Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   22   23   24   25   26   27   28   29   ...   120

 
56 
ordusunun  ömrünü  heç  olmazsa  on  beş  il  uzada  bilmişdi,  dövlətinin  ikinci,  daha 
təsirli  məğlubiyyətini  bir  qədər  geri  çəkə  bilmişdi.  Bir  də  Hannibal  belə  parlaq 
qələbənin bəhrələrini bir neçə gün sonra Roma divarları qarşısında itirmək istəmirdi 
və strateji təşəbbüsü ələ ala bilmədiyinə və bəlkə də əlindən buraxdığına görə, nəinki 
heç nəyə nail ola bilmədi, faciəli cəhət orasındadır ki, nəticə etibarilə hər şeyi itirdi.  
Lakin  Kann  qələbəsindən  sonra  o,  özünü  elə  aparırdı  ki,  elə  bil  ki,  müharibə 
qurtarmışdır,  onun  özü  isə  əsl  qalibdir.  Buna  görə  də  o,  Romanı  da  öz  igidliyi  ilə 
məğlub etmək istədiyini söyləyirdi və italiyalıları öz tərəfinə çəkmək cəhdlərindən əl 
çəkmirdi.  O,  Roma  senatına  əsirlərdən  bir  neçəsini  göndərdi  ki,  qalib  kimi  özünün 
sülh  təkliflərini  çatdırsın.  Əsirlərə  onun  yaxın  adamlarından  biri  də  qoşulmuşdu. 
Diktator onun elçisi Kartalona, qaranlıq düşənə qədər Romaya məxsus olan ərazidən 
çıxmağı  əmr  etdi.  Hannibal  üçün  bu,  olduqca  nəhs  simptom  idi.  Bu  rədd  ilə  Roma 
müharibəni uduzduğunu etiraf etməkdən, əslində imtina edirdi. Hannibal qalib hesab 
edilmirdi  və  ondan  sülh  və  aman  xahiş  edilmirdi.  Hannibal  onunla  bir  qalib  kimi 
danışıqlar aparılacağını və özünün təhqiramiz, alçaldıcı sülh şərtlərini diqtə etməsini 
gözlədiyi  halda,  yeni  müharibələr  seriyasına  başlamalı  oldu.  Görünməmiş  döyüşün 
və romalıların ağır məğlubiyyətinin baiskarı olan bir qalib əsl qələbəyə, ona rahatlıq 
verən  qəti  qələbəyə  bu  vaxt  həmişə  olduğundan  daha  uzaq  idi.  Kanndakı  qələbə 
Hannibalın  strateji  məqsədə  çatmasında  elə  bir  irəliləyiş  əmələ  gətirməsə  də, 
Karfagen  dövlətinə  Afrikada  və  İtaliyanın  cənubunda  xeyli  müttəfiq  qazandırdı.  Bu 
qələbədən  sonra  bir  çox  İtaliya  şəhərləri,  Kampaniya  kimi  bütöv  vilayətlər 
Hannibalın tərəfinə keçdi. Lakin belə bir həqiqət də vardır ki, bir dəfə xəyanət edən, 
birinə xəyanət edən dəfələrlə, başqalarına da xəyanət edəcəkdir. Ona görə də Romaya 
xəyanət edən şəhərlər, tale üz döndərən kimi Hannibala da xəyanət edəcəkdilər.  
Kapuya  Kann  vuruşmasına  qədər  Roma  ilə  müttəfiqliyi  davam  etdirirdi. 
Hannibal öz ordusunu Kapuyanın üzərinə apardı. Bu vaxt plebsin köməyi ilə şəhərdə 
hakimiyyəti  Pakuvi  ələ  keçirdi,  bu  isə  Roma  əleyhinə  olan  əhval-ruhiyyənin 
güclənməsinə səbəb oldu. Kapuyanın səfirlərini qəbul edən Varron Romanın ümidsiz 
vəziyyətini onlara açıb göstərdi. Romalılar hər şeyi - ordunu, ərzağı, pulu itirmişdir. 
Ona görə də müttəfiqlər romalılara kömək etməkdənsə, romalıların əvəzinə müharibə 
aparmalıdırlar  ki,  vətəni  ümumi  düşməndən  qorusunlar.  Düşmənlər  haqqında 
danışarkən  o,  qeyd  etdi  ki,  puniyalı  düşmən  heç  bir  qanuna  məhəl  qoymur,  insan 
kimi də yaşaya bilmir, hətta demək olar ki, insan nitqinə də malik deyildir. Təbiətcə 
və  xarakter  etibarilə  qəddar  və  vəhşi  olan  bu  məxluqları,  sərkərdə  insan 
bədənlərindən körpülər və bəndlər tikməklə və bunu demək də adama iyrənc gəlir ki, 
insan ətini yeməyi öyrətməklə, daha da qəddarlaşdırmışdır. Buna dözmək də çətindir 
ki,  İtaliya  numidiyalıların  və  mavrların  əyaləti  olmuşdur.  Səfirlərdə  belə  bir  qənaət 
yarandı ki, Roma artıq döyüşmək vəziyyətində deyildir və onlar bu fikrə gəldilər ki, 
kapuyalılar Hanniballa ittifaqda, İtaliyada ağalığı əldə edə bilərlər. Plebs və senatın 
əksəriyyəti Karfagenlə ittifaq tərəfdarı idi. Sonra onlar belə bir şərt irəli sürdülər ki, 
Romaya kömək edərlər, ancaq konsullardan biri kapuyalı olmalıdır. Roma hökuməti 
bu  təklifi  çatdıran  səfirləri  şəhərdən  qovdu.  Belə  bir  səfirlik  Hannibalın  da  yanına 
göndərildi,  romalıların  əksinə  o,  kapuyalılar  nə  istəyirdisə,  onların  hamısını  verdi. 
Hannibal onlara söz verdi ki, tezliklə  məhz Kapuya Romanın yerini tutub, İtaliyaya 


 
57 
başçılıq edəcəkdir, başqaları kimi romalılar da qanunları Kapuyadan alacaqdır. Belə 
sözlər Kapuyanı idarə edənlərin çox xoşuna gəlirdi.  
Lakin  İtaliyada  belə  müttəfiqlər  qazanan  Hannibalın  yenə  də  təzə  köməyə 
ehtiyacı  var  idi.  Bunu  əldə  etmək  üçün  o,  Karfagenə  qardaşı  Mahonu  göndərdi. 
Mahon Hannibalın qələbələrini şişirdə-şişirdə senata məlumat verdi. Onun sözlərinə 
görə, düşmən romalılar 200 min adam itirmiş, 50 min adamdan artıq əsir vermişlər. 
Axırda isə o, əlavə  kömək, qoşunlar üçün isə ərzaq və pul xahiş etdi.  Hamı sevinc 
içərisində idi. Bu vaxt Hannibalın tərəfdarlarından biri müharibəyə qarşı etiraz etdiyi 
və  Hannibalı  romalılara  verməyi  təklif  etdiyi  çıxışlarına  görə  Hannonu  məzəmət 
etməyə başlayanda,  Hannon ona sərt cavab verdi. O, dedi ki, Hannibalın qazandığı 
qələbələr bəhrəsizdir. Qalib gələn sərkərdə yenə ərzaq və pul tələb edir, elə bil ki, o, 
özü məğlub olmuşdur və qənimət götürməmişdir.  
Mahonun  vətənə  səfəri  Hannibalın  ümidlərini  doğrultmadı.  Hökumət  4  min 
süvari  və  40  fil  ayırdı,  hələ  onları  da  Hannibala  çatdırmaq  lazım  idi,  çünki  onun 
dənizə çıxışı yox idi. Heç hökumət də öz vədini yerinə yetirməyə tələsmirdi.  
Romada  Kann  yaxınlığındakı  məğlubiyyətin  yaratdığı  əks-səda  şaiyələrin 
yayılmasında,  təslimçilik  əhval-ruhiyyəsinin  genişlənməsində  öz  əksini  tapdı. 
Keçmiş  diktator  Kvint  Fabi  Maksim  təklif  etdi  ki,  şəhərdə  sakitlik  yaradılsın, 
qadınlara  ictimai  yerlərdə  görünmək  qadağan  olunsun,  qohumlara  görə  yas 
saxlanmasına son qoyulsun. Heç kəs şəhərdən buraxılmasın, vətəndaşlar öz evlərində 
oturub, öz yaxın adamlarının taleyi barədə məlumatı gözləsinlər. Bundan bir az sonra 
Roma  senatı  Varronun  məlumatını  aldı  və  baş  verən  fəlakətin  ağlasığmaz  miqyası 
haqqında təsəvvür əldə etdi. Hər yeri panika bürümüşdü. Bu vaxt gənc hərbi tribun, 
Hannibalın gələcək qalibi Kiçik Publi Korneli Stsipionun işə qarışması nəticəsində, 
başqa bir çarın yanına qaçmaq barədəki iyrənc plan baş tutmadı.  
Karfagen  qoşunlarının  Kapuyada  qışı  keçirməsi  Hannibalın  ən  mühüm 
səhvlərindən  biri  oldu.  Alpın  sərt  aşırımlarının,  böyük  məhrumiyyətlərin  əyə 
bilmədiyi,  qalib  gələ  bilmədiyi  Puniya  ordusunu  hədsiz  kef,  eyş-işrət  məhv  etdi. 
Onlar adət etmədikləri belə istirahətə və yeyib-içməyə acgözlüklə yanaşırdılar. Yuxu, 
şərab,  bol  xörəklər,  əxlaqsız  qadınlar,  hamam,  bekarçılıq  uzun  müddət  davam 
etdiyindən  onların  bədənini  və  ruhunu  zəiflətdi.  Böyük  tarixçi  Tit  Livi 
karfagenlilərin, bədbəxtlik gətirən bu eyş-işrətlərini məhz bu cür təsirli sözlərlə təsvir 
edir.  
Hannibalın  mühasirədə  saxladığı  Kasilina  şəhərində  isə  adamlar  və  Roma 
döyüşçüləri  aclıqdan  əziyyət  çəkdiklərindən  dəri,  ot,  siçovul  yeyirdilər.  Artıq 
İtaliyada  müharibə  "süst"  gedirdi.  Nə  214-cü,  nə  də  213-cü  ildə  Hannibal  elə  bir 
hücum  əməliyyatı  apara  bilmədi.  Lakin  213-cü  ildə  həm  Karfagendə,  həm  də 
Hannibalın  ordusunda  ciddi  təhlükə  kimi  qəbul  edilən  bir  hadisə  baş  verdi.  Bu  da 
ondan ibarət idi ki, İspaniyada vuruşan Stsipion qardaşları Şimali Afrika sahillərinə 
çıxdılar.  Bu  hərəkət  romalılara  böyük  diplomatik  üstünlük  qazandırdı.  Romalılar 
Numidiya çarlarının biri ilə ittifaq bağladılar.  
Hannibal  isə  Tarenti  tutmağa  çalışdıqda,  nəzarətsiz  qalan  Kapuyanı  romalılar 
ələ keçirmək istədilər və onu mühasirəyə aldılar. Hannibal isə ciddi səhv buraxaraq, 
kampaniya  üçün  strateji  əhəmiyyət  kəsb  edən  şəhərin  taleyinə  biganə  qaldı.  212-ci 
ildə  Siciliyada  da  vəziyyət  heç  də  karfagenlilər  üçün  yaxşı  deyildi.  Sirakuzanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə