Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   16   17   18   19   20   21   22   23   ...   120

 
44 
çağırmaqla və yunan muzdlularından ibarət yeni ordu yaratmaqla, istedadlı sərkərdə, 
spartalı  Ksantippin  başçılığı  altında  karfagenlilər  Tupet  yaxınlığında  Requlun 
ordusunu  darmadağın  etdilər.  Requl  özü  isə  Karfagen  əsirliyində  öldü.  Romalıların 
liviyalı müttəfiqlərinə karfagenlilər qanlı toy tutdular.  
Lakin  hərbi  əməliyyatlar  Siciliyada  bərpa  edildikdə  puniyalılar  üçün  bu 
olduqca  əlverişsiz  şərait  yaratdı.  251-ci  ildəki  döyüşdə  karfagenlilər  120  döyüş  fili 
itirdilər. Bir-birinin ardınca Siciliyadakı şəhərlər itirilməyə başladı. Karfagenin təkrar 
sülh  bağlamaq  cəhdi  heç  bir  nəticə  vermədi.  Bu  vaxt  karfagenlilər  Roma 
donanmasına böyük zərbə endirdilər.  
Nəhayət,  on  üç  illik  taqətdən  salan  mübarizədən  sonra  tərəflər  başlanğıc 
vəziyyətinə  qayıtdılar  və  bu  illərdən  sonra  da  onlar  qəti  qələbədən  çox  uzaq  idilər. 
247-ci  ildə  Siciliyadakı  Karfagen  donanmasına  Hamilkar  Barka  komandan  təyin 
edildi  və  elə  bu  vaxtlar  onun  oğlu,  gələcək  böyük  sərkərdə  Hannibal  anadan  oldu. 
Hamilkar  İtaliyanın  cənubuna  viranedici  hücumlar  etdi.  Ancaq  müharibənin  taleyi 
Siciliyada  həll  olunurdu  və  Hamilkar  qüvvələri  bura  cəmləşdirdi.  Tərəflər  yumruq 
davası  kimi  bir-birinə  zərbələr  endirirdilər.  243-cü  ildə  romalılar  yenidən  özlərinə 
200  gəmidən  ibarət  donanma  düzəltdilər.  Həmin  donanma  dənizdə  görünəndə, 
Hamilkar Barkanın Karfagenlə əlaqəsi kəsildi.  
Eqat adaları yanındakı dəniz döyüşündə Karfagen eskadrası darmadağın edildi 
və  əlacsız  qalan  Karfagen  hakimiyyəti  Hamilkar  Barkaya  sülh  bağlamaq 
səlahiyyətini verdi. Karfagenlilər müharibəni qurtarmağı təklif etdilər, bu romalıların 
ürəyindən  oldu,  çünki  dövlətin  xəzinəsi  boş  idi.  Konsul  Katull  Hamilkarın  təklifini 
sevinclə  qəbul  etdi. Konsul  tələb  etdi  ki,  Hamilkarın  döyüşçüləri  Siciliyanı  silahsız 
tərk etsinlər. Lakin puniyalılar hər adambaşına 10 denari pul verməklə, adadan köçüb 
getdilər.  Sülh  şərtlərinə  görə,  Polibinin  yazdığı  kimi,  karfagenlilər  Siciliyanı 
boşaltmalı, Sirakuza çarı ilə müharibə etməməli idilər. Onlar romalılara bütün əsirləri 
qaytarmalı  və  iyirmi  il  ərzində  2200  evbey  talant  həcmində  gümüş  verməli  idilər. 
Karfagenə  öz  gəmilərini  Romanın  və  müttəfiqlərinin  nəzarətində  olan  rayonlara 
göndərmək  qadağan  olundu.  Məğlub  olan  Karfagen  bütünlüklə  Siciliyadan  imtina 
etməli  olsa  da,  öz  müstəqilliyini  qoruyub  saxlaya  bildi.  Həm  də  Karfagen  böyük 
dövlət vəziyyətini saxlamağa müvəffəq oldu. Bu isə Roma üçün heybətli düşmənin 
qalması  demək  idi  və  buna  görə  də  Senat  müqaviləyə  narazılığını  bildirib,  onu 
ratifikasiya etməkdən imtina etdi. Ancaq müqavilədəki təzminatın həcmi artırıldı və 
onun  ödəmə  müddəti  iki  dəfə  azaldıldı.  241-ci  ildə  sülh  müqaviləsi  imzalandı, 
müharibə  başa  çatdı.  Bu,  üzücü  müharibə  23  il davam  etdi,  qalib  gələn  Romanı  da 
taqətdən saldı. 
Bir  az  sonra  Karfagen  öz  mövcudluğu  üçün  ölüm-dirim  mübarizəsinə  girdi. 
Hamilkar isə bu mübarizəyə başçılıq etməli oldu. Hər şey kiçik xəsislikdən başlandı. 
Karfagen  hökuməti  özünün  20  minlik  ordusunu  Lilibeydən  Afrikaya  köçürməli  və 
onlara  maaş  və  mükafat  verməli,  heç  bir  qiyam  baş  verməməsi  üçün  bu  muzdla 
tutulan  adamları  vətənlərinə  -  İberiyaya,  Qalliyaya,  İtaliyaya,  Yunanıstana,  qonşu 
Afrika ərazilərinə göndərməli idi. Lakin hökumət istəyirdi ki, muzdlu əsgərləri onlara 
düşən  maaşı  almaqdan  imtina  etməyə  məcbur  etsin.  Ona  görə  də  hökumət  onları 
Karfagendən  buraxmadı,  bunun  nəticəsində  isə  şəhərin  normal  həyatı  tezliklə 
pozuldu. Təkcə gecələr deyil, günün günorta çağı da qarət və qətllər baş verirdi. Heç 


 
45 
kəs  özünü  təhlükəsiz  hesab  etmirdi.  Hakimiyyət  vəziyyətə  nəzarət  edə  bilmirdi  və 
qorxulu  hadisədən  yaxasını  qurtarmaq  üçün  muzdluları  cənuba  göndərdi  və  əslində 
öz əli ilə qiyam mərkəzi yaratdı.  
Muzdlular, məvaciblərindən əlavə Hamilkar Barkanın vəd etdiyi kimi xeyli pul 
gözləiyrdilər. Onların yanına Liviya hökmdarı - o vaxtlar strateq olan Hannon gəldi. 
Hannon  onlara  pul  paylamaq  əvəzinə,  Karfagenin  çətin  vəziyyətindən  danışmağa 
başladı,  axırda  isə  muzdlulara  hətta  öz  maaşlarının  bir  hissəsindən  imtina  etməyi 
təkid  etdi.  Buna  təbii  reaksiya  kimi  düşərgədə  iğtişaş  başlandı,  əsgərlər  hiddətli 
çıxışlar etdilər və artıq bu fırtınalı dənizi yatırmaq çətin idi. Hannon puniya dilində 
danışırdı,  qall,  iber,  liquriyalı,  balear,  liviyalı,  yarımyunan  muzdlu  əsgərlər  bu  dili 
başa düşmürdülər, az-çox onları könüllü tərcüməçilər başa salırdı. Danışıqları kəsib, 
muzdlu  əsgərlər  Karfagenə  tərəf  hərəkət  etdilər.  Üsyanın  başlanmasının  qarşısını 
almaq  üçün  hökumət  indi  hər  şeyə  hazır  idi.  Lakin  gecikən  güzəşt,  muzdluları  yeni 
tələblər  irəli  sürməyə  təhrik  etdi.  Onlar  müharibədə  olan  atlarının  da  pulunu  tələb 
etdilər.  Muzdlular  arasında  elə  adamlar  var  idi  ki,  onlar  heç  bir  sazişin  əldə 
edilməsinə  razı  deyildi.  Onlar  güman  edirdilər  ki,  ordusuz  Karfagen  üzərində  asan 
qələbə  çala  bilərlər.  Onların  arasındakı  kampaniyalı  Spendi  və  liviyalı  Matos 
hökumətin təkliflərinə qarşı müqavimətə başçılıq etdilər.  
Matos  açıqca  qiyama  çağırırdı.  Qiyam  başlandı  və  qiyamçılar  Karfagen 
hökumət  nümayəndələrini  dustaq  götürdülər.  Liviya  şəhərlərindən  qiyamçılara 
kömək  gəldi.  Polibinin  yazdığına  görə,  döyüşçülərə  70  min  liviyalı  qoşuldu.  Əsgər 
qiyamı xalq azadlıq müharibəsinə - Liviya müharibəsinə çevrildi. Qiyamçılar iki gün 
Puniya  şəhəri  Utika  və  Hippakriti  (çar  Hipponunu)  mühasirəyə  aldı  və  bununla 
Karfageni Afrika materikindən ayırdı. Hannonun başçılığı altında yeni muzdlu ordu 
toplandı,  şəhər  sakinləri  səfərbərliyə  alındı  və  qiyamçıların  düşərgəsinə  hücum 
edildi.  Fillər  müdafiə  xəttini  yardılar,  qiyamçılar  qaçdılar  və  yaxındakı  təpədə 
möhkəmləndilər. Bu vaxt Hannon başladığı işi başa çatdırmadan, Utikaya istirahətə 
qayıtdı.  Qiyamçılar  bu  başısoyuqluğu  görüb  onlara  hücum  etdi,  çoxlarını  qətlə 
yetirdi, qalanlarını isə qaçmağa məcbur etdi.  
Belə  bir  vaxtda  yeni  Puniya  qoşunlarına  komandanlıq  Hamilkar  Barkaya 
tapşırıldı.  Onun  sərəncamında  70  döyüş  fili  və  10  min  döyüşçü  var  idi.  Hamilkar 
düşmənin  arxasına  çıxıb,  əlbəyaxa  döyüşdə  onları  məhv  etdi.  Qiyamçılar 
məğlubiyyətə  baxmayaraq,  çar  Hipponu  şəhərinin  mühasirəsinə  böyük  ümid 
bəsləyirdilər.  Sonra  qiyamçılar  Hamilkarı  bir  vadidə  tələyə  saldılar.  Karfagen 
qoşunları  məhv  olmaqla  üz-üzə  gələndə,  qiyamçıların  rəhbəri  Matos  Karfagenin 
məğlubiyyətində  maraqlı  olmayan  Numidiya  aristokratiyasından  kömək  qəbul 
etməklə,  ciddi  səhvə  yol  verdi.  Numidiya  aristokratının  xəyanəti  nəticəsində 
Hamilkar  qiyamçılara  bu  dəfə  də  qalib  gəldi.  Onlar  böyük  itki  verdilər.  Ancaq 
gözlədiklərinin  əksinə,  Hamilkar  hərbi  əsirlərə  çox  mərhəmətlə  yanaşdı.  Lakin 
qiyamçıların qalan hissəsi özlərini daha da qəddarcasına aparır, puniyalı əsirləri edam 
edirdilər. Hamilkar və Hannon öz ordularını birləşdirdilər. Lakin öz aralarında onlar 
razılığa  gələ  bilmədiyindən  Hannon  ordunu  tərk  etdi.  İndi  Hamilkara  əsgər  başçısı 
olduğunu  sübut  etmək  lazım  idi.  Qiyamçıların  qəddarlığına  o  da  qəddarlıqla  cavab 
verməyi  qərara  aldı,  əsirləri  öldürməyə  əmr  verdi  və  onları  vəhşi  heyvanların 
qabağına  parçalanmağa  atdırdı.  Bu  çətin  anda  Roma  puniyalıların  ərzaqla  təmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə