TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə10/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   6   7   8   9   10   11   12   13   ...   171

23

formalarını diktə edir. Demokratik cəmiyyətdə isə kanalların çox­

luğu bir gerçəyə bir neçə fərqli münasibəti, plüralistik yanaşmanı 

ortaya qoyur. Mahiyyət etibarilə postmodern modernizmdən özü­

nün plüralizmi ilə seçilir. Çağdaş insanın özünün sevdiyi gerçəyi 

çatdıran vasitə onun üçün önəmlidir. İnteraktiv, kabel və ən yeni 

olan internet televiziyası plüralizm yaradır, seyrçiyə seçmək im­

kanı  verir.  Plüralizm  özünü  təkcə  yanaşma  tərzində  deyil,  həm 

də  yaradıcı  həlldə,  bədii  imkanların  müxtəlifliyində,  mövzu  və 

onun  təfsirindəki  çoxçeşidlilikdə  əks  etdirməlidir.  Yeknəsəqlik, 

təkrarçılıq  teleyayımın  gücünü,  seyrçi  marağını  zəiflədir,  onu 

gərəksiz vasitəyə çevirir. Yaradıcı axtarışlar, yeni metodlar, yeni­

likçilik ən əsas da müxtəliflik, rəngarənglik teleyaradıcılığın baş­

lıca  meyarı  olmalıdır.  Boz,  məzmunsuz  verilişlər  seyrçinin  sonu 

görünməyən kanal axtarışına gətirib çıxarır. 

Beləliklə, teleyaradıcılığa postmodernist yanaşmanın daha mü­

fəssəl,  dəqiq,  onun  təbiətini  daha  izahedici  olduğu  ümumi  qə­

naətinə gəlirik. Teleyayımın yaradıcı, sosial, kulturoloji anlamını 

postmodernist anlamın təhkiyəsindən kənarda çözmək televiziya­

şünaslığı dalana aparar, hərtərəfli izaha imkan verməyən yanaş­

ma olar. Televiziya strukturca ­ kadrın düzülüşü, yayım şə bəkəsi, 

idarəetmə  metoduna  görə  fraqmental,  informasiyanın  translya­

siyasının  intertekstual  təbiətinə  görə  simulyakor  və  seyrçiyə  se­

çim  imkanı  vermək  baxımından  plüralistdir.  Konkret  misallar 

üzərində deyil, sadəcə, nəzəri yanaşma ilə bu eyniliyi göstərməklə 

sonrakı  fəsillərdə  struktur,  idarəetmə,  yaradıcı  meyarların  mü­

əyyənləşdirilməsi  ilə  fikrimizi  dərinləşdirəcəyik.  Mozaikli  posts­

truktural yanaşmanın şahidi olmaq üçün hər kəsin evində olan tele­

vizorun düyməsini sıxmaq kifayət edir. Televiziya nəzəriyyəsində 

konkret misallar üzərində qurulan təhlildə, ümumi yaradıcı, bədii 

prosesi izah etdikdə bu cəhətləri nəzərə almaq qaçılmazdır. 

Teletənqidin  metodologiyası  filologiyanın,  sənətşünaslığın,  so­

siologiyanın  metodları  üzərində  qurulmaqla,  özünün  spesifik 

cəhətlərini, imkanlarını nəzərə almaqla formalaşır. Televiziya sin­

tetik  incəsənət  növü  olmaqla  audiovizual  keyfiyyətinə  görə  bir 

neçə sənətin qovuşuğunda yarandığından təhlildə də bu cəhətləri 

nəzərə  almaq,  gedən  prosesləri  izləmək  və  bu  kontekstdən  bax­

maq doğru olardı.

Görkəmli  tədqiqatçı  Ənvər  Bağırov  kütləvi  informasiya  va si­

tələri,  əsasən  də  televiziyanın  tədqiqatı  ilə  bağlı  çoxsaylı  əsər lə­

rində  metodologiyanı  və  onun  əsas  istiqamətlərini  təyin  edərək, 

onu  marksizm­leninizm  metodologiyası  üzərində  qurulan  sosial 




24

informasiya nəzəriyyəsi ilə təhlil etməyə çalışmışdır. Sosial­siyasi 

dəyişmələr bu yanaşmanın bütöv olmadığını göstərdi və bazar iq­

tisadiyyatı yolunu seçmiş cəmiyyətin KİV üzərində yeni vəzifələr 

qoymasından  doğan  nəzəriyyə,  təhlil  boşluqları  dərhal  nəzərə 

çarpdı. Lakin Ə. Bağırov təhlilin istiqamətlərini düzgün müəyyən 

etdiyindən,  ilk  dəfə  KİV­in  öyrənilməsində  əsas  istiqamətləri 

təklif edən mediatənqidçi kimi elmi yaddaşda qalacaqdır. Onun 

nəzəriyyəsinə əsasən təhlildə dörd əsas istiqamət götürülməlidir:

• Sosioloji – informasiyanın istehsalı və istehlakı prosesi analizin 

əsas predmetidir;

• Kulturoloji – informasiyanın özünün analizi ilə məşğuldur;

• Tarixi – genetik analizlə məşğuldur;

• Futuroloji – proqnostik analizlə məşğuldur. (398, I – səh. 67)

Sosioloji  istiqamət  təhlili  televiziyanın  yayımladığı  proqramla­

rın, xəbərlərin, ümumilikdə informasiyanın fərdin şüurunda bu­

raxdığı  izi  öyrənməyə  imkan  verir.  Burada  təkcə  auditoriyanın 

öyrənilməsi və ya sorğu­reytinq göstəricisi əsas götürülməməlidir,      

həm də yaradıcı heyətin, telekanalın yaradıcı siyasəti, onun vermək 

istədiyi sosial informasiyanın məzmun­ideya çözümü aparılmalı­

dır. Yalnız bu yolla şüura təsirin əsl gücünü, mahiyyətini anlamaq 

olar. O. Larsen “Kütləvi kommunikasiya vasitələrinin sosial təsiri” 

əsərində artıq KİV­in tərbiyəsi ilə böyümüş insanların psixologi­

yasını, dünyagörüşünü, təfəkkürünü öyrənməklə kommunikasiya 

vasitələrinin təsir imkanlarını ölçməyi təklif edirdi. (497, səh. 123) 

P. Lazorsfeld isə bu fikri inkar edərək heç bir KİV­in sosial təsiri 

və  onun  nəticəsində  böyük  dəyişmələrin  olmadığını  söyləməklə 

bu  fərziyyələri  şişirtmə  hesab  edirdi.  (498,  səh.185)  Lazorsfeldlə 

qismən razılaşaraq seyrçidə TV­informasiya qorunma baryerlərinin 

bi çimləndiyini söyləməliyik. Lakin bir çox tədqiqatçılar televiziya­

nın manipulyasiya mexanizmlərindən istifadə edərək bu maneələri 

aşmaqla şüura təsir etməsi fikrini təsdiq edirlər. R. Baker bu pro­

sesi  “inadkar  seyrçinin  ram  edilməsi”  adlandırır.  (476,  səh.319) 

Bir çox tədqiqatçılar manipulyasiya nəticəsində təsirin uğuru və 

onun məhsulu kimi hissləri və düşüncəsi dəyişmiş yeni nəsli misal 

olaraq göstərirlər. Fərqli, ziddiyyətli elmi qənaətlər olduqca mü­

hüm bir sahə olan təsir mexanizmləri və onun nəticələrini daim 

diqqətdə saxlamağı, analizi, sınaqları davam etdirməyi tələb edir. 

Bu mənada sosioloji təhlil gərəkli və televiziyaşünaslığın ayrılmaz 

sahəsidir. Sosioloji təhlildə televiziyanı ayrıca bir proses kimi de­

yil, kütləvi kommunikasiya vasitəsi olaraq araşdırmaq, onun yara­

dıcı siyasətini, sosial mesajını öyrənmək gərəkdir. G. Gerbner öz 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə