TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə18/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   14   15   16   17   18   19   20   21   ...   171

41

ilə deyil, həm də şüurları müəyyən ictimai mövqeyə yönəltməsi 

ilə də yərləndirilməsi doğru hesab edilə bilər. Televiziyanın ifadə 

və təsvir vasitələri – işıqlanma, qavrama rakursu, öz dili olan tele­

montaj, kameranın hərəkəti (operativ kamera, bir də özünəməxsus 

qayda)  daha  geniş  imkanlar    yaradır.  Bu  imkanlar  operativliyi 

təmin etməklə bərabər ifadəlilik, bədii mükəmməllik baxımından 

hətta kinematoqrafiyanı üstələyir ki, bunun bariz nümunələrinin 

şahidi oluruq. Ritmik axıcılıq, bir obyektdən digərinə “gizlənmiş” 

montajla sıçramaq qabiliyyəti televiziyanın ifadə imkanlarını daha 

da artırır. TV faktoqraf, gerçəyə yaxın, xronikal olmaqla bərabər 

faktın çatdırılmasında da ifadəlilik tapmağı ilə seçilir. Ən qaynar 

informasiya, yaxud isti xəbər, quru fakt,  yaxud xronika TV ope­

rator, montajçı, qrafikaçı və ya rejissor tərəfindən janr tələblərinə 

uyğun ifadələşdirilə bilər ki, bu da güclü emosional təsir yaratma­

ğa qadirdir.

  Bu “qüdrət” insan təfəkkürünü basmaqəlib etmək gücünə ma­

lik olduğu, eyni zamanda, yeknəsəq ruhi əhval və ictimai şüurda 

ştamplar yaratmaq imkanından geniş istifadə etdiyi üçün yayım 

vahidlərinin estetik vektoru və bədii tərtibatı olduqca vacib şərtdir. 

1960­cı illərdən bu yöndə vurulan həyəcan təbilləri televiziyanın 

“qlobal kənd”, “zombiləşmiş insan” yaratdığını bəyan edirdi. Ar­

tıq  XXI  əsrdə  yaşayan  insanlar  televiziyanın  tərbiyə  edərək  bö­

yütdüyü  nəsildir.  Bu  nəslin  istehlakından  tutmuş  mədəniyyətə 

münasibətinə qədər olan hər bir fəaliyyətini televiziya idarə edir. 

Reklamlar  nə  olacağını,  seriallar  necə  yaşayacağını,  yayımlanan 

musiqi,  əyləncə,  mədəni  proqramlar  zövqünü,  mədəni­maarif, 

tədris  proqramları  intellektual  dünyagörüşünü  biçimləndirir. 

Televiziya  həmçinin  sosial  itaət,  bərabər  yaşamaq,  dözümlülüyü 

də  təlqin  etdiyindən  inteqrasiya  prosesini  sürətləndirir.  Deməli, 

televiziya əsas yönəldici, rəyyaradıcı qüvvə kimi özünün ictimai 

məzmunu  baxımından  faydalı,  həmçinin  bədii  səviyyəyə  malik 

olmalıdır.  

Bədii  səviyyə  bir  çoxlarının  hesab  etdiyi  kimi  mücərrəd  deyil, 

konkretdir və bu yöndə mübahisələr səslənsə də, onun incəsənət 

növü  kimi  estetik  prinsiplərə  söykənmiş  meyarlarla  ölçülməsi 

gərəkdir.  Televiziyanın  yayım  vahidinin  bədii  səviyyəsi  onun 

tərkibinə  daxil  olan  sənət  növlərinin  bədii  kamilliyi,  qanunauy­

ğunluqları, estetik vektora uyğunluğu ilə hesablanır.

Televiziya  tətbiqi  sənət  kimi  bizimlə  hər  gün  ünsiyyətdə  olan, 

məhrəm, həmçinin evdə qavranılan incəsənət növü olduğundan 

onun  bütün  vaxtlarda  “nə  deməsi”  mühümdür.  Biz  TV­yə  ba­




42

xanda  kino  və  ya  teatrda  olduğu  kimi  özümüzü  “hazırlamırıq”, 

gözlənilməzlik bizi hər bir vaxt yaxalaya bilir. Bu cəhət TV­nin mə­

dəni mahiyyətini daha da artırmış olur. Hər gün evimizdə ol duğu 

üçün TV­nin canlılığı, üzviliyi, məhrəmliyi olduqca mühümdür. 

Məşhur kinorejissor S. Eyznşteyn TV yarananda, orada aktyorun 

üzərinə düşən vəzifələri qeyd edəndə məhz bu cəhətləri düşün­

müşdür.  Axı  ekranda  olan  şəxs  nə  deməyindən  və  kimliyindən 

asılı olmayaraq həyatımıza gəlir. Ona görə də ora çıxan şəxsin can­

lılığı, ruhi ünsiyyətcilliyi, təbii danışığı, basmaqəlibçilikdən uzaq 

ifadələri qavramamızda iştirak edə bilər.

Məşhur estetik alim Y. Boryev televiziyanın istedad meyarlarını 

qeyd    edərək  aşağıdakı  cəhətləri  göstərir:  “Telesənət  xadimi  akt­

yorun, jurnalistin, rejissorun xüsusiyyətlərini özündə birləşdirərək 

cəzbedici  erudisiyalı  insanlarla  ünsiyyətdə  asan  və  təbii,  reaksi­

yada  anilik,  hazırcavablıq,  iti  zəka  improvizəyə  qadir,  nəhayət 

vətəndaşlıq, publisistik cəhətlərinə malik olmalıdır”. (120, səh. 294)

Bu baxımdan TV sahəsinin tənqidi metodologiyasında televizi­

ya kanalının təhlili əsas yer tutur. Telekanalın keyfiyyəti, həmçinin 

ayrılıqda istər informasiya proqramı, istərsə də publisistik, bədii 

verilişlərin  yaradıcı  səviyyəsi  təhlil  obyektinə  çevrilməklə,  tam 

mənzərənin yaranmasına  imkan  verə  bilər.  Mövzu  və  biçim  bu­

rada  başlıca  obyekt  olaraq  televiziyaşünaslıqda  çözüm  hədəfi 

seçilməli,  yalnız  bundan  sonra  onun  ictimai­sosial  əhəmiyyəti 

barədə mülahizələrə yer verilməlidir.

Bütünlüklə telekanalda və informasiya proqramlarında publisis­

tik mövzunun mövcudluğu, onun əhəmiyyətliliyi, qaldırılan prob­

lemin yeniliyi, əhatəliliyi, əsaslandırılması, mülahizə və dəlillərin 

inandırıcı olması, mövzunu müzakirə edən şəxslərin peşəkarlığı 

əsas aparıcı cəhət kimi ortaya çıxır və ünvanlanan tamaşaçı audito­

riyasının dəqiq təyini zamanı uğur gətirir. Bu, daha çox informativ, 

inteqrativ, təşkilati və sosial­pedaqoji fəaliyyətə yönəlmiş veriliş, 

tok­şou, icmal, şərh buraxılışlarında tələb olunan cəhətlərdir. Möv­

zunun  mövcudluğu,  onun  yeniliyi,  əhəmiyyəti  və  aktuallığı  TV 

üçün olduqca vacib şərtdir ki, bunların olmaması onun əsas üstün­

lüyünü  azaltmış  olur.  Mövzu  dəlillərə,  mülahizələrə  əsaslandığı 

kimi  onun  çözümü  də  inandırıcı,  peşəkar  səviyyədə  aparılmalı­

dır. Əks halda bu, mövzu ətrafında gəzişmədən başqa heç bir yük 

daşımayaraq  tamaşaçını  maraqlandırmayacaq.  Həmçinin  bu  tip 

yayımda süjet və reportajlarda hadisəlilik, informasiyalılıq, möv­

zunun əhatəliliyi, operativliyi, orijinallığı qorunmalıdır. Bu, süjet 

və reportaja qoyulan əsas tələb olduğundan onun çözümü məhz 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə