Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   20   21   22   23   24   25   26   27   ...   120

 
52 
Bundan  məqsəd  potensial  düşməni  qorxuzmaq  idi.  Lakin  bu  taktika  fayda 
vermədiyindən, Hannibal əvvəlki siyasətinə qayıtmağa məcbur oldu.  
Trazimen  gölü  yanındakı  biabırçı  məğlubiyyət  romalıları  ciddi  qorxuya  saldı 
və onlar çaşqınlıqdan Foruma qaçdılar. Şəhərdə çoxlu şayiələr gəzirdi. Qney Servili 
konsul  yoldaşının  həlak  olduğunu  eşitdikdən  sonra  Romaya  qayıtdı  ki,  lazım  gəlsə 
şəhərin  divarları  önündə  vuruşsun.  Ağır  vəziyyəti  görüb,  Senat  yeganə  çıxış  yolu 
kimi  diktatura  təsis  etməyi  qərara  aldı  ki,  hakimiyyət  bir  əldə  cəmləşsin,  dövlətin 
cəhdləri bir istiqamətdə birləşsin. Xalq yığıncağı Kvint Fabi Maksimi diktator seçdi.  
Elə  bu  yığıncaqda  qaydaların  əksinə  olaraq  onun  köməkçisi  -  süvari  rəisi  də 
seçildi.  Bu  vəzifəni  Mark  Minutsi  Ruf  tutdu.  Bir  az  sonra  Minutsidə  Fabinin  siyasi 
xəttinin  düzgünlüyünə  qarşı  şübhə  yarandı  və  o,  öz  səlahiyyətindən  sui-istifadə 
etməyə başladı. Onların hər biri o dövrdəki Romanın iki güclü senat qruplaşmalarını 
-  Fabiləri  və  Emililər-Korneliləri  təmsil  edirdilər.  Dövlətin  bu  ağır  vaxtında  belə 
kompromiss variantı tapılıb seçilmişdi.  
Fabi  öz  vəzifəsinə  başlayan  kimi,  həlak  olmuş  konsul  Flaminini  bu  ağır 
məğlubiyyətdə ittiham etməyə başladı. O, Servilinin tabeliyində olan orduları təhvil 
götürdükdən  sonra,  əlavə  iki  legion  yaratdı  və  karfagenlilərin  yaxınlığında  öz 
düşərgəsini saldı. Bunu görən Hannibal yeni döyüşə başlamağa cəhd etdikdə, Fabi bu 
fitnəkarlığa  getmədi  və  ona  görə  də  qoşunlar  düşərgəni  tərk  etmədi.  Fabi  başa 
düşürdü  ki,  yeni  böyük  toqquşma  hökmən  romalıların  məğlubiyyəti  ilə 
nəticələnəcəkdir,  ona  görə  də  o,  bütün  vasitələrlə  bu  toqquşmalardan  qaçırdı.  O, 
təkcə  daim  fəaliyyət  göstərən  və  Romaya  açıq  üstünlük  verən  bir  faktora  ümid 
bəsləyirdi.  Bu  Hannibal  ordusu  ilə  müqayisədə  onun  maddi  resurslarının  tükənməz 
olması və döyüşçü kontingentinin sayca üstünlüyü idi. Hannibal özü də başa düşürdü 
ki,  əvvəlki  sərkərdələrdən  fərqli  olaraq,  indi  o,  daha  istedadlı  və  məharətli  hərbi 
xadimlə  üz-üzə  gəlmişdir.  Diktator  Fabi  öz  legionları  ilə  Hannibalı  addımbaaddım 
izləyir, onu gözdən buraxmır, həm də ona düzənliyə enməyə imkan vermirdi. Kiçik 
toqquşmalarda  qalib  gələn  Roma  əsgərinin  isə  bu,  mənəvi  və  psixoloji  vəziyyətini 
möhkəmləndirirdi.  Hannibalın  çox  gözləməsinə  baxmayaraq,  Fabi  iri  döyüşdən 
qaçırdı.  Bu  vaxt  Hannibal  İtaliyanın  cənubuna  hərəkət  etməyi  qərara  aldı.  Çünki 
onun qələbələrinə baxmayaraq, İtaliyada bir şəhər də Hannibalın tərəfinə keçməmişdi 
və  onlar Romaya  sədaqətini  saxlayırdı.  Cənubda  isə  o,  ya Fabi  ilə  iri  döyüşə  girər, 
yaxud  da  tam  və  qəti  qələbə  çaldığını  göstərərdi.  O,  bu  məqsədlə  Kampaniyanı 
sınaqdan çıxarmağı qət etdi. O, güman edirdi ki, Kapuyanı tutmaqla bütöv Apennin 
yarımadasına sahib olacaqdır. 
Falerna  vilayətində  romalılar  düşməni  mühasirəyə  aldı  və  bu  vaxt  intendant 
rəisi Hannibaldan göstəriş aldı ki, quru oduncaqdan nə qədər mümkünsə, çoxlu məşəl 
hazırlasın.  Bu  hazır  olduqda  sərkərdə  tapşırdı  ki,  alovlanan  məşəlləri,  çöllərdən 
gətirilmiş  öküzlərin  buynuzlarına  bağlasınlar.  Düşərgədə  2  min  öküz  var  idi. 
Hannibal  əmr  etdi  ki,  gecə  onları  dağlara,  romalılar  yerləşən  yüksəkliklərə  tərəf 
qovsunlar.  Onların  arxasınca  Puniya  ordusu  gedirdi.  Öküzlər  dağların  və  təpələrin 
ətəyinə  çatdıqda  Hannibal  şərti  işarə  verdi  ki,  onları  zirvəyə  qovsunlar.  Alovun 
görünüşündən,  yanan  buynuzlarının  və  başlarının  dəhşətli  ağrısından  dəli  olan 
öküzlər  hər  tərəfə  qaçmağa  başladılar.  Məşəllərdən  kol-kos  yanmağa  başladı. 
Romalılar  mühasirəyə  alındıqlarını  güman  edib  qaçmağa  üz  tutdular.  Lakin  bu 


 
53 
qarmaqarışıqlıqda  karfagenlilər  və  romalılar  döyüşə  başlamağa  cəsarət  etmədilər. 
Bundan istifadə edən Hannibal öz ordusunu mühasirədən çıxardı. Bir az sonra Fabini 
Romaya çağırdılar və qoşunlara rəhbərlik süvari rəisi Munitsinin üzərində qaldı.  
Hannibal özü də gözləmədiyi çətin vəziyyətə düşmüşdü. Onun nə müttəfiqi, nə 
də bir köməyi var idi. İri itkilər verməsə də, onun ordusunun tərkibi azalırdı. Xırda 
toqquşmalar  onun  qoşunlarını  taqətdən  salırdı  və  uğursuz  sonluq  təhlüəsi  ona  daha 
aydın  görünürdü.  O,  İtaliyanın  cənubuna  da  keçə  bilmədi,  Kapuya  da  onunla 
müttəfiqlikdən  imtina  etdi.  Karfagen  senatı  onun  kömək  barədə  xahişinə  məhəl 
qoymadı.  O,  xəbər  göndərmişdi  ki,  düşməni  məğlub  etmişdir.  Lakin  qalib  kimi 
doğma  şəhərinə  qənimət  göndərmək  əvəzinə,  ondan  adamlardan  və  puldan  ibarət 
yeni kömək istəyirdi.  
Roma da Fabidən narazı idi. Bəziləri onu cinayətkar adlandırır, lənglikdə, hətta 
xəyanətkarlıqda ittiham edirdi. Fabi planı uzun müddət üçün nəzərdə tutulduğundan, 
belə tezliklə öz üstünlüyünü göstərə bilməzdi. Romalılar bundan hiddətlənirdilər ki, 
düşmən İtaliya torpaqlarında qalmaqda və onu viranə qoymaqda davam edir. Bundan 
başqa  Romanın  özü  üçün  təhlükə  nəinki  sovuşmamışdı,  həm  də  qorxulu  olaraq 
qalırdı.  Bədbəxtlikdən  diktatorun  köməkçisi,  Mark  Munitsi  Ruf  da  narazılar 
cəbhəsindən  çıxış  edirdi.  Munitsi  nə  igidlikdə,  nə  də  sərkərdə  məharətində  Fabi  ilə 
müqayisə oluna bilməzdi, ondan çox aşağıda dayanırdı.  
Həmvətənləri Fabiyə təhqiramiz "Kunktator" - "Ləngiyən" ləqəbini qoysa da, 
məhz Fabi xeyli dərəcədə vətənini ağır məğlubiyyətdən və Karfagen zülmündən xilas 
etdi.  Onun  mərd  təmkini  ilə  Munitsinin  çılğın  əsəbiliyi  tam  əkslikdə  dayanırdı. 
Munitsi yalnız siyasi oyunlar hesabına bu vəzifəyə gəlmişdisə, Fabi ləyaqətinə görə 
diktator  seçilmişdi  və  vətənin  ən  ağır  günündə,  onun  taleyi  həll  olunanda  bu 
məsuliyyətli vəzifəni öz üzərinə götürmüşdü. Fabi şöhrət arxasınca da qaçmırdı, onu 
yalnız  bir  şey  düşündürürdü,  o  da  Romanın  düşmən  əlinə  düşməsinə  imkan 
verməmək və İtaliyanı düşmən əsgərlərinin tapdağından azad etmək idi. Lakin böyük 
məqsədi görməyi bacarmayanlar, xırda məsələlərdə də Fabiyə maneçilik göstərmək, 
onu  nüfuzdan  salmaq  istəyirdilər.  Bu  yolla  onlar  Fabini  siyasi  həyata  rəhbərlikdən 
uzaqlaşdırmaq istəyirdilər.  
Bu  işdə  onların  yaxın  köməkçisi,  müasir  dillə  desək,  "beşinci  kolonnası" 
Hannibal  idi.  O,  Fabini  gözdən  salmaq,  ləkələmək  üçün  hər  cür  məkrlərə  əl  atırdı. 
Belə  ki,  o,  ölkəni  qarət  edəndə,  tapşırmışdı  ki,  Fabiyə  məxsus  olan  tarlalara 
dəyməsinlər, guya ki, onların arasında gizli razılaşma vardır və bu onun həmin sazişə 
görə  mükafatıdır.  Senat  da  Fabiyə  zərbə  vurmaq  üçün  əlinə  düşən  fürsəti  fövtə 
vermirdi.  Vuruşan  tərəflər  birə  bir  nəfər  nisbəti  ilə  əsirləri  dəyişməyə  başladılar. 
Bundan daha çox əsir alan tərəf qəbul etdiyi hər əsir hesabına 2,5 funt gümüş verməli 
idi.  Romalılara  karfagenlilərdən  247  artıq  əsir  qayıtdı,  lakin  senat  onların  alınması 
üçün  pul  ayrılmasını  ləngidirdi.  Əlacsız  qalan  Fabi  həmvətənləri  naminə  öz 
torpaqlarını satıb, məhz öz vəsaitindən bu pulu ödədi.  
Öz  köməkçisi  Munitsi  isə  camaatın  arasında  diktatoru  biabır  edirdi  ki,  o, 
müharibəni ləyaqətsiz və qorxaqcasına aparır, onun özünə gəldikdə isə o, vuruşmağa 
hazırdır.  O,  Fabini  ləngiyən  yox  tənbəl,  ehtiyatlı  yox  qorxaq  adlandırır,  addımbaşı 
alçaldırdı.  O,  guya  bir  patriot  kimi  çıxış  edib,  car  çəkirdi  ki,  Romanın  tənəzzülünə 
görə  qəmlənir,  İtaliya  viranəyə  çevrilir,  əvvəlki  Roma  enerjisi  və  qətiyyəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə