TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə11/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   7   8   9   10   11   12   13   14   ...   171

25

araşdırmalarında sosial nəzarət məsələsini də önə çəkərək teleya­

yımın ciddi təzyiqlərlə üzləşdiyini qeyd edir. Tədqiqatçının fikrinə 

görə təzyiq pilləsinin birinci yerində reklamvericilər və pul yatırı­

mı edən şəxslər durur. Onların qazanc, mənfəət gözləntisi televi­

ziya  kanalının  fəaliyyətini  yönləndirir,  onun  yaradıcı  siyasətinin 

özəl  maraqlara  qulluq  etməsini  tələb  edir.  İkinci  təzyiq  inzibati 

rəhbərlik;  üçüncü  peşəkar  həmkarlar;  dördüncü  reytinq  naminə 

gedən  mübarizədə üzə  çıxan  rəqiblər;  beşinci  maddi­texniki  im­

kanlar; altıncı müxtəlif inzibati qurumlar, komissiyalar; yeddinci 

təşkilat,  qurum,  qeyri­hökumət  sektoru;  səkkizinci  tədqiqatçı­

ekspertlər,  pedaqoqlar;  doqquzuncu  auditoriyanın  kommuni­

katorun  fikrini  dəstəkləyən  hissəsi  (492,  səh.243­245).  Gerçəkdə 

televiziya  kanallarının  və  onların  yaradıcı  siyasətlərinin  əsas 

istiqamətinə  nəzər  yetirsək,  bu  təzyiqlərdən  doğan  mənzərəni 

tamlıqla müşahidə edə bilərik. Bu mənada televiziyanın müstəqil 

yaradıcılığını sosial sifariş tənzimlədiyindən, onu öyrənmək tele­

viziyaşünaslığın qarşısında duran əsas vəzifədir.

Sosioloji  araşdırmada  ictimai  rəy,  reytinq  göstəriciləri,  həm­

çinin  reklamverici  şirkətlərin  seçdiyi  ünvanlı  auditoriyanın  so­

sial­mədəni  yaşam  tərzi,  mətbuatda,  tədqiqatlarda  qaldırılan 

prob  lemlər əsas tədqiqat materialı kimi çıxış edir. Tədqiqat vaxtı 

te leməkanı  bütünlükdə  öyrənərək  dövlət,  ictimai  və  kommersi­

ya yayımının yaradıcı səviyyəsi, ünvanlandığı auditoriya, təqdim 

etdiyi  informasiyanın  məzmunu,  daşıdığı  ideoloji  yük  dəqiq 

müəyyənləşdirilməlidir.  Həmçinin  hansısa  bir  proqramın  aparı­

cısının  və  ya  yaradıcı  heyətinin  mövqeyi,  məsələyə  münasibəti, 

təlqin  etmək  istədiyi  əsas  fikirlər  nəzərdən  keçirilməlidir.  Sosial 

tədqiqatda  sosial  sorğu,  seyrçi  qeydləri  olduqca  əhəmiyyətlidir. 

Məhz bu mənzərəni gördükdən sonra ictimai şüura təsir imkanla­

rını öyrənə bilərik. Sosioloji təhlil vacib şərt kimi televiziyaşünas­

lığın qarşısında durur. 

Kulturoloji  təhlil  informasiyanın  estetik  baxışla  məzmununu, 

ma hiyyətini  çözməyə  yönəlir.  Teleyayımın  ictimai  şüura  təsiri 

ilə  yaranan  yeni  mədəniyyət  hadisələri  də  bu  təhlilin  əsasını 

təşkil edir, onun forma və məzmununu çözümə çıxarır. Ə. Bağı­

rov kulturoloji təhlilin qarşısında iki vəzifənin: mənəvi məhsulun 

xüsusiyyətini və hər birinin özünəməxsus dilini müəyyən etmək 

olduğunu  söyləyirdi.  Cəmiyyətin  elitar  və  kütləvi  mədəniyyətə 

bölünməsini inkar  edən  müəllif, əslində, kulturoloji təhlilin əsas 

rolunu azaltmış olur. Yuxarıda biz postmodernizmin mahiyyətini 

açaraq TV­nin məhz kütləvi və elitar mədəniyyətlərin istehlakçıla­




26

rını birləşdirərək inteqrativ funksiyanı öz üzərinə götürməsi, yeni 

mədəniyyət dili və onun semiotikasını biçimləndirdiyi qənaətinə 

gəldik.  Müəllifin  televiziyanın  kütləvi  mənəvi  istehlak  üçün  bö­

yük  mədəniyyətin  surroqatını  yaratması  fikri  əslində  postmo­

dernist  yanaşmanın  izidir.  Televiziyanın  gerçəyin  özünü  yox, 

onun obrazını yaratması, seyrçiyə hazır standartlarla, modellərin 

təqdimatı ilə düşünmək vərdişini unutdurduğu, arxetiplər yarat­

dığı  bir  çox  tədqiqatçıların  gəldiyi  doğru  qənaətdir.  Bu  mənada 

kulturoloji təhlil, deyilən məsələni daim diqqətdə saxlamağa im­

kan  verməklə  sənətşünaslığın,  xüsusilə  də  televiziyaşünaslığın 

tədqiqat üfüqlərini genişləndirməyə imkan yaradır.

Televiziyanın  daşıdığı  mədəniyyətdə  eskapizm  və  komformiz­

min olmasının bu yönə xidmət etməsi fikri, tərəddüdsüz qəbul olun­

malıdır.  Həmçinin  kulturoloji  yanaşma  estetik  dəyərləndirməni, 

sənətşünaslıq  prizmasından  çözümü  də  əhatə  etməlidir.  Nəzərə 

almalıyıq ki, manipulyativ fəaliyyətdə, azad rəqabətdə, mövzu ox­

şarlığında məhz estetik tərtibat, rejissor­operator fəaliyyəti, mon­

taj­dizajn  işləri  teleyayımın  görünüşünü  baxımlı,  cəlbedici  edir. 

Əslində,  bədii  ifadə  vasitələri  televiziya  yaradıcılığının  özünü­ 

təsdiq üçün istifadə etdiyi ən güclü silahdır. Kulturoloji təhlildə 

bu normalar, yaradıcı heyətin fəaliyyəti təhlil olunmalı, televiziya 

sənətlərinin başlıca prinsip, metodları təklif olunmalıdır. Televizi­

ya nə kinematoqrafiya, nə də teatr deyil, onlardan bəhrələnsə də, 

özü müstəqil, sintetik sənət növüdür. Bu mənada onun poetikası, 

estetik mahiyyəti müəyyənləşməlidir. Etiraf etməliyik ki, bir çox te­

leviziya sənət növlərinin nəzəri əsasları hələ müəyyən olunmayıb. 

Telerejissor, operator, teleişıqçı, telerəssam, teledizayner, telemon­

tajçı və s. kimi mühüm peşələrin tam mahiyyətini açan dərsliklərin, 

elmi təhlillərin olmaması bu sahədə boşluqlara meydan verir. Te­

leviziya  yaradıcılığı  prosesi  bu  peşələrin  təkmilləşməsi  yolu  ilə 

estetikasını, konsepsiyasını, yaradıcı platformasını müəyyən edib, 

lakin bu platforma özünün nəzəri izahını hələ tapmayıb. Televizi­

ya təhlilində məhz bu cəhətin bir qırağa qoyulması, ümumiləşmiş 

ifadələrlə izahların verilməsi yaradıcı yeniliklərə, yeni axtarışlara 

yol  açmır,  əksinə  əsaslanmamış  ziddiyyət  törədir.  Məhz  biz  öz 

elmi işimizdə kulturoloji və bədii təhlilin prinsiplərini müəyyən, 

onun modelini təyin etməyə çalışmışıq.

Tarixi istiqamət bir qədər səthi görünə bilər. Çünki teleyayımın 

tarixi  70  ili  keçmir.  Lakin  nəzərə  alsaq  ki  teatr,  kinematoqrafiya 

və qəzetdən fərqli olaraq, televiziya gündəlik yox, yayımı hər saat 

qurur, onda bu anlamda tarixi illərlə yox, mövsümlərlə yox, bəzən 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə