiyyətinin, mövcudluğu­

nun incəsənətin, sənətşünaslığın tədqiqat hədəfinə düşən yaradıcı 

komponentlərin  iştirakı  ilə  baş  tutması  fikrini  təsdiqləyirik.  Tele­

viziyaşünaslıq  bütün  digər  elmlərin  qovuşuğunda  bu  məsələləri, 

problemləri çözməklə teleyayımın nəzəri bazasını dolğun, hərtərəfli 

edə  bilər.  Tədqiqatçı  R.  Kapilova  öz  araşdırmalarında  televiziya­

nın təkcə ictimai şüura təsiri deyil, onun estetik dünyagörüşünə, 

incəsənət növlərinə, bədii həyata təsirinin ölçüsüz olduğunu xüsusi 

qeyd edir, estetik təfəkkürün televiziyaya bağlılığı, onun təsiri ilə 

dəyişməsini  sənətşünaslığın  başlıca  tədqiqat  problemi  olduğunu 

göstərir. (398, II­səh. 29) Telesənətin azad yaradıcılığı, açıq struk­

turuallığı, çərçivəsiz qaydalar, janrların sərhədləri pozması, moza­

ikliyi, fraqmentallığı, çağdaş estetik axtarışlarla, istiqamətlərlə uy­

ğunluğu, eyniliyi onun təbiətini sənətşünaslığın tədqiqat obyektinə 

çevirir. Televiziya daha kütləvi, daha fəal şəkildə hər bir insanın 

həyatına  daxil  olur,  onun  sənətə  baxış  sistemini,  incəsənətdən 

alacağı  bütün  dəyərləri  ona  təqdim  edir.  Sənətşünaslıq  məhz  bu 

mürəkkəb yaradıcı prosesi, yaradıcı ünsiyyəti çözərək mənzərəni 

müəyyən etməyə çalışmalıdır. 



1.2 Müasir dövr televiziya yaradıсılığının tarixi-nəzəri problemlərinin  

yeni dövr Azərbaycan televiziyasının qurulması və inkişaf meyillərində 

iştirakı.

Sovet dönəmində bütün müttəfiq respublikalarda teleyayım işi­

nin təşkili prosesi 1956­cı ilin 14 fevralında Azərbaycana da televi­



30

ziyanı gətirdi. Cəmi bir neçə saat yayım vaxtı olan yerli telestudi­

ya sovet ideologiyasının diktəsi ilə formalaşaraq tədricən özünün 

dəst­xəttini, şərəfli tarixini yaratdı. Birmənalı şəkildə Mərkəzi Te­

leviziyanın yaradıcı siyasətini davam etdirən və hakim kommunist 

partiyasının televiziya işçiləri qarşısında qoyduğu vəzifələrin icrası 

ilə məşğul olan bütün əyalət və yerli televiziyalarında gedən yara­

dıcı proses Azərbaycan televiziyası üçün də xarakterik idi. “Sovet 

televiziyası…marksist­leninçi ideologiyanı – fəhlə sinfinin, bütün 

zəhmətkeşlərin ideologiyasını ifadə və əks etdirir” (245, səh. 34) 

fikri, əslində, televiziyaya birbaşa ideoloji silah kimi verilən dəyəri 

göstərməklə onun müstəqil və yeni fikirlə inkişafının mümkünsüz 

olmasını  təsdiqləyirdi.  Ancaq  1960­cı  illərdə  Sovetlər  birliyində 

“istiləşmə”  adlanan  dönəmin  bütün  yaradıcı  mühitə  göstərdiyi 

təsirin televiziyaçıların da işində özünü əks etdirməsini misallarla 

təsdiqləmək olar.

1960­cı  illərdən  başlayaraq  Azərbaycan  Televiziyası  özünün 

“yaradıcı­qalxınma  dönəmi”ni  yaşamağa  başladı.  Xəbərlər  bura­

xılışından əlavə, xalq təsərrüfatının müxtəlif sahələrindən hazır­

lanan reportajlarla yanaşı, mavi ekranlarda o dövr üçün yeni olan 

televiziya  filmləri  göstərilməyə  başlandı.  Kinematoqrafiyadan 

fərqli olaraq televiziya filmi özünün bədii­estetik xüsusiyyətlərinə 

görə  fərqlənir,  artıq  başlanğıcdan  özünəməxsus  görüntü  plas­

tikasının  mövcudluğu  və  ədəbi  material  olan  ssenarinin  çevikli­

yi, mənzərəliliyi ilə seçilirdi. Televiziya filminin bədii, sənədli və 

elmi­kütləvi  janrları  yarandı  ki,  bu  da  sənədli  kinematoqrafiya­

nın  əlvan  janr  politrasından  irəli  gəlirdi.  Televiziya  filminin  ilk 

dönəmində təsvirçilik, mənzərəçilik cəhətləri qabarmağa başladı. 

Bədii televiziya filmlərində isə davamlılıq yarandı; bu, kino üçün 

real və bəzən də qəbul olunmayan cəhətlər televiziya filmi sənətini 

kinematoqrafiyadan uzaqlaşdırdı, ona yaradıcılıq müstəqilliyi qa­

zanmağa imkan verdi. 

Azərbaycan  televiziyasının  ilk  illərindən  başlayaraq  biçim lən­

məsi  onu  təkcə  kütləvi  informasiya  və  təbliğat  vasitəsi  kimi  de­

yil,  cəmiyyətdə  özünəməxsus  yeri  olan,  mədəni  prosesdə  işti­

rak edən incəsənət növü kimi də təsdiqlədi. Artıq 1960­cı illərin 

əvvəllərindən  Azərbaycan  televiziyasına  televiziya  yaradıcılığı, 

yayımı və təşkilatlanması standartları ilə yanaşmaq, onu ictimai, 

mədəni baxış bucağından araşdırmaq imkanı yarandı.

Televiziya  tarixini  öyrənmək,  mükəmməl  mənzərəni  yaratmaq 

üçün Azərbaycanda  televiziyanın  yaranması  və  inkişaf  dövrünü 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə