TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə8/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   4   5   6   7   8   9   10   11   ...   171

18

Ketrin  Kollison  “Televiziyanın  prodüser  işi”  kitabında  yazır: 

“Teleseyrçi  yaxşını  pisdən  ayıran  və  daimi  olmayan  publikadır. 

Onların  maraqları  hər  mövsümdə  dəyişir.  Bu  gün  kafedə  belə 

qızğın söhbəti danışılan verilişi, ola bilər ki, sabah heç kim yadda 

saxlamasın və yenisini müzakirə etsinlər.” (206, səh.123) Məhz bu 

cəhət  teleyaradıcılığı  durmadan  axtarışda  olmağa,  yenilənməyə 

sövq edir, yeni cığırların tapılması əsas yaradıcı meyara çevrilir. 

Televiziya  təhlili  barədə  danışmaq  üçün  onun  əsas  yaradıcı 

me yarlarını,  janrlarını  dəqiq  müəyyən  etməklə  təsnifləndirmək 

olduqca  mühüm  vəzifə  kimi  meydana  çıxır.  Televiziya  yaradıcı­

lığında özünü büruzə verən, daha çox rast gəlinən janrlara diqqət 

yetirməklə onu aşağıdakı kimi təsnifləndirmək daha dəqiq, elmi 

və hərtərəfli yanaşmanı təmin edə bilər:

Tədris  və  sənədli  filmlər  daha  çox  maarifləndirici,  bilikverici 

mahiyyət daşımaqla həm sosial­pedaqoji, həm tədris funksiyalarını 

yerinə yetirməklə, təmir, dizayn, yaşam tərzi, təbiət, səyahət möv­

zuları ilə bərabər araşdırma, tarixə yeni nəzər, bioqrafik, kulis arxası 

baş verən hadisələrdən ibarət temaları da özündə ehtiva edir

Sitkom  ailəvi  baxış  üçün  nəzərdə  tutulan  qadın  və  yeniyetmə 

auditoriyasını  əhatə  edən,  yumoristik  və  maarifləndirici  süjeti 

olan,  tamaşaçının  tanıdığı  qəhrəmanları  müxtəlif  situasiyalar da 

göstərən  televiziya  janrıdır.  Gülüşlə  hansısa  mənfiliklər,  prob­

lemlər göstərilir. Sitkomun gülüşü öldürücü deyil, öyrədici oldu­

ğundan yumora daha yaxındır;

Mahiyyət etibarilə çoxseriyalı filmlər daha çox kriminal, siyasi, 

bir  sözlə,  “qaynar”  mövzuları  əhatə  edən  ailəvi  baxış  üçün  nə­

zərdə  tutulan  kinematoqrafik  elementlərlə  zəngin  yayım  vahi­

didir.  “Məxfi  materiallar”,  “Lost”  və  s.  kimi  məşhur  çoxseriyalı 

filmlər uzun illərdir ki, dünya seyrçilərinin maraq dairəsindədir. 

Bu janr yaxın qonşu ölkələr Rusiya və Türkiyədə inkişaf etmiş və 

ölkəmizdə bu sahədə boşluqların olması ilə əlaqədar yerli seyrçiləri 

bu filmlər öz ətrafına toplamışdır. Burada olan yaradıcı axtarışlar, 

yeniliklər haqqında danışılan janrın bədii imkanlarını artırmışdır; 

İnformasiya  proqramları  janrına  dünyada,  regionda  baş  verən 

hadisələri, siyasi, mədəni, idman xəbərlərini ötürən telejurnallar, 

xəbər buraxılışları, yekun proqramlar daxildir

Uşaq proqramları animasiya, tədris, kukla, dərs proqramlarını 

əhatə edir və kommersiya maraqlarından uzaq olur;

Tok­şoular isə gündüz, axşam və qadın tok­şoularına bölün mək ­

lə ayrı­ayrı mövzuların çözümünə, insanların taleyi ilə bağlı mü­

zakirələrə yer verir;




19

Serial axşam, günorta göstərilən telenovellalardır ki, bu da özü­

nün yaradıcı meyarlarını və janr tələblərini dəqiq müəyyən etmiş 

uzunmüddətli yayım üçün nəzərdə tutulmuş janrdır; 

İdman proqramları janrına idman xəbərləri, analitik araşdırma, 

idman yarışlarından translyasiya daxildir

Oyun  proqramları  intellektual  oyunları,  telelotereya,  əyləncəli 

oyunlar və kapital şouları əhatə edir

Biznes və reklam informasiya proqramları treninq, birja, iqtisa­

di  xəbərlər,  sahələrin  icmalı,  reklam  süjetləri  yayımlamaq  üçün 

nəzərdə tutulur. Reklam dedikdə isə, reklam çarxlarından ibarət 

bloklar,  promo­materiallar  və  müxtəlif  növdə  reklam  xarakterli 

imkanlar ­ yayımlar nəzərdə tutulur;

Musiqili kliplər isə musiqili proqramların yayımı, video­musiqi 

çarxlarının nümayişinə aid olan janrdır. 

Televiziya təşəkkül dönəmi incəsənət və ədəbiyyatda postmoder­

nist təfəkkürün yenicə yaranışı ilə səsləşdiyindən o da öz təbiətinə 

görə  postmodernist  yanaşmanı  ortaya  qoydu.  Tədqiqatçılar  Ar­

tur  Kroker  və  David  Kuk  “Televiziya  təkcə  texniki  obyekt  de­

yil, mənsub olduğu hakimiyyətin simvolik mədəni forması kimi 

cəmiyyətə daxil olan elektron obrazların simulyakrı kimi hər şeyi 

reklam və hakimiyyətin simulyakral dünyasına daxil edən sosial 

aparatdır. Televiziya postmodernizmin real dünyasıdır” (495, səh. 

268). Televiziya postmodern dönəminin həm əksi, həm də canlan­

dırmasıdır. TV­nin təsir imkanlarını, xüsusiyyətlərini, onun şüur­

larda yaratdığı dünyanı çözmək üçün postmodernist yanaşma ol­

malıdır, bu fəlsəfədən kənarda izah tapmaq bir qədər çətin və tam 

olmayan  axtarışdır.  TV  öz­özlüyündə  postmodern  gerçəkliyini 

interpretasiya  edən  model  kimi  çıxış  etdiyindən,  bu  modelin 

özünün  interpretasiyası  postmodernizm  vasitələri  ilə  mümkün­

dür.  Postmodernizmin  diskursunun  əsas  xarakterik  cəhəti  və 

postmodernizm  mədəniyyətinin  təşkilati  vasitələri  fraqmentlilik, 

in termətnlik,  simulyaksiya,  plüralistlikdir.  Fraqmentallıq  televi­

ziyada mozaiklik, seriyalılıq, diskrentliklər şəklində təzahür olu­

nur. Mozaiklik teleproqramın, nəzərə alsaq ki televiziya siqnalları 

his səciklərlə  ekranda  açılır,  deməli,  elə  telegörüntünün  özünün 

də  konstruksiyasının  ayrılmaz  hissəsidir.  Teleyayımın  özü  də  fi­

ziki  baxımdan  hissəciklərdən  ibarət  tordur.  Yayım  proqramı  to­

runun strukturu öz mövzusuna, keyfiyyətinə və müddətinə görə 

bir­birindən  seçilən  verilişlərdən  ibarət  olması  onun  bölünmüş 

xarakterini göstərir. Mozaiklik, kollaj, fraqmentlilik, janrların qa­



20

rışması, metafora ilə gerçəyin, tonların bir­birinə daxil olması te­

leyaradıcılığın mozaik təbiətindən xəbər verir. Texniki imkanların 

genişlənməsi, kompyuter texnologiyasının tətbiqi mozaikliyi daha 

da  dərinləşdirdi,  onu  üslub  xüsusiyyəti  kimi  meydana  qoydu. 

Mozaik  quruluş  və  hissələrdən  ibarətlilik  teleyayımın  özündən 

başqa ayrıca proqram və verilişlərdə də özünü göstərir. Səhər bu­

raxılışından  tutmuş,  xəbər  proqramlarına  qədər,  seyrçi  mozaik 

quruluşlu verilişlərin şahidi olur. Dramaturji quruluşuna görə bu 

verilişləri vahid süjet xətti deyil, onun məqsəd­məramı birləşdirir. 

Bu verilişin daxilində olan süjetlərin özünün hər birinin müstəqil 

dramaturji modeli, strukturu və qəhrəmanı vardır. 

“Seriyalılıq  televiziyanın  təbiətinin  əsas  cəhətidir”  desək,  ya­

nılmarıq. Burada hər şey təkrarlanan proqramlaşdırma üzərində 

qurulur,  yəni  hər  veriliş  həftənin  müəyyən  günündə  və  ya 

gündəlikdirsə, müəyyən saatında davam edir. Janrından asılı ol­

mayaraq,  teleproqramın  proqramlaşdırılması  baş  verir  ki,  bu  da 

seriyalılığı təmin edir. Təkcə seriallar deyil, periodik yayımlanan 

xəbərlər, şoular və ya musiqili verilişlər müəyyən olunmuş vaxt­

da, davamlı şəkildə seyrçiyə təqdim olunur, bununla da, seyrçi­

nin  həyatını  müəyyən  struktura  salır.  Verilişin  vaxtı  seyrçinin 

fəaliyyətini, onun həyat dinamikasını tənzimləyir. Hansısa verilişi, 

filmi  izləmək  üçün  o,  evə  tələsir,  işlərini  televiziya  proqramlatı­

nın vaxtına uyğun qurur, reklamlarda fasiləyə çıxır, yayım bitəndə 

yatmağa qərar verir. Seyrçi artıq vərdiş etdiyi vaxtda izlədiyi veri­

lişi görmədikdə diskomfort yaşayır, əsəbi duruma düşür, nəsə itir­

miş insan kimi rəftar edir. Jan Pol Sarter “Dialektik şüurun təhlili” 

əsərində “seriyalı mədəniyyət” anlayışını elmə gətirərək, bununla 

mass­medianın təsiri ilə biçimlənən sosial mövcudluğun, məişətin 

xüsusiyyətini dəyərləndirdi (168). Məqsədli auditoriya və ya seq­

ment kimi də yərləndirilən əhali qruplarını birləşdirən xüsusi ma­

raqlar var və bu anlayışla müəyyən tip seriyalı verilişləri izləyən 

seyrçilərin qruplaşması nəzərdə tutulur. Sanki, bu seriyalı verilişlər 

yeni icmalar, qruplar yaradır və bu qrupların, sosial birliklərin  heç 

kimin anlamadığı maraqları, istəkləri və yanaşım tərzləri vardır. 

Seriyalı maraqlarla yaranan vəhdət, birliklər cəmiyyəti öz içindən 

parçalayır və qruplar arasında fərqli, ziddiyyətli münasibətlər for­

malaşır. Sarter bunu “seriyalı mədəniyyət par exsellense” adlan­

dırır. Əslində, bu qruplar yanlış, əsassız olur və asanlıqla hansısa 

serial bitəcəyi təqdirdə dağılır. Özlüyündə inteqrasiya funksiyası 

daşıyan  və  öz  işığı  ətrafında  milyonları  toplayan  kimi  görünən 

TV,  əslində,  hipertrafik  bölünmə  yaradır  və  “mən+TV”  düstu­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə