Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   25   26   27   28   29   30   31   32   ...   120

 
62 
gəldilər  və  çarın  özünü  əsir  götürdülər.  Massanassa  Tsirta  şəhərini  tutmaqla  bütün 
Numidiyanın hökmdarı oldu. Bu həm  də Karfagenin yeganə  müttəfiqindən məhrum 
olması  idi.  Ona  görə  də  Karfagenin  ali  orqanı  olan  30-lar  şurası  (bu,  300-lər 
şurasından  seçilirdi)  Stsipiondan  şəhərə  aman  verməyi  və  sülh  barədə  xahiş  etdi. 
Buna  cavab  olaraq  romalı  sərkərdə  ağır  tələblər  irəli  sürdü.  Hannibal  İtaliyanı  tərk 
etməli oldu və məzəmmətlə dedi ki, qoy Stsipion lovğalanmasın, bizim evimizi başqa 
bir  imkanı  olmadığından  Karfagenin  xarabalıqları  altında,  Hannon  məhv  etdi. 
Karfagen  hökuməti  artıq  Roma  senatının  qoyduğu  şərtlərlə  razılaşaraq  sülhə  can 
atırdı.  Senat  da  sülh  müqaviləsini  təsdiq  etdi.  Lakin  özlərini  alçaldaraq,  qəbul 
etdikləri sülhü karfagenlilər pozdular.  
Stsipion  202-ci  il  kampaniyasında  Karfagen  yaxınlığındakı  ərazidə 
piyadalarını yerləşdirdi. Bu vaxt Hannibal özü elçi kimi onun yanına gəldi. O, təklif 
etdi ki, Afrikadan kənardakı bütün Karfagen torpaqları Romaya verilsin. Romalı isə 
daha  böyük  güzəştlər  tələb  etdi.  Sonrası  gün  Zama  yaxınlığında  böyük  döyüş 
başlandı. Hannibal öz döyüşçülərinin qarşısında 80 fil qoymuşdu. Süvari qoşunlarda 
üstünlük  Stsipionun  tərəfində  idi,  numidiyalılar  ona  qoşulmuşdu.  Romalılar  öz 
qışqırıqları,  truba  çalmaları  ilə  filləri  qorxuzdular  və  fillər  romalıların  mizraq 
zərbələrindən  sonra  Karfagen  süvarilərinin  üstünə  yeriməyə  başladı.  Döyüş 
qızışdıqda karfagenlilər qaçmağa başladı. 20 min karfagen döyüşçüsü öldürüldü və o 
sayda  da  əsir  götürüldü.  Romalıların  itkisi  çox  az  idi.  Bu  Hannibalın  ilk  və  son 
məğlubiyyəti idi.  
Bundan sonra Hannibal özü romalılarla danışıqlar aparılmasının təşəbbüsçüsü 
oldu.  Bu  vaxt  senat  Stsipiona  özünün  lazım  bildiyi  şərtlərlə  son  sülh  müqaviləsi 
bağlamağı tapşırdı. Onun düşərgəsində 201-ci ildə sülh müqaviləsi imzalandı.  
Karfagenlilər  Stsipiona  özlərinin  sayı  500-ə  qədər  olan  hərbi  gəmilərini, 
həmçinin  fillərini,  fərariləri,  qaçmış  qulları  və  əsirləri  verdi.  Gəmilər  hamısı 
Karfagen  yaxınlığında  yandırıldı,  fərari  latinlilərin  başı  vuruldu,  romalılar  isə 
çarmıxa  çəkildi.  Hamilkar  Barka,  onun  kürəkəni  Hasdrubal  və  oğlu  Hannibal 
tərəfindən  başlanan  II  Puniya  müharibəsi  onun  təşəbbüsçüsü  olan  ölkənin  tam 
məğlubiyyəti, Romanın hərbi zəfəri ilə başa çatdı.  
Bu məğlubiyyətin günahını, hamı Hannibalın üstünə yıxmağa çalışırdı. O, isə 
əvəzində  bildirdi  ki,  ölkənin  Ali  Şurası  xəsislikdən  və  onun  əksinə  hərəkət 
etdiyindən,  qalib  gəlməyə  imkan  vermədi.  Təzminatı  vermək  üçün  hökumət  pul 
yığmağa başlayanda əhali olduqca məyus idi. Bu vaxt camaatın hüznlü vaxtında bir 
nəfər Hannibalı gülən gördükdə, onu məzəmmət etdi ki, bu göz yaşlarının günahkarı 
axı onun özüdür. Buna Hannibal belə cavab verdi: "Sizin üzünüzün ifadəsini görən 
kimi,  nə  vaxtsa  sizin  könlünüzü  görmək  mümkün  olsaydı,  onda  siz  asan  başa 
düşərdiniz ki, sənin söydüyün bu gülüş sevincdən yox, dərddən, demək olar ki, dəli 
olmuş ürəkdən gəlir. Bu gülüş sizin axmaq və iyrənc göz yaşlarınız kimi o dərəcədə 
yersiz  deyildir.  Bizim  silahımızı  alanda,  gəmilərimizi  yandıranda,  xarici  düşmənlə 
müharibə  etməyi  bizə  qadağan  edəndə  ağlamaq  lazım  idi,  məhz  bu  yaralardan  biz 
məhv oluruq. Əlbəttə, güman edilməlidir ki, romalılar bizə nifrət bəsləyirdilər. Heç 
bir  dövlət  sakitlikdə  yaşaya  bilməz.  Əgər  onun  xaricdə  düşməni  yoxdursa,  onu 
daxildə  tapır.  Necə  ki,  çox  güclü  bədənlər  xarici  təsirlərdən  mühafizə  olunan  kimi 
görünürlər,  lakin  özünün  qüvvəsindən  əziyyət  çəkirlər.  Əlbəttə,  biz  dövlətin 


 
63 
dərdlərindən daha çox bizim özəl mənafelərimizə toxunanları hiss edirik, onlardan da 
heç  nə,  pulun  itirilməsi  kimi  acı  zərbə  vurmur.  Belə  ki,  Karfagendən  qalibiyyətli 
yaraqlar soyundurulanda, bir belə silahlanmış Afrika tayfaları arasında onun silahsız 
və çılpaq qoyulduğunu gördükdə, heç kəs hönkürüb ağlamırdı; indi özəl vəsaitlərdən 
pul  yığmaq  lazım  gələndə,  siz  göz  yaşları  axıdırsınız,  elə  bil  ki,  dövlətin  dəfn 
mərasimindəsiniz. Qorxuram ki, siz tezliklə hiss edəcəksiniz ki, bu gün cüzi bir dərdə 
görə ağlayırdınız". Bunu tarixçi Tit Livi qələmə almışdır.  
Hannibal  isə  hələ  də  səhnədən  çıxmamışdı.  Karfagen  şurasını  kəskin  tənqid 
etdiyinə görə, 196-cı ildə onu dövlətdəki ən yüksək vəzifəyə seçdilər, o, suffet oldu.  
Hələ 217-ci ildən materik Yunanıstanı qorxulu "Qərbdəki buluddan" hali idi. 
Yunanların  düşüncəsinə  görə,  II  Puniya  müharibəsində  vuruşan  hər  iki  tərəf 
"barbarlar"  idi.  Romanın  adı  olan  yunan  sözü  "rhome"  tərcümədə  "kobud  qüvvə" 
mənasını verirdi.  
Romada yuxarı sinfin uşaqları yunanca danışmağı öyrənirdilər, çox vaxt erkən 
yaşlarında onlara qul dayələrdən, sonra isə məktəbdə və ya ailə müəllimi tərəfindən 
yunan  ədəbiyyatına  məhəbbət  aşılanırdı.  Bunu  öyrədənlər  isə  azad,  ya  qul  yunanlar 
olurdu.  Nəticə  kimi  təhsil  görmüş  romalı  m.ə.  II  əsrdə  bilinqval  idi  və  hər  iki  dildə 
sərbəst danışırdı.  
Yenidən  özünə  güvənməyə  başlayan  Roma  200-cü  ildə  Şərqə  üz  tutub, 
Makedoniyaya  yeni  müharibə  elan  etdi.  Roma  həm  də    Hannibalı  ittiham  etməyə 
başladı  ki,  o,  Selevkid  dövlətinin  başçısı  III  Antioxla  gizli  yazışma  aparır  və  onun 
elçilərini qəbul edir. Bundan başqa o, ölkəsində hissləri qızışdırmaqda davam edir ki, 
dövləti  sakit  həyatdan  yalnız  silah  toqquşması  oyada  bilər.  Buna  görə  Hannibal 
qaçmağı qərara aldı və gəmiyə oturub Afrikanı tərk etdi. O, yalnız Antioxun yanına 
gedə  bilərdi,  ona  görə  də  Tirə  gəlib  çıxdı.  Lakin  çar  Kiçik  Asiyada  olduğundan 
Hannibal  onun  arxasınca  Efese  getdi.  Antiox  bu  dövrdə  Yunanıstana  və  Kiçik 
Asiyaya  ağalıq  etmək  üstündə  Romanın  əsas  rəqibi  idi.  Ona  görə  də  Hannibal  onu 
İtaliyada  müharibə  aparmağa  sövq  edirdi.  192-ci  ildə  Antiox  qoşunları  ilə 
Fessaliyaya  gəldi,  Lakin  artıq  191-ci  ilin  aprelində  Fermopil  keçidi  yaxınlığında 
darmadağın edildi və ordusunun qalıqları ilə Kiçik Asiyaya, Efesə qaçdı. Bu həmin 
Fermopil keçidi idi ki, 480-ci ildə Sparta çarı Leonid 300 nəfər spartalı döyüşçü ilə 
Kserksin  başçılığı  altında  möhtəşəm  Persiya  ordusunun  qarşısını  kəsmişdi. 
Spartalılar  başçıları  ilə  birlikdə  həlak  olub,  özləri  haqqında  əfsanəyə  bənzəyən 
qəhrəmanlıq səlnaməsi yaratmışdılar. İndi 290 il sonra bu keçid Antiox üçün biabırçı 
məğlubiyyət  rəmzinə  çevrildi.  Bu  məğlubiyyət  Hannibalın  ümidlərini  də  qayaya 
çırpdı.  Artıq  Roma  ilə  vuruşmağa  qadir  olan  heç  bir  dövlət  qalmamışdı.  Lakin  o, 
özünü  təslim  etmək  barədə  fikirləşmirdi.  Bir  çox  ölkələrdə  olduqdan  sonra  o, 
Vifiniyaya  gəldi.  Burada  Roma  səfiri  çar  Prusiyadan  Hannibalı  romalılara  verməyi 
tələb etdi. Əsgərlər onu tutmağa gələndə, Hannibal xilas olmaq üçün heç bir imkanı 
olmadığını görüb, zəhər içdi və özünü öldürdü. Belə deyirlər ki, o, öləndə demişdi: 
"Qoy  romalıları bu qayğıdan azad edək,  madam ki, onlar qocanın ölümünü gözləyə 
bilmirlər".  
III Puniya müharibəsi başlayanda karfagenlilər öz donanmalarını və ordularını 
bərpa  etmişdilər.  Strabonun  yazdığına  görə,  II  əsrin  50-ci  illərində  Karfagenin  705 
min əhalisi var imiş. Bu olduqca gözəl şəhər olub, yaraşıqlı və yaşıllığa qərq olmuş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə