39
dakı canlı yayımlarda, verilişlərdə iştirak edirdi. Müğənnilər hər
cür müzakirələrdə, hər tip verilişlərdə iştirak edirdilər: mət bəx,
gözəllik, din, iqtisadiyyat, kriminal, qloballaşma və s. A. Dadaşov
bu tipli verilişlərdə ifratavarma hallarını önə çəkərək haqlı olaraq
tənqid edir: “…müəlliflərin və qəhrəmanların səriştəsizliyini üzə
çıxaran bu verilişlərdə bəzən sənətkarların öz qohumtanışlarını və
sevimli ev heyvanlarını da lüzumsuz şəkildə nümayiş etdirmələri
tamaşaçıya hörmətsizliyin təzahürünə çevrilir. Bu tipli verilişlər te
leviziyalara gəlir gətirməklə yanaşı, eyni zamanda onların imicinə
də mənfi təsir göstərir” (23, səh. 76). Müğənnilərlə verilişlər özü
nün dramaturji həllini tapmaqla yalnız söhbətxatirat, söhbəttərif
şəklində qurulmamalı, mövzu seçimində ziddiyyətli məqamlar,
açıq tənqidi fikirlər və aparıcı ilə qonaq arasında maraqyaradıcı
mübadilə olmalı, mahnı ifaları verilişin modelində özünə tamlıqla
yer ala bilməlidir. Lakin, təəssüf ki, çağdaş teleməkanımızda olan
verilişlərin bir çoxunda ədəbi material özünü doğrultmamış hal
da çıxış edir və yalnız məzmunsuz söhbətdən ibarət olur. Aparıcı
qonaqdan müəyyən bir açıqlama və ya hansısa problemlə bağ
lı rəy almaq əvəzinə yorucu, cansıxıcı söhbətə yer verir və “belə
verilişlərin dəqiq ssenarisi və mövzu həlli olmadığından ekranda
kılar birbirinin şəninə yeri gəldigəlmədi xoş sözlər söyləyir və
arasıra mahnılar oxuyurlar” (23, səh.76). Bu halda veriliş təriflərlə
dolu və mahnılarla növbələşən söhbəti xatırladır ki, burada artıq
hər hansı bir tərzdə əyləncə elementi və ya rekreativ əhəmiyyət
tapmaq olmaz.
Yararsız, lakin hakim olan əyləncə sənayesinin önündə informa
siya, tədris, maariflənmə, sosialpedaqoji mahiyyətə qulluq edəcək
verilişlər görünməz halda mövcud ola bilirdi. Yuxarıda biz bir
neçə uğurlu layihənin adını qeyd etməklə, əslində, bu sahədə
atılan addımların böyük əksəriyyətinin qəbul olunmamasının
səbəblərindən biri kimi müəllif təhkiyəsinin konsepsiyasızlığnı,
təfsirin bayağılığını, forma problemlərini, estetik həllin solğunlu
ğunu göstərməliyik. Cansıxıcı və yorğunluq bəxş edən teletədrisin
və ya maariflənmənin əhəmiyyətinin, təsir gücünün olmadığı
çoxdan bəlli gerçəklik kimi qəbul edilərək müstəqil milli televi
ziyamızın ilk onilliyində yaxşıca unudulmuşdur. Hətta məişət
problemlərinə həsr olunmuş psevdo tokşoularda yalançı və
gərəksiz akademizm, süstlük, rəvanlıq çox sadə şəkildə bu ətrafda
qonşusu ilə müzakirə aparmaq və ya Türkiyə kanalında onun
üçün rahat qavranılan tərzdə, peşəkarlıqla düşünülmüş model
əsasında qurulan tərzdə verilişə baxmaq imkanı olan seyrçi üçün
40
bütün bunlar maraqsız, lazımsız görünürdü. Telepublisistika seyr
çi ilə ünsiyyətə girə bilməyərək, onunla dil tapmayaraq, ciddi uçu
rum yaranmasına səbəb olmuşdu. Eyni sözlər uşaq verilişlərinə,
gənclər üçün proqramlara da şamil oluna bilər. Gənc seyrçilər
nəinki onları izləmirdilər, heç adlarını da bilmirdilər ki, bu da ka
nalın auditoriyasının itirilməsindən başqa bir şey deyildi.
Yuxarıda verilən ümumiləşmiş icmal və prosesin təhlili onu
deməyə əsas verir ki, 1991–2000ci illərdə Azərbaycanda televiziya
şirkətlərinin fəaliyyəti heç bir yaradıcı konsepsiyaya söykənmədən
bir qədər başıpozuq şəkildə qurulmuşdur. Əyləncənin üstələməsi,
qeyripeşəkar yanaşma və geridə qalmış texnologiyaların teleya
yımın əsas mənzərəsini təşkil etməklə, bu kütləvi kommunikasi
ya vasitəsinin əhəmiyyətinin, baxımlılıq dərəcəsinin cəmiyyətdə
ciddi yer almamasına səbəb olması söylənilənlər əsasında gəlinən
qənaətdir. 2000ci ildən başlayaraq yeni kanalların gəlişi ilə rə
qabətin şiddətlənməsi, seyrçi toplamaq uğrunda mübarizənin art
ması keyfiyyətcə yeni mərhələnin başlanmasını tələb edirdi. Ölkə
iqtisadiyyatının inkişafı, əhalinin güzəranında yaxşılaşma yayım
çıların kommersiya maraqlarının üfüqünü genişləndirməklə onla
rın yeniləşməyə marağını artırdı. Artıq yeni dövrün qanunları tam
qüvvəsi ilə olmasa da, işləməyə başladı və əslində bu, məzmunca
fərqli problemlərin ortaya çıxmasına səbəb oldu. Peşəkarlaşma
və ixtisasartırma sahəsində bütün bu müddət ərzində heç bir işin
görülməməsi – telemütəxəssislər hazırlayan ali məktəblərin olma
ması, profil üzrə xaricə təhsil almağa heç kəsin göndərilməməsi,
xaricdə telejurnalistika təhsili alan şəxslərlə yerli seyrçi arasında
uçurum yaranması, əslində, ümumi yaradıcı səviyyənin artımını
ləngidən səbəblər kimi bu gün də kəskinliklə qarşıda durur.
1.3 Televiziya verilişlərinin təhlil metodologiyasının əsasları
Televiziya kütləvi informasiya vasitəsi olmaqla bərabər incə
sənətin bir növü kimi artefaktyayım vahidini ortaya qoyduğu
üçün onun təhlilinin, çözümünün istər ədəbi material – jurnalis
tika, drama turgiya, istərsə də yaradıcı tərəfdən həyata keçirilməsi
aydın mən zərənin meydana gəlməsinə şərait yarada bilər.
Məşhur alim, estetik Y. Boryevin televiziyanı xarakterizə edərək,
ona kütləvi videoinformasiya vasitəsi kimi digər sənətlərin ötü
rücüsü və məişət estetikasının cilovlanmış təəssüratını uzaq mə
safədən ötürə bilən yeni incəsənət növü kimi dəyər verməsi
həyatımıza daxil olan televiziyanın gerçək mahiyyətini izah etmiş
olur. Onun sosial dəyərinin təkcə video və audioinformasiyalılığı