TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə16/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   12   13   14   15   16   17   18   19   ...   171

37

laşması  onlarda  70  il  təbliğ  olunan  “xoşbəxt  gələcəyə”  olan  ina­

mı qırdı və adamlarda sabahları barədə qaranlıq bir təsəvvür ya­

ratdı.  Bu  təsəvvürün  yaranması  insanda    aqressiya,  cəmiyyətdə 

anarxiya doğurdu. “Bu prosesin qarşısının alınması məhz kütləvi 

mədəniyyətin  xidmətidir”  desək,  yanılmarıq.  Kapitalizmi  vəhşi 

canavar  kimi  qiymətləndirən  insanlar  teleekran  qarşısında  seri­

allarda yaradılan “xoşbəxt həyat” konsepsiyasına inanmağa baş­

ladılar.  Hökumətin  irəli  sürdüyü  bazar  iqtisadiyyatı  fikri  onlara 

serialdakı və Hollivud kinolarındakı həyata qovuşmaq arzusunun 

gerçəkləşməsi  kimi  göründü.  Bunun  ardınca  inkişaf  edən  şou­

biznes  insanlarda  xoş  ovqat  yaratmağa  başladı,    Lenin  və  onun 

gələcəyi mifini superstar və onun yaşam tərzi əvəz etdi. 

Azərbaycan  televiziyasında  1993­cü  ildə  ekranlara  çıxan  “İt­

kin  gəlin”  çoxseriyalı  televiziya  filminin  ilk  milli  serial  olmaqla 

bərabər, lirik­psixoloji məqamlarla zənginliyi və haqqın qələbəsi 

ideyasını, primitiv qaydada da olsa, təbliğ etməsi yerinə düşdü və 

tezliklə populyarlıq qazandı. Eyni zamanda, ekranlarda əyləncəli 

verilişlərin  yaranması  kütləvi  mədəniyyətin  Azərbaycan  üçün 

yeni  formada  təzahürünə  şərait  yaratdı.  Tez  bir  zamanda  dün­

ya,  mədəniyyət  prosesi  ilə  təmas  və  inteqrasiya  erkən  primitiv 

elementlərin daha təkmil formada təzahürünü reallaşdırdı. Bunu 

stimullaşdıran vasitələrdən ən başlıcası özəl televiziya və radionun 

inkişafı oldu. Artıq televizor, radioqəbuledici, teatr, konsert salon­

ları kütləvi mədəniyyətin tam ixtiyarına keçdi və bu, Azərbaycan 

cəmiyyətində  yarana  biləcək  sosial  narazılıqları  neytrallaşdırma 

rolunu oynadı.

Əgər 1988–1991­ci illərdə Azərbaycan seyrçisi milli romantizm 

duyğusu  ilə  yeniləşərək  gerçək  axtarışında  idisə,  sonrakı  illərdə 

bu, daha çox “gerçək xofu”ndan qaçmaq, əyləncə ilə problemləri 

unutmaq istəyi ilə əvəzləndi.

Çoxçeşidli vasitələr hər tipdə informasiyanı insana ötürməklə onu 

informasiya  şokuna  salır  ki,  nəticədə  dəyərlərin  itməsi,  meyarla­

rın pozulması səbəbdir və o, yalnız əylənməklə gerçəyi unutmaq, 

düşünməkdən imtina, “beyin üçün saqqız” axtarışına çıxır.

Televiziya  özünün  həm  audio,  həm  də  vizual  qüdrətindən 

istifadə edərək informasiya yürüşünü gücləndirən vasitə kimi in­

sanın düşdüyü bu haldan istifadə edib onu əyləndirməyə, beyin 

üçün “saqqızlar” kəşf etməyə başladı. Yuxarıda dediyimiz böhran 

və ondan çıxış yollarının axtarışı işində televiziyanın əhəmiyyətli 

rolu, vaxtında eskeypizmdən istifadə edərək onu cilovlaması, özü­

nün kommersiya maraqlarına yönəltməsi sosial-mədəni mahiyyət 




38

daşıyan  hadisə  kimi  dəyərləndirilməlidir.  Çağdaş  insan  toplu­

munda insanın mədəni görüşləri, əyləncəsi, davranışı sürətlə də­

yişməyə  başladı.  Bu  gün  danılmaz  həqiqətdir  ki,  insan  heç  vaxt 

olmadığı  kimi  əyləncəyə  meyilli,  ona  aludə,  onun  kütləvi  isteh­

lakçısı,  gerçəyə,  bəşəri  problemlərə  qarşı  isə,  sadəcə, heysiz  hal­

da  biganədir.  Bu  durumdan  daha  çox  şou­biznes  faydalandı  və 

əyləncənin yeni kommersiya üfüqləri açıldı.

Məhz  buna  görə  də  təhlil  etdiyimiz  dövrün  telemənzərəsində 

əyləncə əsas aparıcı qüvvəyə çevrildi. İnformasiya, təhlil, analitik 

proqramlar,  siyasi  tok­şoular  yalnız  seçkidən­seçkiyə  gündəmə 

gələrək  müəyyən  mənzərənin  yaranmasına  xidmət  edirdi.  Bü­

tün  qalan  vaxtlarda  Dövlət  Televiziyası  və  yeni  yaranan  özəl 

teleşirkətlərin efirində əyləncə hakim kəsilərək bütün maraqları öz 

ətrafına toplayırdı. Bu dövr ərzində öz yolundan dönmədən bütün 

fəaliyyətini xəbər, informasiya üzərində quraraq, əyləncəyə az yer 

ayıran ANS, yeni yaranışında daha çox elitar kanal olmaq iddia­

sını daşıyan “Space” və artıq 2000­ci ildə yaranan “Lider” başqa 

xəttə uyğun davranmağa çalışırdılar. ANS­in xəbər işində liderliyi 

onu reytinq cədvəllərində xilas edə bilirdisə, “Space” və “Lider” 

reytinqin acı göstəricilərini yaşayırdı. Məhz buna görə də 2001­ci 

ildə “Space” kəskin halda kursunu dəyişərək əyləncəyə yönəlmiş 

faəliyyəti primitiv tərzdə olsa da prioritet seçdi. Həmçinin “Lider” 

kanalı sonrakı illərdə idmana, intellektual oyunlara, realiti­şoulara 

yer verməklə situasiyadan daha sanballı çıxış yolunu tapdı.

Lakin fasiləsiz əyləncə ölkə teleməkanının simasını təşkil edir­

di.  Ən  çox  da  bu  tələbi  konsertlər,  müğənnilərlə  verilişlər,  Hol­

livud  filmlərinin  fasiləsiz  nümayişi  (bir  neçə  kanalın  uzun  illər 

təcrübəsində bir film bitərək digərinin başlaması adi gündəlik fə­

aliyyət idi), seriallar, uzun­uzadı videoklip saatları vasitəsilə ödə­

yirdilər. Onsuz da kasad və ağır vəziyyətdə olan yerli veriliş isteh­

salı tam gücü ilə işləsəydi belə, bütün bu əyləncə  tələbini ödəmək 

iqtidarında ola bilməzdi. Durmadan, fasiləsiz əyləncə və konsert 

lər  bir­birini  əvəzləyirdi.  Ən  maraqlısı  isə  o  idi  ki,  seyrçi  bütün 

bunlardan usanmırdı, əksinə o, daha çoxunu gözləyirdi. Beləliklə, 

yerli  kanalların  bu  fəaliyyəti  tam  ödəyə  bilməməsi  və  ya  aşağı 

səviyyəli verilişlərlə görüşə gəlməsi yerli seyrçini peyk vasitəsilə 

daha  çox  əyləncəli  verilişləri  olan  Türkiyə  kanallarına  baxmağa 

sövq edirdi.   

Musiqili  proqramlarla  yanaşı  məşhur  müğənnilər  haqqında 

verilişlər, onların iştirakı ilə söhbətlər tez bir zamanda teleməkanı 

bürüdü. Eyni bir müğənni bu kanaldan o biri kanala gedərək ora­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə