Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   17   18   19   20   21   22   23   24   ...   120

 
46 
edilməsini təşkil etdi və Utikanın Roma ittifaqına daxil olması təklifinə rədd cavabı 
verdi. Hamilkar düşməni böyük və kiçik toqquşmalarla taqətdən saldı və nəhayət iki 
yerə bölünən qiyamçıların bir hissəsini mühasirəyə aldı. Mühasirədə olanlar arasında 
aclıq  başlandı.  Hamilkar  qiyamçıları  kütləvi  surətdə  məhv  etdi.  Nəhayət, 
qiyamçıların Matosun başçılıq etdiyi sonuncu hissəsi də darmadağın edildi. Matos isə 
əsir  düşdü.  Karfagen  dövlətini  sarsıdan  və  241-239-cu  illərdə  üç  il  davam  edən 
muzdlu əsgərlərin, liviya kəndlilərinin və qaçmış qulların qiyamı belə başa çatdı.  
Qiyamı  yatırtmağa  nail  olan  Hamilkar  Barka  (Barka-ildırım  deməkdir) 
Karfagendə  böyük  nüfuz  qazandı  və  Romadan  qisas  almaq  üçün,  onunla  yeni 
müharibəyə can atan hərbi partiyaya başçılıq etdi. Bu müharibə üçün platsdarm kimi 
o,  İspaniyanı  seçdi  və  Pireney  yarımadasının  xeyli  hissəsini  özünə  tabe  etdi. 
İspaniyanın  işğal  edilməsi  vaxtı  Hamilkar  həlak  oldu,  çayda  batıb  öldü.  Orduya 
komandanlıq əvvəlcə onun kürəkəninin, sonra isə oğlu - məşhur sərkərdə Hannibalın 
əlinə  keçdi.  Artıq  bu  vaxtdan  faktiki  olaraq  Roma  ilə  yeni  müharibə  məsələsi  həll 
edilmişdi. Hannibala atası romalıları əzmək və məhv etmək hissini təlqin etmişdi. Tit 
Livinin yazdığı kimi, Hamilkar oğlanlarını şir kimi yedizdirirdi ki, onları romalıların 
üstünə  qısqırtsın.  Hannibalın  tərbiyəsində,  onun  doqquz  yaşında  olarkən  içdiyi  and 
xüsusi yer tutur. Atası uşağı məbədə gəlməyə və qurban verilməsində iştirak etməyə 
məcbur etdi, oğlu ondan romalılara nifrət irsini götürməli idi. Ona görə də Hannibal 
mehrab  qarşısında  Romaya  əbədi  nifrət  andı  içdi.  Bu  hadisə  gələcək  sərkərdənin 
yaddaşında  həmişəlik  qaldı.  Sonralar  bunu  Hannibal  Selevkid  dövlətinin  çarı  III 
Antioxa söyləmişdi.  
Hamilkarın  kürəkəni  Hazdrubal  səkkiz  il  ərzində  İspaniyada  olan  orduda 
komandan  oldu.  O,  çox  vaxt  gücdənsə,  ağılın  köməkliyi  ilə  hərəkət  edərək,  bir  sıra 
kiçik  çarlarla  ittifaq  bağladı.  Lakin  o,  özünü  qoruyub  saxlaya  bilmədi.  Öz  ağasının 
edam  edilməsindən  hiddətlənən  barbarlardan  biri,  hamının  gözü  qarşısında 
Hazdrubalı qətlə yetirdi. Bundan sonra gənc Hannibal orduya komandan elan edildi. 
Lakin onun atasının köhnə rəqibi Hannon hələ İspaniyaya gedən gələcək sərkərdə və 
onun  atası  haqqında  nalayiq  sözlər  danışmağa  başladı  ki,  Hazdrubal  özünün  zərif 
gəncliyi  ilə  Hannibalın  atasına  ləzzət  verdiyi  kimi,  özünün  də  onun  oğlundan  eyni 
xidməti  tələb  etmək  hüququ  vardır.  O,  karfagenlilərə  xəbərdarlıq  edirdi  ki,  əgər  bu 
cavan oğlan qanunlara tabe olmasa, "kiçik alov böyük yanğın törədəcəkdir".  
Hannibal İspaniyaya gəldikdən sonra hamının diqqətini cəlb etdi. O, çox şeydə 
atasına bənzəyirdi. O, həm idarə etməyi, həm də tabe olmağı eyni dərəcədə bacarırdı. 
O,  olduqca  cəsur  idi,  özünü  təhlükələrə  atırdı,  qızmar  istiyə  də,  şaxtaya  da  eyni 
qaydada  dözürdü.  O,  yemək-içməyə  də  biganə  idi,  ləzzət  üçün  deyil,  təbiətin  tələb 
etdiyi qədər yeyirdi. Yalnız işdən azad olan vaxtlarda, gecə və gündüzlüyündən asılı 
olmayaraq  yatırdı.  Lakin  bu  ləyaqətlərlə  yanaşı  onun  eybəcər  qüsurları  da  var  idi. 
Onun  müqayisə  olunmayan  qəddarlığı  və  xəyanəti  var  idi.  Düzgünlük,  ləyaqət 
məsələlərinə  əhəmiyyət  vermirdi.  Sərkərdə  olduqdan  sonra  o,  Saquntla  müharibə 
etməyi qərara aldı. Ən başlıca vəzifəsi kimi, elə bil ona İtaliyanı əyalət kimi həvalə 
etmişdilər  və  Roma  ilə  müharibə  etməyi  tapşırmışdılar.  Əslində  Saquntla  müharibə 
etmək, Romanı müharibəyə dəvət etmək idi. Çünki bu şəhər Roma ilə ittifaqda idi.  
Hannibal  öz  qoşunlarını  Yeni  Karfagenə  qış  düşərgəsinə  çəkdi.  Romalılar 
deyirdi  ki,  Hannibalın  əsgərləri  İspaniyada  adam  əti  yeyirmişlər,  buradan 


 
47 
"kannibalizm"  məfhumu  yaranmışdır.  Bir  qədər  sonra  isə  o,  Saquntun  mühasirəsinə 
başladı. Roma İspaniyaya səfirlik göndərdi ki, Hannibalı bu hərəkətdən çəkindirsin. 
Nəhayət, puniyalılar hücuma keçdilər, taranla şəhər divarlarını dağıtmağa başladılar. 
Hər iki tərəf divarın yarığına atıldılar və döyüş başlandı. Lakin vuruşmanın nəticəsi 
aydın deyildi. Saquntlular puniyalıları şəhərdən çıxardılar və düşərgələrinə qovdular. 
Bu  vaxt  Hannibala  Roma  elçilərinin  gəldiyini  xəbər  verdilər.  Lakin  sərkərdə  onları 
qəbul  etmədi  və  Karfagenə  göndərdi.  Hannibal  həmçinin  vətənə,  öz  tərəfdarlarına 
hazır  olmaq  barədə  xəbər  göndərdi.  Ona  görə  də  Roma  səfirlərinin  missiyasının 
sonrakı mərhələsi də uğursuzluqla nəticələndi. Səfirlər qəbul ediləndə, təkcə Hannon 
Roma ilə müqavilənin müdafiəçisi kimi çıxış etdi. O, senata and verməklə müraciət 
etdi  ki,  Saqunt  müharibəsi  vasitəsi  ilə  Roma  ilə  müharibəni  qızışdırmasınlar.  Yada 
saldı  ki,  o,  onları  Hamilkarın  oğlunun  orduya  göndərməkdən  çəkindirmişdi.  Çünki 
Qərbdən onun ruhu oğluna keçəcəkdir. Bu gənc orduya yalnız çar hakimiyyətini ələ 
keçirmək məqsədilə getmişdi və niyyəti bir-birinin ardınca müharibə aparmaq idi. Bu 
yolla  o,  özünü  daim  silah  və  legionlarla  əhatə  etməyə  çalışırdı.  Məgər  siz 
düşməninizi,  özünüzü  tanımırsınızmı,  hər  iki  xalqın  xoşbəxtliyini  bilmirsinizmi? 
Saquntun  xarabalıqları,  -  qoy  mənim  gələcəyi  görməyim  təki  yalan  çıxsın!  -  bizim 
üstümüzə töküləcəkdir. Mən bu gəncə ona görə belə qızğınlıqla nifrət edirəm ki, o, 
Furiya  (intiqam  ilahəsi)  kimi  bu  müharibəni  başlamışdır.  Onu  elə  yerdə  gizlətmək 
lazımdır ki, oradan onun nə adı, nə ondan bir xəbər gəlib çatmasın, orada bizim dinc 
şəhərimizi  narahat  etməyə  onun  heç  bir  imkanı  olmasın.  Biz  Romaya  səfirlik 
göndərib,  Roma  senatından  üzr  istəməliyik.  Digər  elçilər  isə  Hannibala  qoşunları 
Saquntdan  geri  çəkməyi  əmr  etməlidir  və  sonra  müqavilənin  xatirinə,  onun  özünü 
romalılara  verməlidir.  Üçüncü  səfirlik  isə  Saqunta  göndərilməlidir  ki,  sakinlərə 
dəymiş ziyanı ödəsin. Hannon çıxışını bitirdikdə, senat kiçicik istisna ilə Hannibalın 
tərəfdarı  olduğuna  görə,  ona  heç  bir  cavab  vermədi.  Romalılara  isə  belə  cavab 
verdilər  ki,  müharibəni  Hannibal  deyil,  saquntlular  başlamışdır,  Roma  isə  Saqunta 
görə öz köhnə müttəfiqi olan Karfagen barədə ədalətsiz hərəkət etmişdir.  
Bu  danışıqlar  gedən  vaxt  Hannibal  öz  işini  görməkdə  davam  edirdi.  O, 
qoşunlarına elan etdi ki, şəhər alınanda bütün qənimət əsgərlərə qalacaqdır. Əsgərlər 
bundan elə cuşə gəldilər ki, onların qarşısını heç nə ala bilməzdi. Saquntlular kömək 
üçün  hara  müraciət  etməyi  belə  bilmirdilər.  Hannibalın  tələbinə  görə,  saquntlular 
bütün  qızıl  və  gümüşü  düşmənə  verməli,  özləri  isə  adama  bir  paltarla  şəhəri  tərk 
edib,  puniyalıların  göstəriş  verdiyi  yerdə  yaşamalı  idilər.  Romalılara  bəslədikləri 
ümidin  boşa  çıxdığını  görən  saquntlulara,  sülh  şərtləri  Hannibal  tərəfindən,  onların 
qalibi  kimi  irəli  sürülürdü.  Saquntluların  Hannibalın  yanına  göndərdiyi  elçi  bu 
tələbləri onlara çatdırırdı. Elçi öz həmşəhərlilərinə dedi ki, yaxşısı budur Hannibala 
tabe  olaq,  nəinki  yol  verək  ki,  düşmən  müharibənin  qanunlarına  uyğun  olaraq  sizi 
öldürsün,  yaxud  da  sizin  gözünüzün  qarşısında  arvad  və  uşaqlarınızı  qul  olmağa  
aparsın. Birdən toplaşmış kütlədən şəhərin birinci şəxsləri ayrılıb, həm ictimai, həm 
də özlərinin qızıl və gümüşünü meydana daşımağa başladılar, tələsik tonqal yandırıb, 
onların hamısını oda atdılar. Bu vaxt Hannibal şəhərə hücum etdi. Bir andaca Saqunt 
zəbt  edildi.  Hannibal  bütün  yaşlı  adamların  hamısını  bir  nəfər  kimi  öldürməyi  əmr 
etdi.  Şəhərlilərin  çoxu  öz  arvadları  və  uşaqları  ilə  evlərinə  yığışıb  qapını  bağlayıb, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə