Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   21   22   23   24   25   26   27   28   ...   120

 
54 
itirilmişdir. Belə fikirləşmək axmaqlıqdır ki, oturub vəd verməklə müharibəni udmaq 
olar. Silaha sarılmaq və üz-üzə dayanıb, vuruşmaq lazımdır. Roma dövləti igidlik və 
fəaliyyətlə böyümüşdür, qorxaqların ehtiyatlılıq adlandırdığı ləngliklə böyüməmişdir. 
Onun bu naqqal çıxışları əsgərlərə də gedib çatırdı. Fabi isə onu cəzalandırmırdı. Ona 
deyirdi  ki,  qoy  belə  boşboğazlıqla  ordunu  məhv  etməsin.  Digər  prinsipsiz 
boşboğazların,  cəsarət  və  igidliyi  yağlı  sözlərdə  görən  qabiliyyətsiz  adamların, 
həmçinin Minutsinin sözlərinə Fabi heç bir əhəmiyyət vermirdi. Bir dəfə isə Fabinin 
xəbəri  olmadan  o,  karfagenlilərə  hücum  etmişdi,  əgər  diktator  vaxtında  kömək 
göndərməsə, romalılar ağır vəziyyətdə qala bilərdi. Romaya isə, yelbeyin süvari rəisi 
parlaq qələbə barədə məlumat göndərdi. Ona görə də Plutarxın qələmə aldığı Fabinin 
sözləri,  Munitsi  haqqında  daha  dürüst  təsəvvür  yaradır.  Fabi  deyirmiş  ki,  o, 
Munitsinin  məğlubiyyətinə  nisbətən,  qələbəsindən  daha  çox  qorxur.  Lakin  bu 
hadisədən də bir qalxan kimi istifadə  edənlər oldu ki, guya Hannibal  üzərində belə 
parlaq  qələbə  göstərir  ki,  hərəkətsizliyin  və  həddən  artıq  ehtiyatlılığın  səbəbi 
komandanın  özüdür.  Guya  ki,  Fabi  müharibəni  uzadır  ki,  ali  hakimiyyəti  əlində 
saxlasın.  Hətta  Metell  deyirdi  ki,  Kvint  Fabinin  hakimiyyətdən  məhrum  edilməsini 
də təklif edə bilər. Lakin o, diktatorla süvari rəisinin hüquqlarının bərabərləşdirilməsi 
təklifi  ilə  kifayətləndi.  Fabi  isə  buna  belə  cavab  verdi  ki,  əgər  ali  vəzifəni  əlində 
saxlasa,  tezliklə  sübut  edə  biləcəkdir  ki,  yaxşı  sərkərdə  üçün  əsas  şey  bəxt  deyildir, 
zəka  və  ehtiyatlılıq  daim  üstün  gəlir.  Şöhrətdən  daha  vacib,  vaxtında  və  biabır 
olmadan  ordunu  qoruyub  saxlamaqdır,  nəinki  minlərlə  düşməni  qırmaqdan 
qürrələnəsən.  21  əsr  sonra  Fabi  kimi  ordunu  saxlamaq  naminə  hətta  paytaxtı  da 
düşmənə  təhvil  verən  rus  sərkərdəsi  Mixail  Kutuzov,  məcburiyyət  qarşısında  qalan 
Napoleonun nəinki Moskvanı, bütünlükdə Rusiyanı tərk etməsinə nail oldu və onun 
ağır  itgi  verməsinə  şərait  yaratmaqla  Napoleon  imperiyasının  sonunun  başlanğıcını 
qoydu.  Napoleon  Hannibalı  bir  sərkərdə  kimi  çox  sevirdi,  onun  hərbi  fəaliyyətinə 
yaxşı bələd idi, lakin özü də, Hannibalın İtaliyada düşdüyü kimi, uzun müddət davam 
edən tələyə düşdü.  
Fabi isə öz şəhərini düşmənə təhvil vermək barədə heç düşünmürdü də. Lakin 
rəqibləri  Fabiyə  başladığı  böyük  işi  başa  çatdırmağa  imkan  vermirdilər.  Onlar 
diktatorun və süvari rəisinin hüquqlarını bərabərləşdirdilər. Növbə ilə orduya başçılıq 
etmək  təklifini  o,  rədd  etdi  və  diktatorlar  arasında  piyadalar  və  süvarilər,  həmçinin 
müttəfiqlərin qoşunları yarıbayarı bölündü. Bundan Romanın qatı düşməni Hannibal 
çox  razı  qaldı.  Bu  hadisədən  bir  az  sonra  Munitsi  yenə  əməliyyat  aparmağa  cəhd 
göstərdi və gözləmədiyi halda düşmən həlqəsinə düşdü. Bu vaxt Fabi özünü köməyə 
yetirdi və Hannibal geri çəkilməyə məcbur oldu. Ordu və Roma bu dəfə başa düşdü 
ki,  bu  Fabinin  qələbəsidir.  Bundan  sonra  öz  rəqibinin  düşərgəsinə  qayıdan  Munitsi, 
xalq  yığıncağının  bu  yaxınlarda  ona  verdiyi  hüquqlardan  imtina  etdi  və  öz  əvvəlki 
süvari rəisi vəzifəsinin icrasına qayıtdı.  
Qarşıdan  gələn  qış  Hannibalı  daha  da  mütəəsir  edirdi.  Çünki  o,  yenə 
fəaliyyətsizliyə  düçar  olmalı  idi.  İspaniyadakı  kampaniya  da  karfagenlilər  üçün  o 
qədər  əlverişli  getmirdi.  Publi  Korneli  Stsipion  da  qardaşı  Qneyin  vuruşduğu 
İspaniyaya gəldi. Hannibalın müharibə teatrında işləri yaxşı getməyəndə, Romadakı 
siyasi  vəziyyətin  gərginləşməsi  onun  vəziyyətini  yüngülləşdirirdi.  Gələn  216-cı  ilin 
konsullarının seçkisi vaxtı Romada kəskin siyasi böhran baş verdi. Roma plebsi və 


 
55 
senat  seçkinin  necə  keçməsi  barədə  mübahisə  aparırdı.  Bu  vaxt  senat  diktaturaya  əl 
atmağı  lazım  bildi.  Lutsi  Veturi  Filon  diktator  seçildi,  Maton  isə  süvari  rəisi  oldu. 
Lakin  təyin  edilmə  prosedurasında  çatışmazlıqlar  müəyyən  edildiyinə  görə,  onlar 
vəzifələrindən imtina etməli oldular. Plebeylərin rəhbəri Qay Terentsi Varron konsul 
seçildi.  İkinci  konsul  isə  patritsilərdən  seçilməli  idi  və  bu  Lutsi  Emili  Pavel  oldu. 
Seçki göstərdi ki, hakimiyyətdə yekdillik olmayacaqdır və 216-cı kampaniyasında bu 
Hannibala  xeyli  üstünlük  yaradırdı.  Lakin  Fabinin  taktiki  ustalığı  nəticəsində 
Hannibal  faktiki  olaraq  hərbi  təşəbbüsü  itirmişdi  və  artıq  hadisələrin  gedişi  xeyli 
dərəcədə  Roma  komandanlığının  hərəkətlərindən  asılı  idi.  Doğrudan  da  Hannibalın 
vəziyyəti  gündən-günə  pisləşirdi.  Yeni  konsul  Emili  Pavel  özünü  çox  ehtiyatlı 
aparırdı.  Bu  dəfə  Hannibal  onlara  tələ  qurub  öz  düşərgəsini  tərk  edəndə,  Roma 
əsgərləri ora cummaq istədikdə, Pavel ehtiyatlılıq edərək, buna imkan vermədi. Digər 
konsul  Varron  isə  özünü  Munnitsi  kimi  aparırdı,  müasir  dildə  desək,  "süvari 
hücumları"  ilə  ağılsız  surətdə  müharibəni  qurtarmağa  can  atırdı.  Kəşfiyyat  sonra, 
bunun tələ olduğunu müəyyən etdi.  
Hannibal Kann şəhərinə doğru hərəkət edəndə romalılar Aufida çayının hər iki 
sahilində düşmənin yaxınlığında düşərgəsini saldı. Varron, komandanlıq ona keçəndə 
bütün  ordunu çayın sol sahilinə keçirdi və hərbi qaydada düzdü. Karfagenlilər daha 
yaxşı mövqe tutmuşdular. Qızğın döyüşdən sonra Roma piyadası həlqədə qaldı. 500 
Numidiya süvarisi romalıların yanına gəlib, əsir düşmələrini bildirdi. Bir qədər sonra 
isə  gizlətdikləri  qılıncları  çıxarıb,  arxadan  romalılara  hücum  etdilər.  Konsul  Emili 
Pavel  döyüşdə  öldürüldü.  Bu  döyüşdə  həlak  olan  romalıların  sayı  70  minə  bərabər 
idi, yalnız 3 min adam qaça bilmişdi.  Həlak olanların içərisində Fabinin köməkçisi, 
keçmiş süvari rəisi Mark Munitsi Ruf da var idi. Varron isə 50 atlı ilə Venusiyaya 
qaçmışdı.  Qaçan  romalıları  isə  karfagenlilər  əsir  götürdülər.  Belə  ağır  döyüşdə 
Hannibal vur-tut 8 min döyüşçü itirmişdi. Kann yaxınlığındakı bu qələbə Hannibala 
böyük şöhrət qazandırdı. Roma ordusu bütünlüklə məhv edilmişdi. Hannibalın 216-cı 
ildəki qələbəsi tarixə məşhur Kann döyüşü kimi daxil oldu.  
Artıq  elə  görünürdü  ki,  İtaliya  bütünlüklə  Hannibalın  ağalığı  altındadır.  Bir 
təskinlik  var  idi  ki,  Roma  hələ  zəbt  olunmamışdır,  döyüş  səhnəsi  olan  Kann  isə 
ondan  xeyli  aralı  idi.  Hannibalın  qarşısında  sonra  nə  etmək  kimi  çətin  bir  dilemma 
dururdu.  Onun  süvari  rəisi  Maharbal  Romaya  tərəf  hərəkət  etməyi  təklif  etdi,  lakin 
Hannibal tərəddüd edirdi. Bu vaxt Maharbal ona dedi: "Allahlar, əlbəttə, hər şeyi bir 
adama  vermir.  Hannibal,  sən  qələbə  çalmağı  bacarırsan;  qələbədən  istifadə  etməyi 
bacarmırsan".  Sonrası  günü  Hannibal  süvari  rəisini  yanına  çağırıb  dedi  ki,  əgər 
istəyirsənsə, səni süvarilərlə göndərim. Lakin Maharbal tam gözlənilməzlik effektinə 
bel bağladığından cavab verdi ki, "gecdir, onlar artıq bilirlər". Doğrudan da hücum o 
vaxt  uğurla  nəticələnə  bilərdi  ki,  düşmən  dəhşətli  məğlubiyyətdən  özünə  gələ 
bilməsin.  Ona  görə  də  sonralar  romalılar  bu  qənaətə  gəldilər  ki,  məhz  Hannibalın 
həmin  gün  ləngiməsi  şəhəri  və  dövləti  xilas  etmişdi.  Hannibalın  bircə  dəfə  real 
imkanı  olmuşdu  ki,  qəti  qələbə  çalsın.  Bu  da  Kanndan  sonra  tezliklə  və  birbaşa 
Romaya zərbə endirməklə baş verə bilərdi. Hannibal yəqin ki, bir sərkərdə kimi hər 
şeyi  götür-qoy  edirdi.  Tarix  felin  lazım  formasını  sevmir,  yüz  illər,  min  illər 
keçdikdən  sonra  hamı  özünü  Hannibaldan  güclü  sərkərdə  hesab  edir,  onun  səhvini 
düzəltməyə çalışır. Bəlkə də karfagenli sərkərdə Romaya hücum etməməklə özünün, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə