Temperaturun öLÇÜLMƏSİ plan temperatur şkalaları və temperatur kəmiyyət vahidləri. Mexaniki kontakt termometrləri



Yüklə 5,22 Mb.
səhifə23/23
tarix05.08.2023
ölçüsü5,22 Mb.
#120374
1   ...   15   16   17   18   19   20   21   22   23
nöc 1

Səviyyələrə nəzarət vasitələri

Hüdud səviyyələrinin təyini

Maye




Tökülən materiallar

Üzücülü açarlar






Yox

Vibrasiyalı sonuc açarları








Konduktometrik açarlar






Yox

Tutum açarları








Maqnitli batırılan zondlar






Yox

► Üzücülü siqnal verənlər lazımi üzücülük xüsusiyyətinə malik olub, maye səthində bərkidilməməklə ciddi olaraq horizontal vəziyyətdə olunur. Konkret olaraq üçücülü verici məxsusi kabel tutucu ilə mayenin uyğun hüdud səviyyəsindəki hündürlükdə bağlanır.


Qoşulma prosesi vericinin yırğalanması ilə başlayır, yəni horizontal vəziyyətdən istənilən istiqamətdə meyl etməsində (şəkil 20) baş turur.
Kommutasiya qurğusu keyfiyyətində əsasən mayemetallik mikrosöndürücü açarlar tətbiq edilir, hal-hazırda civə əvəzinə qalinstan istifadə edilir (Galinstan-maye metallik ərinti olub, qallium Ga, İn –indium və Sn qalaydan ibarət olub 19oC-dən yuxarı temperaturda maye vəziyyətini saxlayır).



Şəkil 20. Üzücülü siqnalvericinin iş prinsipi.


Müasir üzücülü vericilərdə civəsiz üç növ kommutasiya qurğusu istifadə edilir:


1. Kürəşəkilli induktiv üsula əsaslanan vəziyyəti təyin edən mikrosöndürücü açar;
2. Kürəşəkilli sonuc mikrosöndürücü açar;
3. Mikrosöndürücü açar, Galinstan maye metallik ərintidən istifadə edilən.
Üsulun üstünlükləri:
• sadəliyi;
• möhkəmliyi;
• yüksək olmayan dəyəri.
Çatışmazlıqları:
• yapışqan mayelər üçün yararsızlığı;
• üzməkliyin üzücünün ölçülərindən asılılığı;
• kiflənən mayelərlə problemin olması;
• qeydə alma nöqtəsinin mühitin sıxlığının dəyişməsindən asılılığı.
► Vibrasiyalı səviyyə siqnalvericilərində - kamerton tipli (onun formasını bəzən dalğalanan çəngəl adlandırırlar) rezonatorlu qurğu tətbiq edilir.
Vibrasiyalı sonuc açarlarını praktiki olaraq bütün maye və tökülən materialların hüdud səviyyələrinin təyinində istifadə oluna bilər.
Üsulun əsas üstünlükləri:
• sadəlik;
• quraşdırma yerində nizamlanmanın tələb olunmaması;
• hərəkət edən hissələrin olmaması;
• turbulentliyə, köpük əmələ gəlməsinə və xarici titrəyişlər (vibrasiyalara) qeyri-həssaslığı;
• istənilən fəza (boşluq) təyinatı üçün yetərlidir;
• ölçülən maddənin əksər fiziki xüsusiyyətlərinə (sıxlığı istisna olmaqla) qeyri-həssaslığı;
• işlək olmasının montaj yerində yoxlanmasının mümkünlüyü.
Çatışmazlıqları:
• mayelərdəki yapışqan maddələr və bərk hissəcikləri imtinaya səbəb ola bilər;
• bərk hissəciklər dalğalanan çəngəllərin tutulmasına səbəb ola bilər.
► Konduktometrik səviyyə siqnalvericiləri cərəyan şiddətinin ölçülməsinə əsaslanır. Boş rezervuarda iki elektrod arasındakı müqavimət sonsuz böyükdür; elektrodların uclarını keçirici mühitə batırdıqda müqavimət onun keçiriciliyinə uyğun kəmiyyət qədər azalır. Bu üsulun tətbiq oblastı müstəsna olaraq keçirici mayelərin səviyyələrinin nəzarəti sahəsidir. Uyğun olaraq, özlüklü və tökülən materialların səviyyələrinin ölçülməsində istifadə oluna bilməz. Bu üsulla başlıca olaraq sisterna, bak və buxar qazonlardakı hüdud səviyyələrin ölçülməsində tətbiq edilir. Alışma mayelərin dielektrik olduqları səbəbindən bu üsul tətbiq olunmur. Aqressiv mayelərin səviyyələrinin ölçülməsi problemsizdir, buna səbəb yüksək davamlı materiallardan istifadə edilməsidir.
Üsulun əsas üstünlüyü:
• sadəliyi və möhkəmliyi;
• hərəkət edən mexaniki hissəciklərin olmaması;
• turbulentliyi qeyri –həssaslığı;
• yüksək temperaturlu və təzyiqli texnoloji proseslərdə tətbiq edilir;
• xidmət və nizamlanmanın sadəliyi.
Çatışmazlıqları:
• yapışqan maddələr və dielektriklər üçün yararsızdır;
• yağlı maddələr elektrodlarda zərif qeyri-keçirici örtük əmələ gətirir ki, bu da imtinaya səbəb olur.
► Tutum səviyyə siqnal vericilərində rezervuarların doldurulması səviyyəsin-dən asılı olaraq elektrik tutumunun dəyişməsinin təyin edilməsinə əsaslanmışdır. Kondensator rezervuarın divarı və şupla formalardırılır. Səviyyənin dəqiq təyinində həlledici rolu konstruksiya, izolyasiya və tutum fondunun düzgün yerləşdirilməsidir. Odur ki, aşağıdakı amillər nəzərə alınmalıdır: zondun izolyasiyası; rezervuarın forması; rezervuardakı təzyiq; nəzarət olunan materialın temperaturu; onun dənəvərliyi; abrazivliyi; kimyəvi aqressivliyi, özlülüyü; kondensat yaxud köpük əmələ gəlməsinin mümkünlüyü.
Tələb olunan uzunluqdan asılı olaraq ölçü zondu naqil trosdan (kanatdan), metallik çubuq yaxud borudan hazırlanır.
Üsulun əsas üstünlüyü:
• quraşdırılma və istismarının sadəliyi;
• tətbiqinin çoxfunksionallığı;
• yapışqan maddələr üçün istifadənin mümkünlüyü;
• zondun yellənməsinin təsirinin aktiv kompensasiyası.
► Maqnitli səviyyə siqnalvericiləri – təmişlənmiş mayelərin, məsələn suyun, həlledicilərin, yağın, müxtəlif növlü yanacaqların səviyyələrinin ölçülməsində tətbiq edilir. Nəzarət olunan mayenin növündən asılı olaraq fərqli zondlar hazırlana bilər:
• aqressiv turşu və qələvilər üçün plastiki;
• su, yağ və s. üçün paslanmayan poladlar;
• yanacaq, həlledici və spirtlər üçün partlamadan mühafizəolunan paslanmayan poladlardan.
Üsulun əsas üstünlükləri:
• sadə iş prinsipi;
• sadə -mürrəkəb olmayan montaj;
• mürəkkəb olmayan texniki xidmət.
Çatışmazlıqlar:
•üzməklik üzücünün ölçüsündən asılıdır;
•işə düşmə nöqtəsi mühitin sıxlından asılıdır;
• zondun maksimal uzunluğu -6 m-ə qədərdir;
• nəzarət olunan mühitin minimal buraxılabilən sıxlığı ≈ 0,7 q/sm3 –dir.
• yalnız təmizlənmiş mayelərdə istifadə oluna bilər.



Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə