Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   15   16   17   18   19   20   21   22   ...   120

 
42 
PUNİYA MÜHARİBƏLƏRİ 
 
Romalılar  İtaliyanın iqtisadi potensialına  sahib olduqdan sonra  öz nəzərlərini 
Siciliya adasına dikdilər. Bu ada geniş və çox məhsuldar torpaqlara malik idi, onun 
kənd  təsərrüfatı  yaxşı  inkişaf  etmişdi.  Bu  dövrdə  Siciliyanın  böyük  hissəsinə 
Karfagen nəzarət edirdi.  
Karfagen  Aralıq  dənizi  sahilindəki  qüdrətli  dövlətlərdən  biri  olub,  Afrikanın 
şimalında  (indiki  Tunis  ərazisində)  yerləşirdi.  Bu  gözəl  şəhəri  m.ə.  825-ci  ildə 
finikiyalılar, Tir şəhərindən olanlar salmışdılar. Deməli, bu şəhər Romadan da əvvəl 
meydana  gəlmişdi.  Karfagen  Romadan  xeyli  əvvəl  güclü  donanmaya  malik 
olduğundan dəniz ticarəti ilə çox varlanmışdı. Karfagen tacirləri Aralıq dənizinin hər 
tərəfinə üzürdülər, hövzənin xammal və hazır mallarının bölünməsi məhz bu şəhərdə 
mərkəzləşmişdi. Bundan başqa Karfagen inkişaf etmiş kənd təsərrüfatı ölkəsi hesab 
olunurdu.  Ona  görə  də  siyasi  hakimiyyət  torpaq  sahibkarlarına  və  tacirlərə  məxsus 
idi.  Karfagendə  də  respublika  quruluşu  mövcud  idi.  Lakin  burada  xalq  yığıncaqları 
daha az rol oynayırdı. Burada Roma senatına və ya Afina 500-lər şurasına bənzəyən 
300-lər şurası var idi. Karfagen ordusu muzdlu əsgərlərdən və Karfagendən asılı olan 
tayfaların  göndərdiyi  dəstələrdən  ibarət  idi.  Yüksək  hərbi  vəzifələri  karfagenlilər 
tuturdular və bir qayda olaraq hərbi rəislər böyük siyasi nüfuza malik olurdular. Öz 
texniki təchizatına görə Karfagen ordusu başqa ordulardan yuxarıda dururdu, orduda 
mühasirə  maşınlarından,  döyüş  fillərindən  istifadə  olunurdu.  Ən  başlıcası  isə 
Karfagen əsasən 50 avarlı gəmilərdən ibarət güclü hərbi donanmaya malik idi.  
Hələ  m.ə.  VII  əsrdə  Aralıq  dənizinin  iri  ticarət  mərkəzinə  çevrilən  Karfagen 
özünün əlverişli coğrafi şəraitindən istifadə edib, bu rayonda ağalıq iddiasına düşdü. 
Yunan  kolonistləri  ilə  Siciliyada,  Liquriyada  və  Pireney  yarımadasında,  həmçinin 
qədim  ispan  dövləti  olan  Tartesslə  qızğın  müharibə  aparan  Karfagen,  etrusklarla 
ittifaqda  Tartessi  məhv  etməyə  müvəffəq  oldu.  Karfagen  şimali  Afrika,  cənubi 
İspaniya,  qərbi  Siciliya  və  Sardiniyanın  geniş  ərazilərini  özünə  tabe  etdi.  III  əsrin 
ortalarında  isə  bütün  Siciliyanın  faktiki  olaraq  ağasına  çevrildi.  Belə  bir  dövrdə 
Aralıq dənizində Karfagen öz ticarət inhisarını saxlamağa cəhd göstərirdi. Ona görə 
də bu sahədə rəqibin meydana gəlməsi ciddi təhlükə yaradırdı və iki güclü rəqibdən 
birinin məhv və ya tabe  edilməsi "dünya" dövlətinin yaranmasına səbəb ola bilərdi. 
Roma  məhz  öz  rəqiblərini  aradan  götürməklə  dünya  dövlətinə  çevrilə  bildi.  Lakin 
Karfagen  hökmdarları  da  belə  bir  arzu  ilə  yaşayırdılar  ki,  bütün  eykumenanı  əhatə 
edən dövlətin mərkəzi Karfagen olsun.  
Karfagen sərkərdəsi Hamilkar Barka və onun oğlu Hannibal da öz qarşılarında 
belə bir məqsəd qoymuşdular. Lakin çox vaxt qarşıya qoyulan məqsədlə hadisələrin 
gedişi  və  son  nəticə  nəinki  bir-birinə  uyğun  gəlmir,  hətta  bu  məqsədi  qarşıya 
qoyanların özünün və onların arxalandığı böyük qüvvənin məhvinə səbəb olur. Polibi 
xəbər  verir  ki,  Karfagenlə  Roma  arasındakı  ilk  müqavilə  respublikanın  lap  ilk 
çağında Lutsi Yuni Brutun və Mark Horatsinin konsulluqları dövründə bağlanmışdı 
və  bu  Persiya  çarı  Kserksin  Yunanıstana  müdaxiləsindən  29  il  əvvəl,  başqa  sözlə 
509-cu  ildə  baş  vermişdi.  Bu  müqavilə  dəniz  ətrafında  ticarət  məsələlərini  nizama 
salır  və  əsasən  Karfagenin  öz  sahillərindəki  inhisarını  təsbit  edirdi.  Roma  ilə 
Karfagenin  ikinci  müqaviləsi  348-ci  ilə  təsadüf  edir,  bu  əsasən  birinci  müqavilənin 


 
43 
şərtlərini dəqiqləşdirir, buna görə də  bu müqavilənin 500-cü ildə bağlandığı da iddia 
edilir.  Sonralar  bu  müqavilələr  təzələnir.  Lakin  hətta  Pirr  kimi  ümumi  düşmənlə 
mübarizə  də  bu  iki  dövləti  bir-birinə  o  qədər  də  yaxınlaşdırmır  və  onların 
münasibətlərini heç də mehriban münasibətlər adlandırmaq olmazdı. Pirr Siciliyaya 
üzüb  gəldikdə  özünü  adanın  çarı  elan  etdi  və  təklikdə  qalan  karfagenlilər  öz 
düşmənlərindən  bir  neçə  məğlubiyyət  aldılar,  təkcə  Lilibey  limanını  əldə  saxlaya 
bildilər.  Romanın  onlara  heç  bir  kömək  göstərmədiyini  görən  karfagenlilər  ittifaq 
öhdəliklərini pozaraq, düşmənə sülh təklif etdilər.  
Nəhayət  Pirr  Siciliyadan  İtaliyaya  qovuldu,  bəlkə  də  Romanın  hucumu 
təhlükəsi altında italik müttəfiqlərinin xahişlərinə görə adanı tərk etdi. Bu hadisədən 
sonra Roma ilə Karfagen arasındakı ittifaqdan söhbət gedə bilməzdi. Əksinə, onların 
arasında  qarşıdurma  bərpa  olundu  və  bu  münaqişə  qorxusu  yaratdı.  306-cı  il 
müqaviləsinin qarşılıqlı olaraq pozulması baş verdi: Karfagen Roma hücumuna qarşı 
Tarentə  kömək  göstərməyə  cəhd  etdi,  romalılar  isə  Siciliyadakı  Messana  şəhərinin 
işinə  qarışdılar.  Bunlar  müharibənin  başlanması  üçün  bəhanə  oldu  və  264-cü  ildə 
Birinci  Puniya  müharibəsi  başlandı.  264-262-ci  illər  kampaniyasında  romalılar 
Sirakuza çarı ikinci Hieronu öz tərəflərinə keçməyə məcbur etdilər və Karfagen siysi 
cəhətdən  izolə  olundu.  Belə  başlanğıc  müharibənin  son  nəticəsini  əvvəlcədən  həll 
etdi. Buna qədər Sirakuza çarı Karfagenin müttəfiqi idi və bu Karfagenə bütün adada 
ağalıq etmək imkanı verirdi.  
Bir  qədər  sonra  karfagenlilər  özlərinin  adadakı  mühüm  strateji  məntəqəsini 
itirdilər.  Bundan  sonra  onların  ixtiyarında  bir  neçə  sahil  şəhəri  qaldı,  onlar  da 
dənizdən  təchiz  və  müdafiə  olunurdu.  Rəqiblər  qarşısında  qurtarmaq  bilməyən, 
üzücü  müharibə  perspektivi  açılırdı.  Karfagen  təkcə  dəniz  qüvvələri  vasitəsilə 
müharibəni uda bilməzdi. Roma da təkcə quru qoşunları vasitəsilə müharibəni uğurla 
sona  çatdıra  bilməzdi.  Ona  görə  də  birincinin  qarşısında  döyüşkən  piyada  qoşunu 
yaratmaq vəzifəsi meydana çıxdı, ikinci isə qısa müddətdə özünə yeni hərbi gəmilər 
qayırmaq və dənizçiləri öyrətmək zərurəti qarşısında qaldı.  
Bu yarışda Roma hərbi xadimləri qalib gəldilər. Karfagen gəmisi - penteranın 
nümunəsindən  istifadə  edib,  romalılar  artıq  260-cı  ildə  120  gəmidən  ibarət 
donanmaya  sahib  oldular.  Romalılar  dəniz  döyüşündə  yeni  taktika  işləyib 
hazırladılar.  Onlar  abordaj  körpüləri  icad  etdilər,  bu  körpülər  vasitəsilə  düşmən 
gəmisinə keçir və əlbəyaxa döyüş aparırdılar. Bu yolla romalılar dəniz döyüşündə də 
öz  piyadalarının  üstünlüyündən  istifadə  etməyə  başladılar.  Romalılar  259-cu  ildə 
dəniz  döyüşündə  qalib  gəldilər,  bu  döyüşdə  onlar  Puniya  donanmasının  yarısına 
qədərini - 50 gəmini batırmışdılar və əsir götürmüşdülər. Bu vaxt romalılar Karfageni 
Afrika  ərazisində  də  diz  çökdürmək  imkanı  əldə  etdilər.  Bu  məqsədlə  Afrikaya  4 
legion  göndərildi.  Konsul  Requl  Karfagenin  bütün  Afrika  torpaqlarını  öz  nəzarəti 
altına götürdü və üsyan etmiş liviyalıları özünə müttəfiq etdi.  
Karfagen  hökuməti  Siciliya  və  Sardiniyanın  itirilməsi  ilə  razılaşıb, 
müharibədən  çıxmaq  istədi.  Lakin  romalılar  üçün  bu  az  idi.  Onlar  danışıqlar  vaxtı 
tələb etdilər ki, puniyalılar öz hərbi donanmasını məhv etsinlər və gəmiləri Romaya 
verməyi öz öhdələrinə götürsünlər. Bu şərtlərin qəbul edilməsi Karfagenin bir böyük 
dövlət kimi ləğv olunması və onun birbaşa Roma asılılığına keçməsi demək idi. Buna 
görə  karfagenlilər  müdafiə  olunmağı  qərara  aldılar.  Siciliyadan  qoşunları  geri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə